Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:19

Rusiya-ABŞ gərginliyinin Azərbaycana təsirləri [video]


ABŞ- Rusiya gərginliyi Qarabağ probleminə nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

ABŞ- Rusiya gərginliyi Qarabağ probleminə nə vəd edir? [A-Live]

Son bir həftədir ki, dünyanın supergücləri üz-üzədir. Rusiya və ABŞ arasında Suriyada gərginlik artıb.

Qarabağ danışıqlarına da vasitəçilik edən bu iki ölkə arasında gərginliyin Azərbaycana təsirləri nə ola bilər?

Bölgədəki başqa güclərin - İranın və Türkiyənin də münaqişədəki maraqlarını nəzərə alanda, Azərbaycan, obrazlı desək, neçə od arasında qalar?

Buna da bax:​ Rohani: 'ABŞ-ın Suriyaya hücumu regiona təhlükə ola bilər'

Qarabağda münaqişəsinin həlli üçün aparılan sülh danışıqlarına vasitəçilik edən ölkələrdən ikisi arasında belə yüksələn gərginlik Ermənistanla Azərbaycan arasında da danışıqlara nələr vəd edir?

Suriya. İdlib əyaləti. Qaz hücumindan ölənləri basdırırlar.Idlib province, 5 April, 2017.
Suriya. İdlib əyaləti. Qaz hücumindan ölənləri basdırırlar.Idlib province, 5 April, 2017.

ABŞ aprelin 7-də, Suriyanın Şayrat hərbi aerodromuna hərbi zərbələr endirib. Bəşər Əsədi hakimiyyətdə saxlamağa çalışan İran və Rusiya ABŞ-ın hava zərbələrinə sərt reaksiyalar verdi.

Rusiya baş naziri Dmitry Medvedev öz Facebook səhifəsində yazdı ki, ABŞ -ın hücumu iki ölkəni döyüşün bir addımlığına gətirib.

TASS-ın Moskvadakı diplomatik mənbələrə istinadla verdiyi məlumata görə isə Rusiyanın “Admiral Grigorovich” gəmisi Aralıq dənizinə yollanıb və Suriyanın Tartuse maddi-texniki təminat məntəqəsinə yan alacaq.

Buna da bax: Böyük Yeddilik Suriyanı müzakirə edəcək

ABŞ dövlət katibi Tillerson məsələyə aydınlıq gətirərək bildirib ki, aprelin 7-də endirilmiş raket zərbələrindən məqsəd Assad-ı gələcək kimyəvi hücumlardan çəkindirmək olub. Bundan başqa Vaşinqtonun Suriya siyasətində heç bir dəyişiklik baş verməyib.

Moskva və Dəməşq iddia edirlər ki, Xan Şeyxunda 80-dən artıq adamın ölümünə səbəb olmuş zəhərli qaz, hökumət qüvvələrinin, qiyamçıların silah anbarına zərbələri nəticəsində ətrafa yayılıb.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyir ki, indi Suriya ətrafında yaranmış vəziyyət Azərbaycana birbaşa olmasa da, Türkiyə vasitəsilə təsir edəcək:

Buna da bax:​ Qərb, Rusiya və İran arasında Suriyaya görə gərginlik artır

Milli Məclisin deputatı Rasim Musabəyov
Milli Məclisin deputatı Rasim Musabəyov

“Türkiyə bu proseslərdə fəal iştirak edir. Türkiyənin seçimi vacibdir. Türkiyə Suriya ilə münaqişədə ABŞ-ladır. Təbii ki, biz də Türkiyə ilə müttəfiqik, qardaşıq. Onda belə mənzərə yaranır - Rusiya və İran ABŞ -a qarşıdır, Türkiyə ABŞ-ladır, Azərbaycan isə İran və Rusiya arasındadır. Təbii ki, bu, Azərbaycana öz mənfi təsirini göstərəcək”.

Bəs Qarabağ münaqişəsinin nizamlanması? Həmsədr dövlətlərdən indiki halda nə gözləmək olar?

Millət vəkili Rasim Musabəyov deyir ki, həmsədrlər öz aralarında münaqişə olmayanda da Qarabağ məsələsinin nizamlanmasında uğur qazanmamışdılar.

Buna da bax:​ ABŞ Koreya yarımadası hövzəsinə zərbə qrupu göndərir (VİDEO)

1991-1993-cü illərdə, ABŞ dövlət katibin müavinin köməkçisi olmuş və ABŞ-ın keçmiş Sovet regionu ilə əməkdaşlıq üzrə çalışmış Richard Kauzlariç deyir ki, bu illər ərzində ABŞ-la Rusiya arasında münasibətlərin temperaturunun dəyişdiyi vaxtlar olub, amma onlar Qarabağla bağlı əməkdaşlığın davam etdirə biliblər:

“Münaqişənin nizamlanması ilə bağlı ən böyük problem Yerevan və ya Bakının ciddi diplomatik danışıqlarda iştirak arzusunun olmamasıdır. Hər iki tərəf hərbi münaqişənin genişləndirilməsindən danışır və bu, sülh yolu ilə həll üçün yaxşı əlamət deyil. Əgər tərəflər döyüşləri bərpa etmək istəyirlərsə, həmsədrlər bir şey edə bilməz”.

Eldar Mammadov
Eldar Mammadov

Avropa Parlamentində siyasi müşavir Eldar Məmmədov (Eldar Məmmədov Avropa Parlamenti adından danışmadığını, dediklərinin onun şəxsi mövqeyini əks etdirdiyini bildirir - red.) deyir ki, Suriya məsələsində fikir ayrılığı yarandığı üçün ABŞ-la Rusiya Qarabağ münaqişəsi ilə bağlı növbəti fikir ayrılığına meyl etməyəcəklər. Eldar Məmmədov danışıqların dalandan çıxmayacağı qənaətindədir.

Buna da bax:​ Rusiya ABŞ-la 'qaynar xətt' i dayandırdı

Bakıda, Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev deyir ki, Rusiya və ABŞ məhz Qarabağ münaqişəsində obrazlı desək, müttəfiqdirlər:

Elxan Mehdiyev
Elxan Mehdiyev

“Rusiyanın istənilən addımı heç vaxt ABŞ tərəfindən pislənmir. Məsələn, Rusiya vasitəçilik edə-edə Ermənistana İskander kimi öldürücü, strateji silahları verdi, amma ABŞ tərəfi ona heç bir etiraz bildirmədi. Bu isə Azərbaycanın dövlət kimi mövcudluğuna müqayisə edilməyən dərəcədə bir təhlükə yaradır”.

Dağlıq Qarabağ münaqişəsi keçən ilin aprel döyüşlərindən sonra intensivləşib-danışıqlar demək olar ki, dayanıb. Müşahidəçilər cəbhədə gərginliyin hər an arta biləcəyini bildirirlər.

Buna da bax: Azərbaycana terror təhlükəsi varmı?

Elə bu gün - aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyev deyib ki, sülh danışıqlarına vasitəçilik edən dövlətlər Ermənistana işğalçı siyasətini dayandırmaq üçün daha çox təzyiq etməlidirlər.

Ermənistan rəhbərliyi isə keçən ilin aprelində baş verən döyüşlərdən sonra dəfələrlə Moskvanı Bakıya silah satmaqda ittiham edib.

XS
SM
MD
LG