Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

Ali məktəblərə qəbulda 10 min artım olacaq, bəs iş yerləri necə?


Tələbələr üçün hansı iş yerləri var? - Ofisiant işləyən tələbə danışır
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Tələbələr üçün hansı iş yerləri var? - Ofisiant işləyən tələbə danışır

Mayın 20-də Azərbaycanda ali məktəblərə qəbul imtahanları başlayır. 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul planı yeri 51 min 881 idi. Onlardan 23 min 627-si dövlət sifarişi olub.

Bu il isə ali təhsil müəssisələrinə bakalavr pilləsinə qəbul planı yerlərinin 60 min civarında olması proqnozlaşdırılır. Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, 2024-cü ildə universitetlərə plan yerlərinin sayı 63 minə çatmalıdır.

Lakin illərdir universiteti bitirən bir çox gənclər də ixtisası üzrə iş tapmaqda çətinlik çəkdiyindən şikayətlənirlər.

"Qəbul… əmək bazarının təhlili əsasında aparılır"

Elm və Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul ölkənin sosial-iqtisadi perspektivlərinin, əmək bazarının təhlili əsasında aparılır.

Nazirlikdən vurğulanıb ki, təhlilləri İqtisadiyyat Nazirliyi hazırlayır və təqdim edir. Mövzu ilə bağlı, hələlik, İqtisadiyyat Nazirliyi ilə danışmaq mümkün olmayıb.

"Bakıxanov bazarı üçün fəhlə hazırlayırlar"

Təhsil eksperti Nabatəli Qulamov isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda əmək bazarının ehtiyaclarını araşdıran bir təşkilat yoxdur: "İşsizliyə gəlincə isə, müəyyən sahələr var ki, - məsələn, iqtisadiyyat və texniki sahələr, - orada savadlı kadrlar üçün iş yerləri həmişə var".

Ekspertin fikrincə, ildən-ilə ali məktəblərdə plan yerlərinin və dövlət sifarişli yerlərin artırılması sadəcə butaforiyadır (səhnə tamaşası üçün lazım olan zahiri bəzək, bərbəzək): "Bu, camaatın gözünə kül üfürməkdir. Təhsilin keyfiyyətini artırmaq lazımdır. Keyfiyyətini artırmaq üçün də təhsili azad buraxmaq lazımdır. Azad buraxmaq o deməkdir ki, təhsildə rəqabət güclənməlidir".

N.Qulamovun sözlərinə görə, rəqabətsiz təhsil mümkün deyil. "Plan yerlərini lap 1 milyona çıxarsınlar, həmin bu 1 milyonu Bakıxanov bazarı üçün fəhlə hazırlayırlar. Bunun əhəmiyyəti nədir?", - o, sual edir.

XS
SM
MD
LG