Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:36

Ukraynaya tank və PDM-lərin göndərilməsi Moskvanı narahat edir


Pentaqonun sözçüsü, briqada generalı Pət Rayder deyib ki, Bradley tank yox, “tank öldürən” maşındır
Pentaqonun sözçüsü, briqada generalı Pət Rayder deyib ki, Bradley tank yox, “tank öldürən” maşındır

ABŞ Ukraynaya və onu Rusiya ilə müharibəsində dəstəkləyən ölkələrə 3.75 milyard dollarlıq hərbi yardım paketi ayırıb.

Bu barədə məlumatı yanvarın 6-da ABŞ dövlət katibi Entoni Blinken verib.

O deyib ki, sözü gedən yardım paketinin 682 milyon dolları Ukraynaya silah-sursat və hərbi texnika ilə dəstək verən NATO üzvləri üçün nəzərdə tutulub.

Bu ölkələr bu vəsaitlə Ukraynaya öz cəbbəxanalarından verdikləri hərbi texnikanın yerini doldurmalıdırlar.

Blinkenin bəyanatından az sonra Pentaqon Ukraynaya göstərilən hərbi yardımın təfərrüatlı açımını verib.

Minayadavamlı MRAP zirehli trasportyoru
Minayadavamlı MRAP zirehli trasportyoru

Məlum olub ki, Ukrayna üçün yardım paketinə 50 ədəd Bradley PDM-i (piyadaların döyüş maşını), 500 ədəd antitank silahı və onlar üçün 250 min sursat, minalara qarşı qoruması olan 55 ədəd MRAP təkərli zirehli transportyoru, 100 ədəd M113 zirehli transportyoru, BUK zenit qurğusundan atılması üçün modernləşdirilmiş yer-göy tipli Sea Sparrow raketləri, 138 Hummer markalı SUV və ya yolsuzluq maşınları, M142 HIMARS sistemi üçün raketlər, müxtəlif hava hücumundan müdafiə raketləri, snayper tüfəngləri və başqa silahlar daxildir.

M113 PDM-i
M113 PDM-i

Berlin yanvarın 6-də bəyan edib ki, Almaniya bir neçə həftə ərzində Ukraynaya Marder zirehli maşınları göndərəcək.

Almaniya habelə bu maşınları idarə edəcək ukraynalılara təlim verilməsini öz üzərinə götürüb.

Təlimlər Almaniyada keçiriləcək.

Sözü gedən hər iki PDM – Marder və Bradley 25 mm çaplı avtotoplar, 7.62 mm çaplı puleymot və antitank raketləri ilə silahlandırılıb.

Xəbər verilir ki, Ukraynaya ümumilikdə 50 ədəd Bradley və 20-40 arası Marder veriləcək.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) Bradley PDM-lərinin Ukrayna silahlı qüvvələri üçün çox böyük dəstək olacağına inandığını deyib.

O qeyd edib ki, bu PDM-lərdən istifadə üçün təlimləri ABŞ təşkil edəcək.

Tank yox, “tank öldürən”

Körbi vurğulayıb ki, Bradley PDM-ləri hazırda Ukrayna cəbhəsində yaranmış şəraitə tam uyğun gələn texnikadır.

Pentaqonun sözçüsü, briqada generalı Pət Rayder (Pat Ryder) deyib ki, Bradley tank yox, “tank öldürən” maşındır.

AFP qeyd edir ki, Kiyev ona ağır texnikanın verilməsini Qərb müttəfiqlərindən çoxdan istəyirdi.

Lakin müttəfiqlər Moskvanı qıcıqlandırmamaq üçün belə silahların Ukraynaya göndərilməsində tərəddüd keçirirdilər.

Buna baxmayaraq ukraynalıların döyüş meydanında qüvvələr balansını dəyişə bilməsi Qərbi ürəkləndirib.

Bu arada Fransa da Ukraynaya AMX-10 RC yüngül tankarını göndərməyə hazır olduğunu bəyan edib.

Erməni politoloq: "Azərbaycanın razılığı olmadan Laçın dəhlizinə beynəlxalq missiya göndərilə bilməz"
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Səfir Antonovun narahatlığı

Almaniya habelə bəyan edib ki, ABŞ-ın ardınca Ukraynaya hava hücumundan müdafiə Patriot raket sisteminin daha bir batareyasını göndərəcək.

Beləliklə, Ukraynada Patriot raketlərinin iki batareyası olacaq.

Reuters agentliyi yazır ki, Birləşmiş Ştatlar Ukraynada müharibə başlanandan bəri Kiyevə 21.3 milyard dollarlıq hərbi yardım göstərib.

Bu, 1945-ci ildən bəri Avropada ən irimiqyaslı münaqişədir.

Rusiyanın Vaşinqtondakı səfiri Ukraynaya Bradley PDM-lərinin göndərilməsindən narazılıq ifadə edib.

Onun sözlərinə görə bu, Birləşmiş Ştatların Rusiyanın çağırışlarına “məhəl qoymadığını” və “bunun nəticəsi barədə düşünmədiyini” göstərir.

Səfir Anatoli Antonovun bu qeydləri səfirliyin rusdilli və ingilisdilli səhifələrində dərc olunub.

Diplomat deyib ki, bu hadisə ABŞ-ın münaqişənin siyasi həllində maraqlı olmamasından xəbər verir.

XS
SM
MD
LG