Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:22

Arif Hacılı Əfqan Muxtarlının işinə görə ifadə verib (VİDEO)


Arif Hacılı Əfqan Muxtarlının işinə görə ifadə verib
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Arif Hacılı Əfqan Muxtarlının işinə görə ifadə verib

Müsavat Partiyası başqanı Arif Hacılı bu gün, iyunun 17-də Baş Prokurorluqda dindirilib. Həbsdəki jurnalist Əfqan Muxtarlının işinə şahid qismində cəlb edilən A.Hacılının Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadəsi alınıb.

Bu barədə A.Hacılının özü idarədən çıxdıqdan sonra məlumat verib.

O, dindirmənin detalları barədə danışmayıb.

Ə.Muxtarlının işi ilə bağlı sualları cavablandırdığını deyən A.Hacılı sözügedən işin qondarma olduğunu deyib.

A.Hacılı ifadəsində Əfqan Muxtarlının öz xoşu ilə sərhədi keçməsi barədə rəsmi iddanı rədd etdiyini deyib.

Arif Hacılıdan başqa Müsavat rəhbərlərindən Gülağa Aslanlı da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. G.Aslanlı iyunun 20-də ifadə verməkdən ötrü adıçəkilən idarədə olmalıdır.

Bundan əvvəl Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, jurnalist Sevinc Vaqifqızı da Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

XS
SM
MD
LG