Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:17

Azərbaycanın quruca adı qalan nəhəngi


►'Azəralüminium'un son akkordları

Hələ 2007-ci ildə prezident İlham Əliyev Azərbaycanda əlvan metallurgiyanın perspektivləri ilə bağlı ambisiyalı planlar haqda danışırdı.

Hələlik Azərbaycan bu imkanlardan çox uzaqdadır

Bir vaxtlar uğrunda xarici şirkətlərin gərgin mübarizə apardığı «Azərbaycan Alüminiumu» Açıq Səhmdar Cəmiyyətinin («Azəralüminium» ASC) indi quruca adı qalıb.

Gəncə və Sumqayıt şəhərlərində dörd mindən çox işçinin çalışdığı bu nəhəng istehsalat kompleksinin mövcudluğu hökumətin yadına yalnız onun məbləği milyonlarla manatla ölçülən borclarını ödəyəndən-ödəyənə düşür.

Amma tarixə hələ tam qovuşmamış bu dövlət şirkətinin yeri boş qalmayıb:

Alüminium sənayesində hazırda xarici kapitallı «Det.Al Holding» şirkəti söz sahibidir.

2009-cu ildə Mərkəzi Bank «Azəralüminium» ASC-nin «borclarının restrukturuzasiyası və investisiya layihələrinin həyata keçirilməsi» məqsədilə kredit verir.

Kredit illik 3 faizlə, 10 il müddətinə qaytarılmaq şərtilə təqdim olunur. Kreditin qaytarılmasına Maliyyə Nazirlyi hökumət adından dövlət zəmanəti verir.

Yəni səhmdar cəmiyyəti AMB-nin kreditini qaytarmaq iqtidarında olmasa, borc onun əvəzindən dövlət büdcəsi hesabına ödəniləcək. Elə belə də oldu.

Maliyyə Nazirlyinin dövlət büdcəsinin xərc təsnifatından görünən odur ki, AMB-nin aluminium müəssisəsinə birbaşa dəstəyi bununla məhdudlaşmayıb.

Mərkəzi Bank «Azəralüminium» ASC-yə «müasir standartlara uyğun ilkin alüminium istehsalı ilə yanaşı, sənaye və xalq istehlakı təyinatlı məmulatların buraxılmasına əlverişli zəmin yaradacaq alüminium yarımfabrikat məhsullar istehsalı» məqsədilə məbləği rəsmi mənbələrdə açıqlanmayan daha bir kredit xətti açıb. Söhbət daha 43 milyon manat kreditdən gedir.

Kreditlərin kəqdim olunmasından 6 il ötür. Onların qaytarılması vəziyyəti necədir? Axı, maliyyə köməyi göstərilən vaxtdan bəri «Azəralüminium» ASC faktiki olaraq iflic vəziyyətindədir.

AMB kredit borcunun bağlanması vəziyyəti haqda AzadlıqRadiosunun sorğusuna cavab verməyib.

İnsan Hüquqları üzrə Müvəkkilə bununla əlaqədar ünvanlanmış şikayətin cavabında isə AMB-də Ombudsman Aparatına bildirilib ki, məlumata «bank sirrinin qorunması rejimi tətbiq olunduğu üçün» təqdim edilməsi mümkün deyil.

«Azəralüminium» ASC-nin maliyyə durumu haqda AzadlıqRadiosunun sorğusunu şirkəti 2006-cı ildən idarə edən Əmlak Məsələləri Dövlət Komitəsində cavabsız qoyublar.

Bununla belə əl atdığımız digər mənbələrin məlumatları kreditlərin dövlətə tərədindən ödənildiyini təsdiq edir. Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində deyilir ki, 2014-cü ildə «Azəralüminium» ASC «Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu» qarşısında öhdəliyini icra etməyib.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin 2014-cü ilin dövlət büdcəsinin icrasına dair ekspert rəyində həmin il 6 milyon manatın ödənilmədiyi qeyd olunur.

2015-cı ilin əvvəlinə isə «Azəralüminium» ASC-nin fond qarşısında öhdəliyinin ümumi məbləği 94,7 milyon manat idi. Bunun 18,7 milyon manatı hesablanmış faizlərdir. Başqa sözlə, 20102015-ci illərdə kredit borcunun 169 milyon manatı geri qaytarılıb.

Dövlətin himayəsi bununla yetinməyib. «Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə» Azərbaycan prezidentinin 2009-cu il 29 dekabr tarixli fərmanı çərçivəsində «Azəralüminium» ASC-nin «Azərenerji»yə 2010-cu ilin əvvlinədək yaranmış 23,5 milyon manat borcunu silib.

Sual yaranır: bu qədər kredit «Azəralüminium» ASC-yə nə üçün verilmişdi və onun iqtisadi səmərəsi nə oldu?

İqtisadiyyat Nazirliyi səhmdar cəmiyyətinin ƏMDK-nın idarəetməsində olduğunu əsas gətirərək AzadlıqRadiosunun sorgusuna cavab verməyib.

2007-ci ilin iyununda Sumqayıtda «Alüminium» istehsalat sahəsində 2 elektroliz korpusu yenidən qurulduqdan sonra dövlət başçısına məlumat verilmişdi ki, həm burada, həm də ASC-nin Gəncə «Gil-torpaq» sahəsində yenidənqurma işlərinə «daxili imkanlar hesabına» toplam 62 milyon manat sərmayə qoyulub.

Nəticədə ilkin alüminium istehsalı gücü 30 mindən 60 min tona çatdırlımışdı. İki il sonra dünya iqtisadi böhranın təsiri ilə (alüminiumun bazar qiyməti iki dəfə azaldı) əvvəlcə Sumqayıt alüminium zavodu işini dayandırdı, 2013-cü ildə isə Gəncədə alüminium oksidi istehsalı donduruldu.

2011-ci ildən Gəncədə alüminium istehsalına başlayan «Det-Al Alüminium» MMC 2013-cü ildə «Azəralüminium» ASC Gəncə «Gil-torpaq» sahəsi ilə əməkdaşlığa son verdi.

«Det-Al Alüminium» zavodunun direktoru Sərxan Babayev AzadlıqRadiosuna deyib ki, boksit xammalı əsasında gil-torpaq (alüminium oksidi) istehsalı Azərbaycanda baha başa gəldiyindən, 2013-cü ildən etibarən xaricdən (Kanada, ABŞ, Venesuela, Yamayka) idxal olunur.

İqtisadi göstəricilərin sadə riyazi təhlili göstərir ki, maliyyə şaffaflığı ilə seçilməyən «Azəralüminium» ASC-nin gəlirliliyi çox aşağı səviyyədə olub. Bunu alüminium ixracatı həcmi ilə öhdəliklərin nisbəti də təsdiq edir.

Buna da bax: Xammal ölkələri niyə dardadır?

Faktlara nəzrə yetirək. Azərbaycanda ilkin aluminiumun emalı 2013-cü ilədək təşkil olunmadığı üçün istehsal olunan bütün məhsul ixrac edilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikaya görə, 2003-2008-ci illərdə alüminium ixracının ümumi həcmi 407,2 milyon ABŞ dolları qədər olub.

Buraya 2006-cı ilədək hollandların («Fondel Metal Participations B.V.» şirkəti) Sumqayıtda istehsal etdikləri alüminium da daxildir. Həmin ilin aprelində Azərbaycan hökuməti Niderland şirkəti ilə 2001-ci ildə imzalanmış «Azəralüminium» ASC-nin 25 il müddətinə idarəetməyə veriməsinə dair müqavilənin pozulduğunu elan etdi.

Başqa sözlə, rəqəmlərdən göründüyü kimi, «Azəralüminium»un istehsal həcminin dörddəüçü qədər (o zamankı məzənnə ilə 300 milyon dollar) öhdəliyi yaranıbmış.

Digər sənaye müəssisələrindən fərqli olaraq, Tarif (qiymət) Şurasının qərarına əsasən, 2007-ci ilin yanvarından «Azəralümimium» ASC-nin müəssisələrinə elektrik enerjisi güzəştli tariflə (saat 08.00-dan 22.00-a qədər - 4,2 qəpik, gecə saatlarında - 2 qəpik) satılır. Hətta bu güzəştli tariflərdən istifadə edən bir müəssisə ağır maliyyə durumu ilə üz-üzə qoyulub. Dünya iqtisadi böhranı isə SC-nin müflisləşməsi üçün «son akkord» olub.

Hələ 2007-ci ildə prezident İlham Əliyev Azərbaycanda əlvan metallurgiyanın perspektivləri ilə bağlı ambisiyalı planlar haqda danışırdı. Yaxın illərdə 160 min ton alüminium ixracı imkanlarının olduğunu deyirdi.

Hələlik Azərbaycan bu imkanlardan çox uzaqdadır. «Det-Al Alüminium» MMC 2015-ci ildə ixracatını (62,2 min ton) 5 min ton artıra bilib. Gəncədə yeni, 50 min ton gücündə alüminium zavodunun tikintisi planları isə daha əlverişli zamanadək ertələnib.

Buna da bax: «Torpağında qızıl çıxsın, özün acından köpük qusasan?»

'Torpağında qızıl çıxsın, özün acından köpük qusasan?'
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

XS
SM
MD
LG