Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:49

ABŞ səfiri ‘soyqrım’ qətnaməsi ilə bağlı Türkiyə XİN-ə çağırılıb


Səfir David Satterfield
Səfir David Satterfield

Ankara ABŞ Senatında I Dünya Müharibəsi illərində Osmanlı imperiyasında ermənilərin kütləvi ölümlərini “soyqırınm” kimi tanıyan qətnamənin qəbulu ilə bağlı Birləşmiş Ştatların səfirini Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edib.

Türkiyə xarici işlər nazirinin müavini Sedat Onal dekabrın 13-də səfir David Satterfield-ə ABŞ Senatının dekabrın 12-də atdığı bu addımdan Ankaranın çaşqınlıq və məyusluğunu bildirib.

ABŞ Nümayəndələr Palatası buna bənzər və hüquqi icbariliyi olmayan qətnaməni hələ oktyabr ayında böyük səs çoxluğu ilə qəbul etmişdi.

Ermənistanın baş naziri Nikol Pashinian bu “mühüm və tarixi qərara” görə erməni xalqı adından “minnətdarlığını” bildirib.

Türkiyə rəsmiləri xəbərdarlıq ediblər ki, ABŞ Konqresində bu iki qətnamənin qəbul edilməsi iki NATO müttəfiqi arasında onsuz da kövrək olan münasibətlərə zərbə vuracaq.

Türkiyənin vise-prezidenti Fuat Oktay Senatın qətnaməsini “tarixin yenidən yalanlar üzərində yazılması” cəhdi adlandırıb.

ABŞ-ın Ankaradakı səfirliyi AFP agentliyinə bildirib ki, Senatda qətnamənin qəbul edilməsi administrasiyanın bu məsələdəki mövqeyini dəyişməyəcək.

Səfirlik xatırladıb ki, prezident Donald Trump indiyədək etdiyi çıxışlarda ermənilərin kütləvi qırğınını “soyqırım” adlandırmaqdan çəkinib.

Bəzi tarixçilər deyirlər ki, I Dünya Müharibəsi illərində və ondan dərhal sonra Osmanlı imperiyasında 1, 5 milyon erməni qətliam və ya deportasiya edilib. Bir sıra tarxiçi və siyasətçilər bu hadisəni “soyqırım” adlandırırlar.

NATO üzvü olan Türkiyə qətliam və deportasiyanın olması faktını qəbul etsə də, rəqəmlərin qat-qat şişirdildiyini bildirir.

Ankara deyir ki, erməni ölümləri sistemli siyasətin yox, bölgədəki hərbi əməliyyatların nəticəsində baş verib.

XS
SM
MD
LG