Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:55

Akif Çovdarov 32 milyonluq əmlakdan danışdı


Akif Çovdarov
Akif Çovdarov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov və onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Səlim MəmmədovOrxan Osmanovun məhkəməsi yekunlaşır.

Bu iş üzrə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının son mərhələsidir - cinayət işinin materiallarındakı sənədlər tədqiq olunur.

Buna da bax:​ Çovdarov: ‘Hər 4 jetondan birinin pulu Tağı Əhmədovun cibinə gedib’

Avqustun 7-də təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı sənədlər elan olunarkən Akif Çovdarov bu haqda danışıb. İddia edib ki, üzərinə həbs qoyulmuş əmlakların əksəriyyəti ona məxsus deyil, qohumlarınındır. Bir qismi də MTN-də işlədiyi dövrdən əvvəl alınıb.

“DÖVLƏT MƏNƏ BİR EV VERİB”

Akif Çovdarovun ümumilikdə 32 milyon 256 min manatlıq əmlakının üzərinə həbs qoyulub. Onların arasında evlər, torpaq sahələri, iaşə obyektləri var.

Akif Çovdarov və işçilərinin məhkəməsində media nümayəndələrinin iştirakına qadağa qoyulduğundan MTN generalının öz əmlakları haqda nə danışdığını jurnalistlər onun vəkili Sadiq Rəsulovdan öyrənib. Vəkilin sözlərinə görə, Akif Çovdarov deyib ki, üzərinə həbs qoyulmuş əmlakların hamısının sənədi var.

Buna da bax: Tağı Əhmədov: "Rədd edirəm"

"Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətin sərəncamı əsasında verilib", - Akif Çovdarovun sözləridir.

Məhkəmədə sənədlərin tədqiqi mərhələsi də başa çatıb. Proses avqustun 9-da davam edəcək. Həmin gün prokurorun Çovdarov və işçilərinə cəza istəyəcəyi gözlənilir.

XATIRLATMA

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir.

Buna da bax:​ 'MTN işi': '8-ci km bazarı' qardaşlardan necə alınıb?

A.Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG