Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:57

Almaniya Qarabağ məsələsində tərəfsizliyinə kölgə saldı?


Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkel, Berlin, 2015
Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkel, Berlin, 2015

►“Almaniya soyqırım görmək istəyirsə, ermənilərin Xocalıda törətdiyi soyqırımı görsün, insan haqlarına doğrudan da hörmətlə yanaşırsa, Suriyada törədilənləri görsün”

Almaniya parlamentinin aşağı palatasının Osmanlı imperiyası dövründə erməni qırğınını soyqırım kimi tanıyan qətnamə qəbul etməsi Azərbaycan və Türkiyədə geniş reaksiya doğurub.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Almaniya parlamentinin bu qətnaməsini “qəribə qərar” adlandırır:

Elxan Şahinoğlu: "Bundestaqın qərarı çox qəribə qərardır"
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

“Çünki keçən il ermənilər “soyqırım”ın 100 illiyini keçirtdilər. Bu ilsə Qərb ölkələrində heç kim bu məsələyə qayıtmadı. Ancaq Almaniya bu məsələni qəfil gündəmə gətirdi və səs çoxluğu ilə qəbul etdi. Baxmayaraq ki, Fransadan fərqli olaraq, Almaniyada heç güclü erməni lobbisi də yoxdur. Həm də Almaniyada 3 milyon türk yaşayır, onların arzuları da nəzərə alınmadı. Türkiyə öz səfirini geri çağırıb. Ancaq düşünmürəm ki, bundan sonra Türkiyə-Almaniya münasibətləri soyuyacaq. Fransa parlamenti də oxşar qətnamə qəbul etmişdi, onda da Türkiyə öz səfirini geri çağırmışdı. Ancaq bir müddət sonra münasibətlər yenidən bərpa olundu”.

"Almaniya tərəfsizliyinə kölgə salır"

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Politoloq deyir ki, bu qətnamə, istər-istəməz, Türkiyə-Almaniya münasibətlərinə ciddi zərər vuracaq. Bunun Azərbaycan-Almaniya münasibələrinə təsirinə gəldikdə isə, Elxan Şahinoğlu deyir ki, Almaniya ATƏT-in hazırkı sədri kimi Dağlıq Qarabağ münaqişəsi ilə ciddi maraqlanır:

“Almaniya parlamenti bu qətnaməni qəbul etməklə, əslində, Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə kölgə saldı. Bir neçə gündən sonra prezident İlham Əliyevin Almaniyaya səfəri planlaşdırılır. Məncə, Azərbaycan Berlinə ciddi mesajını çatdırmalıdır. İlham Əliyevin bu səfərini ertələməsi daha doğru qərar olardı”.

Asim Mollazadə
Asim Mollazadə

"Təəssüf doğurur"

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyir ki, bu qətnamə ilk növbədə Almaniyada yaşayan milyonlarla türkə həqarətdir:

Asim Mollazadə: "Bundestaqın qərarı təəssüf doğurur"
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

“Bundestaqın qərarı təəssüf doğurur. Bu qərar əslində Avropada, o cümlədən, Almaniyada təhlükəli proseslərin başlanmasından xəbər verir. Zənnimcə, bu qərarın arxasında yenidən bir Berlin divarının ucalması durur. Avropada, Almaniyada islamofobiyanın, ksenofobiyanın, antisemitizmin artması, əslində, çox təhlükəli bir məsələdir. Bu sənəddən “səlib yürüşləri” ab-havası gəlir, çox təhlükəli sənəddir”.

Türkiyə 3 milyon suriyalı qaçqının yükünü daşıyır

Türkiyə parlamentinin keçmiş deputatı Sinan Oğan deyir ki, bu qətnamə Türkiyəylə Almaniya münasibətlərinə çox mənfi təsir göstərəcək:

Sinan Oğan: "Bu, Türkiyə-Almaniya münasibətlərinə çox pis təsir edəcək"
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

“Çünki Türkiyə 3 milyon suriyalı qaçqının yükünü daşıyır. Əslində bu 3 milyon suriyalının Avropaya girişinin əngəlləməsi deməkdir. Türkiyə bunu elədi. Türkiyənin müttəfiqi olan Almaniya isə ona arxadan zərbə vurdu. Türkiyəni olmayan soyqırımdagünahlandırmaq, həm də Azərbaycanı, bütün türk dünyasını günahlandırmaq deməkdir. Əgər Almaniya soyqırım görmək istəyirsə, ermənilərin Xocalıda törətdiyi soyqırmı görsün. Əgər Almaniya insan haqlarına doğrudan da hörmətlə yanaşırsa, Suriyada törədilənləri görsün. 100 il əvvəl olmayan bir soyqırıma görə Türkiyəni ittiham etməyin heç bir insani, demokratik yönü yoxdur. Bu tamamilə siyasi bir həmlə və müttəfiqini arxadan vurmaqdır”.

"Əsas zərbə miqrant razılaşmasına dəyəcək"

“Virtual Azərbaycan” saytının şərhçisi Fərhad Məmmədov Türkiyənin ilk reaksiyasının təmkinli olduğunu vurğulayır:

Fərhad Məmmədov: "Türkiyənin ilk reaksiyası təmkinli idi"
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

“Ancaq səfirin geri çağrılması müəyyən ortaq layihələrin təxirə salınması ilə nəticələnə bilər. Əsas zərbə isə Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasına dəyə bilər. Onsuz da bu razılaşma ilə bağlı fikir ayrılıqları yaranmşdı. Azərbaycanla Almaniya münasibətlərinə gəldikdə isə, əlbəttə, bu, bizə müəyyən çətinliklər yaradacaq. Bu, həm də prezident İlham Əliyevin Almaniyaya səfəri ərəfəsində baş verdi. Türkiyə müttəfiqimiz olduğundan Azərbaycana da müəyyən çətinliklər olacaq”.

____________________________________________________________

Bunlara da bax:
"Arvadımla bir yerdə işləyə bilmərəm?" - Bayraq meydanı işi
Azərbaycanda gizli hökumət də var?

____________________________________________________________

“Tarixin saxtalaşdırılması qəbuledilməzdir”

Azərbaycan Xarici İşlər Nazirliyi qətnaməni “qərəzli” və “qeyri-obyektiv” kimi qiymətləndirb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərhində bildirib ki, tarixin saxtalaşdırılması və onun siyasi məqsədlərlə istifadəsi qəbuledilməzdir.

Cənab Hacıyev bildirib ki, Almaniya Parlamentinin 101 il əvvəl baş verdiyi iddia olunan “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi ikili standartların bariz nümunəsidir. Belə ki, Bundestaq “Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən, Xocalı soyqırımına etinasız qalıb”.

Türkiyə prezidenti Receb Tayyip Erdoğan bildirib ki, Almaniya parlamentinin bu qətnaməsi iki ölkə arasındakı diplomatik, siyasi, ticari, hərbi və iqtisadi əlaqələrə mənfi təsir göstərəcək.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (2 iyun)

Almaniya parlamentinin "soyqırım"ı tanıyan qətnaməsinə Bakıdan reaksiyalar
Günün hadisələri Azadlıq Radiosunda (2 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (2 iyun)

Mehriban Əliyevanın təklif etdiyi amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

XS
SM
MD
LG