Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:04

Ağcabədidə görüşdə: “Danışmağa imkan vermədilər”


Ağcabədidə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

►"Danışanları da özləri seçmişdilər”

Yanvarın 15-də Ağcabədi rayonu icra hakimiyyətində təxminən 200 sakinin iştirakı ilə görüş keçirilib.

Bu rayonda bir neçə ildir məcburi köçkünlər məskunlaşdığı və üç gün öncə ilk olaraq onlar etirazlarını bildirdiyi üçün görüşə Xocavənd və Ağdam rayonunun icra başçıları, bundan başqa, bu bölgədən deputat seçilən Aqil Abbas da qatılıb. Ancaq burda yaşayan şuşalıların gözləntilərinin əksinə, Şuşa rayon icra hakimiyyətinin başçısı gəlib çıxmayıb.

“Bir nəfər etiraz etdi, ordan uzaqlaşdırdılar”

Adının çəkilməsini istəməyən görüş iştirakçılıarından biri AzadlıqRadiosuna deyir ki, rayon sakinlərindən çox rəsmilər danışıblar, üstəlik də əhalinin problemlərinin həlli ilə bağlı hər hansı vəd verməyiblər:

“Heç bir vəd verilmədi, nə işsizlklə bağlı, nə də bahalıqla. Camaatı, necə deyim, bir növ “blokirovka” edirdilər. Bir nəfər qalxdı ayağa, rayonda olanlara etiraz etdi, dərhal ordan uzaqlaşdırdılar. Mən də ona qahmar çıxdım, məni də çıxardılar. Durub deyirlər: “Vaxtilə səriştəsizlər gəldi hakimiyyətə, yenə imkan verməyin onların gəlməyinə...” Bilmirəm, bunun mətləbə nə dəxli var? Danışmağa imkan vermədilər. Durub danışanları da özləri qabaqcadan seçmişdilər. Hazırlıqlı adamlarıydılar. Yəni bu görüşdə gözlədiyimizin əksinə əhəmiyyətli bir şey baş vermədi. Mənasız bir görüş oldu. Gedən də deyir: “Bu nə görüş idi? Biz nəyə gəlmişdik bura?..”

Həmsöhbətimizin sözlərinə görə, qiymətlərin aşağı salınması haqda verilən sözlərə baxmayaraq, rayonda əhəmiyyətli dəyişiklik yoxdur. Sadəcə, unun qiyməti salınıb:

“Unun qiymətini 24 manata endiriblər. 3-4 manatla nə olasıdır ki?..”

“İNTİHAR ETMƏK İSTƏYƏN OĞLANA SÖZ VERİBLƏR Kİ...”

Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli görüşdə iştirak etməyib. Ancaq tədbirdə olanlardan öyrəndiyinə görə, adamları daha çox yola gətirməyə çalışıblar:

“Narazılıq edənləri bir az qorxudurlar, bir az vəd verirlər ki, problemlərini həll edəcəklər. İntihar etmək istəyən oğlana – Ramil Allahverdiyevə isə tapşırıblar ki, danışmasın. Ona da iş söz veriblər”, - Rəşid Nəcəfli deyir.

Yanvarın 15-dəRamil Allahverdiyevlə əlaqə saxlamaq istəsək də, mümkün olmadı. O bir gün öncə AzadlıqRadiosuna hərbi hissədə işlə təmin ediləcəyinə dair ona söz verildiyini söyləmişdi.

Yanvarın 13-də Ağcabədidə yaşayan Ramil Allahverdiyev intihar etmək istəyib, bu zaman daha iki nəfər də ona qoşulduğunu deyib. Onlar işsizliyə, bahalığa etirazlarını bildiriblər. Az sonra başqa sakinlər də yığışıb və naraızlıqlarını səsləndiriblər. Hadisə yerinə rayonun icra başçısı və başqa səlahiyyətlilər gəlib.Rəsmilər yanvarın 15-də keçiriləcək görüşdə onları dinləyəcəklərinə və problemlərinin həllinə söz veriblər.

Ertəsi gün rayonun başqa kəndlərində eyni tələblərlə aksiyalar keçirilib.

38 yaşlı Ramil Allahverdiyev iki uşaq atasıdır. O, bir qədər öncə AzadlıqRadiosuna müsahibəsində deyib ki, 9 aydır iş tapa bilmir, dükana 600 manat borcu var.

Buna da bax: "Bu, monopolistlərin qələbəsi sayıla bilər"

“BAKIDAN ZƏNG GƏLİR, SONRA...”

Görüş haqqında səsləndirilən fikirlər barədə Ağcabədi rayon icra hakimiyyətinin də münasibətini öyrənmək istədik. Bu qurumun internet saytında qoyulan telefon nömrəsinə zəng vurub özümüzü təqdim etdik və sualımızı verdik. Bu zaman “Bakıdan zəng gəlir, sonra danışarıq” deyə dəstəyi yerə qoydular. Bundan sonra israrlı zənglərimizə baxmayaraq iş gününün sonunadək dəstəyi qaldıran olmadı.

XS
SM
MD
LG