Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:34

Andronik Koçaryan: ‘Hacıyev deyə bilməz ki, bu məzardakılar ermənidir, yoxsa azərbaycanlı...’


Ermənistan Milli Məclisi Müdafiə komitəsinin sədri Andronik Koçaryan
Ermənistan Milli Məclisi Müdafiə komitəsinin sədri Andronik Koçaryan

“Hikmət Hacıyev deyə bilməz ki, bu məzardakılar ermənidir, yoxsa azərbaycanlı...”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından vəzifəli deputat Andronik Koçaryan oktyabrın 4-də deyib.

Azatutyun yazır ki, Bakı indi Yerevana daha bir şərt qoyub: “müharibə canilərinin cəzalandırılması”.

Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev X platformasında Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndində kütləvi məzarlığın aşkar edilməsindən yazıb və insan qalıqlarının fotolarını dərc edib:

“Ermənistanın Azərbaycana qarşı 30 ildir davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir. 4 000-dən çox azərbaycanlı Ermənistan tərəfindən konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan bu günədək bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri də cəzalandırmayıb...Ermənistan bütün bu cinayətlərə görə dövlətin məsuliyyətini etiraf edərək keçid ədalətinə və münaqişədən sonrakı barışığa həqiqi sadiqliyini nümayiş etdirməli və bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır”.

Ermənistan Milli Məclisi Müdafiə komitəsinin sədri Koçaryan belə bir ehtimal irəli sürüb ki, məzarlıqda basdırılanlar Qarabağ separatçılarının özünümüdafə qüvvələri ilə döyüşdə öldürülənlər də ola bilər. O müharibə zamanı özünümüdafiənin cinayət olub-olmadığını sual edir.

Koçaryanın sözlərinə görə "əgər biz cinayətdən danışırıqsa, bunun sübutu olmalıdır...”

Birgə komissiya araşdırmalıdır

Andronik Koçaryanın sözlərinə görə məzarlıqdalıkaların kimliyinin müəyyənləşdirilməsini birgə komissiya həyata keçirməlidir:

"Birincisi cənab Hacıyev noyabrda imzalanmış atəşkəs razılaşmasından çıxış etməliydi. O razılaşmaya görə əsirlər ümumiyyətlə olmamalı idi. Amma məhbuslar var, hələ də itkinlərin problemləri qalır. Odur ki, gəlin məzarlıqların yerini müəyyənləşdirək, nəticədə basdırılanların azərbaycanlı, yoxsa erməni olmasını bilək. Bu adamların qohumlarını tapaq. Biz bu barədə danışmalıyıq. Cənab Hacıyev qalıqları tapılanların kim olduqlarını deyə bilməz. Çünki hərbi əməliyyat illərində xaricilər də olub. Əgər burada problem varsa, bu, dövlətlərarası razılaşma və komissiyaların birgə işi ilə həll olunmalıdır”.

Deputat Hacıyevin dediyi 4000 itkin məsələsini də şübhə altına alıb.

Azatutyun yazır ki, 2020-ci il müharibəsindən sonra Ermənsitan Azərbaycana 44 günlük müharibədə həlak olmuş 51 nəfərin, habelə 1990-cı illərdə həlak olmuş 140 nəfərin qalıqlarını verib.

Ermənsitan tərəfi də qarşılqılı olaraq 1200 itkin erməninin olduğunu bildirir. Rəsmi məlumata görə 1990-cı illərdən itkin olan ermənilərin sayı 993 nəfərdir. 44 günklük müharibədən sonra daha 200 erməni əsgər itkin sayılır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Daha sonra Rusiya sülhməramlıları Azərbaycan ərazisindən çıxarılıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG