Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:30

'Elə Elmarın qatillərini də maşına basıb gətirərdilər'


Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 31may2017
Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 31may2017

“Proses bir o qədər də sadə olmayacaq. Gürcüstan hökuməti tək öz ictimaiyyəti və Azərbaycan ictimaiyyəti qarşısında məsul deyil. O, beynəlxalq təpkilərə, beynəlxalq mövqeyə Bakıdan qat-qat həssas yanaşır və bu məsələdə öz sifətini qorumağa çalışacaq”.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlının Azərbaycana gətirilməsi və barəsində cinayət işi açılması haqda danışan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyir:

Buna da bax:​ Əfqan Muxtarlıya ittihamlar ağırlaşdırılıb

Arif Əliyev
Arif Əliyev

– Birinci dəfə deyil ki, başqa ölkədən jurnalist və ya siyasi fəallar ölkəyə gətirilir, mühakimə olunur. Amma Əfqan Muxtarlı ilə bağlı halda Gürcüstan faktoru vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki son illərdə Azərbaycandan bir çox fəallar, xüsusilə jurnalistlər Gürcüstana mühacirət edir, orda toplaşırdılar. Məncə, Əfqan Muxtarlının həbsi onun sosial fəaliyyəti ilə bağlıdır. Həbsi, onun bura pul gətirməsi və s. həm inandırıcı görünmür, həm də müəyyən məkrli plana uyğunlaşdırılmış şəkildə ortaya qoyulur. Məncə, bunun arxasında başqa bir səbəb də var ki, bu barədə, hələlik, məlumatlı deyilik. Çünki Əfqan Muxtarlı qədər və ondan da sərt yazan, tənqid edənlər olub. İndi niyə məhz onun hədəfə götürülməsi qəribə görünür. Bildiyimə görə, Gürcüstanın özündə də bəzi dairələr, siyasi qurumlar bu faktdan çox narahatdırlar. Çox ehtimal ki, bu prosesdə Gürcüstanın dövlət qurumları da iştirak ediblər.

– Sizcə, niyə hədəfdə Əfqan Muxtarlıdır?

– Mənə elə gəlir ki, bunun siyasi səbəbi var. Yəni məhz jurnalistika yox, siyasi səbəb var. Gözəl Bayramlıya irəli sürülən ittihamın eynisinin irəli sürülməsi, pul söhbəti bir cərgəyə düzülən söhbətə oxşayır. Mənə elə gəlir, bu, sonda fırlanıb siyasi ittihama çevrilə bilər.

Buna da bax: Əfqan Muxtarlı məhkəməyə gətirildi [yenilənir]

Arif Əliyev: "Gözəl Bayramlıya irəli sürülən ittihamın eynisinin irəli sürülməsi, pul söhbəti..."
Gözlə

No media source currently available

0:00 0:05:37 0:00
Direct-ə keçid

– Bu, Gürcüstanda yaşayan siyasi fəallarla bağlı ola bilərmi? Bakıda belə fikirlər var ki, orda yaşayan fəallar sıxışdırılmağa başlanıb.

– Əlbəttə, birmənalı olaraq. İndiyə qədər bir çoxları üçün Gürcüstan təhlükəsiz bir adacıq kimi qəbul edilirdi. Amma indi bu sahədə narahatlıqlar var. Bununla belə, məncə, proses bir o qədər də sadə olmayacaq. Gürcüstan hökuməti tək öz ictimaiyyəti və Azərbaycan ictimaiyyəti qarşısında məsul deyil və beynəlxalq təpkilərə, beynəlxalq mövqeyə Bakıdan qat-qat həssas yanaşır və o bu məsələdə öz sifətini qorumağa çalışacaq. Bu bir, ikincisi də, Azərbaycan hökumətinin də o qədər qüvvəsi yoxdur ki, yaratdığı bu qorxunu total nəzarət sisteminə çevirsin və Gürcüstanda gündə birini oğurlayıb gətirsin. Mən şahidi olmuşam, Gürcüstanda Azərbaycanı daha çox siyasi səbəbdən, təzyiqlər ucbatından tərk etmiş gənclər yüzlərlədir. Bu baş verənlər onlara müəyyən narahatlıq yaradacaq. Amma inanmıram ki, bu prosesi tam tərsinə çevirə bilsin və ya hakimiyyətin o qədər gücü olsun ki, onların hamısını nəzarətə götürsün, hərəsini bir maşına basıb gətirsin.

Buna da bax: Amnesty International Əfqan Muxtarlıya görə Bakını və Tbilisini ittiham edir

– Siz dediniz ki, Gürcüstan hökuməti öz simasını qorumağa çalışacaq. Artiq bu gün Tbilisidə baş verənlərə etiraz aksiyası keçirilib, narazılıqlar, etirazlar var. O zaman belə çıxır ki, ortada ciddi ittiham və ya ciddi səbəb olmalıdır ki, Tbilisi Əfqan Muxtarlının başına torba keçirilərək (ən azından, jurnalist özü belə deyir) gətirilməsinə icazə verib?

– Elə mən də onu deyirəm ki, burda hansısa ciddi səbəb və ya bəhanə, nəsə var. Onu bilmədən səbəblər haqqında fikir söyləmək olmur. Burda hansısa başqa məsələ də var. Çox ehtimal ki, bu məsələ ciddi siyasi ittihama çevrilə bilər. Sıradan məsələ deyil. Azərbaycan hökuməti heç Gürcüstandan konkret ağır cinayətdə ittiham olunan adamları alıb gətirə bilmirdi. Elmar Hüseynovun qatilləri illərdir Gürcüstanda gizlənirlər. Onların adı, konkret yaşadığı ünvan bilinir. Azərbaycan hökumətinin belə qırımı, ədalət uğrunda belə inadı varıydısa, elə Elmarın qatillərini də maşına basıb gətirərdi. Burda açıq-aşkar başqa səbəb var. Ona görə Gürcüstan hökumət orqanları da bu işə cəlb olunub. Üçüncü bir səbəb də var, ola bilsin, bu məsələ Gürcüstan hökumətində yüksək səviyyədə razılaşdırılmayıb, hansısa ələ alma yollarıyla gətirilib. Hərçənd bu, daha az ehtimal olunur. Məncə, ciddi siyasi səbəb olmalıdır, belə narahatlıq doğuran addımın atılması üçün.

Buna da bax:​ Baş Prokurorluğun sözçüsü Əfqan Muxtarlıdan danışdı

“AZƏRBAYCANA TƏHLÜKƏ YARANIRSA...”

AzadlıqRadiosu bu məsələyə Mətbuat Şurasının sədri, Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü, eləcə də Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupun rəhbəri Əflatun Amaşovdan münasibət almağa çalışıb. Bir gün öncə - mayın 30-da Gürcüstana səfərdən qayıtdığını söyləyən Amaşov yolda olduğundan danışa bilmədiyini deyib. Mayın 31-də isə zənglərə cavab verməyib.

Rövşən Rzayev
Rövşən Rzayev

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevsə jurnalistin başına torba keçirilərək gətirilməsi və döyülməsi haqda deyilənlərdən xəbərsiz olduğunu bildirib. O, Gürcüstanda yaşayan azərbaycanlı siyasi fəalların həbsi haqdasa belə deyib: “Onu araşdırmaq lazımdır, orda hansı işlərlə məşğuldurlar, nədirlər, nə deyillər. Əgər Azərbaycana təhlükə yaranırsa, təbii ki, onun qarşısı qanunauyğun şəkildə alınmalıdır”.

Buna da bax:​ 'Əfqan Muxtarlını oğurlayıb, döyüb, cibinə 10 min avro...' [yenilənib] [video]

Rövşən Rzayev: “Onu araşdırmaq lazımdır, orda hansı işlərlə məşğuldurlar, nədirlər, nə deyillər..."
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00
Direct-ə keçid

Deputat əlavə edib ki, Azərbaycan hakimiyyəti heç bir dövlətin daxili işlərinə qarışmır, onun daxili işinə də hər hansı dövlətin qarışmasına icazə vermir.

XS
SM
MD
LG