Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

Həbsdəki icra başçısı Bakıdakı mənzilləri Şəmkirdəki torpaqla dəyişib?


'Bu 500 evlik qanunsuz kəndi Alimpaşa salıb' - Etiraz
Gözlə

No media source currently available

0:00 0:07:25 0:00

'Bu 500 evlik qanunsuz kəndi Alimpaşa salıb' - Etiraz (2021)

Şəmkirin keçmiş icra başçısı, 2021-ci ilin aprelindən həbsdə olan Alimpaşa Məmmədovun üzərində həbs olan əmlakları arasında bir sıra başqa biznes obyektləri ilə yanaşı, mənzillər də var. Həmin iki mənzil paytaxtın Nərimanov rayonu ərazisində, "Sipark" yaşayış kompleksində yerləşir.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) gedən istintaq belə nəticəyə gəlib ki, keçmiş icra başçısı həmin mənzilləri 2018-ci ilin avqustunda rüşvət kimi alıb. Sözügedən evlərin ümumi dəyəri 677 min manat qiymətləndirilib. Onlardan biri 103 kvadratmetr, digəri isə 212 kvadratmetrdir.

Sabiq icra başçısı ilə bağlı cinayət işinin materiallarında iddia olunur ki, bu mənzillərin müqabilində Alimpaşa Məmmədov "Sipark Şəmkir" MMC-yə Şəmkir şəhəri, Nizami küçəsi-2 ünvanında torpaq sahəsi ayırıb. Bu şirkətə və onun sahibi Seymur İsayevə himayədarlıq edib.

İttihamlar

Məmmədov Şəmkir rayon İcra Hakimiyyətində keçirilən satınalmalar zamanı şirkətlərin qalib elan edilməsi üçün rüşvət almaqda, rayonun abadlaşdırılması üçün ayrılan vəsaitlərin yeyintisində və s. əməllərdə suçlanır. Cinayət işində ümumilikdə 7 milyon manata yaxın mənimsəmə və rüşvətdən söhbət gedir. Sabiq icra başçısı ilə bağlı cinayət işinin materiallarında iddia olunur ki, o, yeyinti və rüşvətdən əldə etdiyi 6.8 milyon manatı 2017-ci ilin avqustunda oğlu Adil Adilzadənin adına təsis elədiyi "AzFarel" MMC – balıq yetişdirmə və emalı müəssisəsinin yaradılmasına xərcləyib. Bu üzdən Məmmədova həm də cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması ittihamı da irəli sürülüb.

Alimpaşa Məmmədov 2014-cü ildən 2021-ci ilin aprelinə qədər icra başçısı vəzifəsində çalışıb. Elə bu postda çalışarkən də DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Hazırda onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttihamlara münasibəti bəlli deyil

Noyabrın 10-da məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə hələ ki, sabiq icra başçısı ona qarşı irəli sürülmüş ittihamlara heç bir münasibət bildirməyib. Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

Məmmədov Şəmkirə icra başçısı təyin edilməmişdən öncə - 2011-2014-cü illərdə Bakı şəhər Vergilər Departamentinin rəisi işləyib.

Sabiq icra başçısı həbsindən sonra ilyarım DTX-nın istintaq təcridxanasında saxlansa da, iş məhkəməyə göndəriləndən sonra o da Gəncədəki istintaq təcridxanasına köçürülüb.

Məmmədovun ittiham olunduğu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG