Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

İsrail bloqqerin Azərbaycandan üzr istəməsini təklif edir


Alexander Lapshin
Alexander Lapshin

İsrail Azərbaycanın ekstradisiyasına hazırlaşdığı bloqqerin Bakıdan üzr istəməsini, beləliklə azadlığa buraxılmasını təklif edib.

Həm İsrail, həm də Rusiya vətəndaşı olan bloqqer Alexander Lapshin bir aydır ki, Belarusda həbsdə saxlanır. Onun həbsini Azərbaycan hökuməti istəyib, çünki bloqqer Qarabağa Azərbaycanın icazəsi olmadan gedib, bundan başqa öz səhifəsində bu qanunsuz rejimi tərifləyib, Qarabağı «müstəqil ölkə» adlandırıb, üstəlik, Azərbaycan prezidenti İlham Əliyev haqqında tənqidi yazılar yazıb. Azərbaycan hökuməti onu beynəlxalq axtarışa verib və dekabrın 13-də Belarus ərazisində A.Lapshin-i saxlayıblar.

İLKİN VERSİYA YAZILIB

«Haarets» qəzeti yazır ki, İsrail rəsmiləri onun Bakıya məktub yazmasını, həm Qarabağa getdiyinə, həm də Azərbaycandakı rejimi tənqid etdiyinə görə üzr istəməsini təklif ediblər. Bloqqer özü təkliflə razılaşıb və məktubun ilkin versiyasını artıq yazıb. Bakı da razılığını versə, A.Lapshin-in həbsi haqda orderi ləğv edə, Belarusa müraciətini geri götürə bilər.

Buna da bax-Azərbaycanın tələbi İsraillə münasibətlərini korlaya bilər

Təklif artıq Azərbaycan Xarici İşlər Nazirliyinə çatdırılıb. İsrail diplomatlarının sözlərinə görə, onlar Azərbaycana bu məsələni böyütməyin əhəmiyyətsiz olduğunu bildiriblər, üzrxahlıq məktubunun ən yaxşı yol olduğunu, həm Azərbaycan və Belarus, həm də Rusiya və İsrailə sərf etdiyini söyləyiblər.

Qəzetə müsahibə verən İsrail rəsmisinin dediyinə görə, Azərbaycan təklifi rədd etməyib, amma cavab da, hələ ki, verilməyib.

İDEYA ÖNCƏ DƏ SƏSLƏNİBMİŞ

Əslində, üzrxahlıq ideyası əvvəl də – A.Lapshin-in ailəsinə yardım edən israilli millət vəkili Ksenia Svetlova ilə Azərbaycan rəsmilərinin danışıqları zamanı səslənibmiş. O zaman Bakı bloqqerin ölkə rəhbərliyindən yazılı şəkildə üzr istəməsini tələb edib. Bununla belə, bloqqerin o dəqiqə azadlığa buraxılmayacağını bildirib. A.Lapshin-in həbsinin prinsip məsələsi olduğunu deyən Azərbaycan rəsmiləri onun yalnız Bakıya təhvil veriləndən sonra azad ediləcəyini söyləyiblər. Ancaq A.Lapshin Bakının vədinə əməl etməyəcəyindən qorxaraq, məktub yazmağa razılaşmayıb.

İsrail rəsmilərinin fikrincə, Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un srağagün – yanvarın 17-də A.Lapshin-lə bağlı dedikləri məsələnin həllinə təkan verə bilər. S.Lavrov bloqqerin ekstradisiyasına imkan verilməyəcəyini söyləmişdi. Doğrudur, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rus həmkarının bəyanatına cavabında A.Lapshin-in həbsinin qanunauyğun olduğunu, qanunları bloqqerin pozduğunu, Rusiyanın da belə durumlarda eyni mövqeyi tutduğunu deyib. Amma İsrail Rusiyanın həm Belarus, həm də Azərbaycan üzərində nüfuzunu nəzərə alaraq, problemin tezliklə həllinə inanır.

XS
SM
MD
LG