Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:53

Amal Clooney: Xədicə azadlığa çıxanadək çarpışacam


Xədicə İsmayıl (solda) və Amal Clooney
Xədicə İsmayıl (solda) və Amal Clooney

.


Tanınmış vəkil Amal Clooney deyir ki, Azərbaycanda rejim, jurnalist Xədicə İsmayıl daxil olmaqla, tənqidçilərini susdurmaqdan ötrü gücündən sui-istifadə edir.

Clooney İsmayılovanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək. O, AzadlıqRadiosuna eksklüziv açıqlamasında deyir ki, Xədicəyə qarşı cinayət işi tamamilə siyasi motivlidir, məqsəd onun Prezident İlham Əliyev və ailə üzvləri barəsində korrupsiya araşdırmalarını əngəlləməkdir.

“İnanıram ki, jurnalisti əndazəni aşmış dövlətdən qorumaq vacib işdir. Söhbət Xədicə kimi jurnalistləri, hakim rejimin başqa tənqidçilərini susdurmaq üçün gücdən sui-istifadədən gedir. Jurnalistlərin hüquqları uğrunda mübarizə aparmaq onların ölkələrində baş verənləri dünyaya çatdırmaq baxımından vacibdir”, Clooney martın 15-də AzadlıqRadiosuna göndərdiyi elektron məktubda yazır.

Ermənistanı müdafiə etməyim məni erməniyə çevirmir. Eyni qaydayla Kambocanı Beynəlxalq Ədalət Məhkəməsində müdafiə etməyim məni kambocalıya, yaxud Yunanıstana məsləhət verməyim məni yunana çevirmədi

Araşdırmaçı jurnalist Xədicə İsmayıl ötən ilin dekabrında həbs olunub, insan haqları təşkilatları ona qarşı ittihamların siyasi motivli olduğunu deyir. Ötən il jurnalist 7 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu hökm beynəlxalq miqyasda tənqidlərə səbəb olub.

ƏSASSIZ HƏBS

Amal Clooney bu ilin yanvarında bəyan edib ki, Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcək. Tanınmış vəkil bildirir ki, jurnalistin ittiham olunduğu cinayəti törətməsinə dair azacıq da olsa şübhəsi yoxdur:

“Əksinə, iş jurnalistin söz azadlığını məhdudlaşdırmağa yönəlik siyasi motivli təqibdən ibarətdir.

Xədicənin işi Azərbaycanda jurnalistlərə və insan haqları müdafiəçilərinə qarşı daha geniş təzyiq kampaniyasının simvoludur. Azərbaycan jurnalistlərin həbsinə görə dünyada öncül yerlərdən tutur və bu ölkə hələ də Avropa Şurasının üzvüdür. Bu qurumun hədəfi isə insan haqları, demokratiya və hüququn aliliyini inkişaf etdirməkdir. Hamımız bu məsələdən narahat olmalıyıq”.


Jurnalist Xədicə İsmayıl həbsindən az əvvəl Azərbaycanda hakim rejimin təmsilçiləri tərəfindən çoxsaylı təqiblərə məruz qalıblar. Onun evinə gizli kamera da yerləşdirilib.

Hökumət rəsmiləri isə vəkil Amal Clooney-nin erməni mənşəli olması iddialarını irəli sürüblər ki, bu da Azərbaycanda həssas məsələdir. İki ölkə 20 ildən çoxdur Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsi uğrunda münaqişə durumundadır.

“ERMƏNİ DEYİLƏM, ANCAQ...”

Britaniya və Livanın vətəndaşı olduğunu deyən Amal Clooney eməni əslli olması barədə iddiaları rədd edir:

“Milli mənsubiyyətimin məni necə gözdən salacağını anlamıram. Əslində erməni kökənli deyiləm, ancaq bunun da məsələyə bağlılığını görmürəm”.

Tanınmış vəkil bir sıra məşhur işlərdə müdafiəçi olub. Al Jazeera telekanalının kanadalı əməkdaşını, eləcə də Avropa Məhkəməsində Ermənistanı müdafiə edib.

Clooney-ni ona görə seçdim ki, o, misirli jurnalistləri müdafiə edib, onun işindən məmnun qalmışdım. Onun mənşəyi barədə sual vermədim, çünki sivil ölkələrin vətəndaşları belə suallar vermirlər. Onun istənilən millətə, yaxud keçmişə dair fikri və ya münasibəti məni narahat etmir, çünki fikir azadlığına hörmət edirəm


“Ermənistanı müdafiə etməyim məni erməniyə çevirmir. Eyni qaydayla Kambocanı Beynəlxalq Ədalət Məhkəməsində müdafiə etməyim məni kambocalıya, yaxud Yunanıstana məsləhət verməyim məni yunana çevirmədi”, o deyir.

Elə Xədicə özü də martın 10-da AzadlıqRadiosuna həbsxanadan göndərdiyi məktubda Azərbaycanın rəsmi təbliğat vasitələrində Amal Clooney-ə hücumlar pisləyib:

“Clooney-ni ona görə seçdim ki, o, jurnalistləri müdafiə edib, onun müdafiə işinin keyfiyyətindən məmnun qalmışdım. Onun mənşəyi barədə sual vermədim, çünki sivil ölkələrin vətəndaşları belə suallar vermirlər. Onun istənilən millətə, yaxud keçmişə dair fikri və ya münasibəti məni narahat etmir, çünki fikir azadlığına hörmət edirəm”.

  • Xədicə İsmayılın işi ilə bağlı bütün məlumatlar və onun araşdırmaları ilə bağlı ƏTRAFLI BURADA OXU
“ERMƏNİSTAN KİMİ ÖLKƏLƏRDƏ...”

Amal Clooney Ermənistanda insan haqları və mədəniyyətlərarası anlaşmanı hədəfləyən proqramda iştirakını təsdiqləyib. Həmin proqramı həyat yoldaşı, aktyor George Clooney-nin dəstəklədiyi fond həyata keçirib. Vəkil həmin proqramda Xədicənin müdafiəsinə qoşulmamışdan öncə iştirak edib.

Xədicə İsmayıl da bu təşəbbüsü alqışlayır, deyir ki, “mədəniyyətlərarası anlaşmanın təbliği Ermənistan kimi etnik münaqişələrin xeyli qanlı hadisələr törətdiyi ölkələrdən ötrü vacib sayılmalıdır”.

Amal Clooney İsmayılovanın işini artıq Avropa Məhkəməsinə göndərib.

“Azadlığa çıxmayanadək onun müdafiəsini davam etdirəcəyəm”,
vəkil bildirir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

«Amnesty İnternational» beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

XS
SM
MD
LG