Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:27

AŞPA-dan korrupsiya qətnaməsi


AŞPA-nın iclası.
AŞPA-nın iclası.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) institusional məsələlər üzrə komitəsi yanvarın 26-da korrupsiya faktlarını pisləyən və bütün bu faktları araşdırmaq niyyətini əks etdirən bəyanat qəbul edib.

«Bəzi hazırkı və keçmiş AŞPA üzvlərinə irəli sürülmüş korrupsiya ittihamları bu yaxınlarda Avropa KİV-lərində geniş işıqlandırılıb. Bu ittihamlar obyektiv olub-olmamasından asılı olmayaraq, AŞPA-nın imicinə və onun hər bir üzvünün nüfuzuna xələl gətirir. Bir sıra parlament nümayəndə heyətləri vəziyyətlə bağlı narahatlıq ifadə ediblər, tez və qəti reaksiya verməyə çağırıblar», - deyə qətnamədə bildirilir.

Buna da bax-Deputat: 'Bu, Azərbaycana ləkə gətirməkdir'

KORRUPSİYANIN HƏR FORMASINA DÖZÜMSÜZLÜK NÜMAYİŞ ETDİRMƏLİ...

AŞPA bir neçə milli nümayəndə heyətlərinin sorğularına, insan hüquqları və korrupsiyaya ilə mübarizə sahəsində beynəlxalq QHT-lərin çağırışlarına cavab olaraq bəyan edib: «Komitə korrupsiyanın hər bir formasına dözümsüzlük nümayiş etdirmək və deputatların davranış qaydalarını sərtləşdirmək niyyətindədir».

XARİCİ KƏŞFİYYAT ORQANI YARATMAQ...

«Komitə Assambleyanın işinin qiymətləndirilməsi, gizli korrupsiya təcrübəsinə işıq salmaq, cəzasızlığa son qoymaq və bütünlükdə bu quruma etibarı bərpa etməkdən ötrü müstəqil xarici kəşfiyyat orqanı yaratmağa çağırır», - deyə sənəddə bildirilir.

XATIRLATMA

Sessiya ərəfəsində bir çox beynəlxalq QHT-lər və yerli vətəndaş cəmiyyəti AŞPA-nı Azərbaycan nümayəndə heyətinin bəzi qurum üzvlərinin rüşvətlə öz tərəflərinə çəkilməsi hallarına qiymət verməyə çağırmışdılar.

Buna da bax-'Kürü Diplomatiyası: Nə qədər almısız?'

Üstəlik, vətəndaş cəmiyyəti fəallarının AŞPA-ya məktubunda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulması istənilirdi. Buna səbəb də nümayəndə heyətinə daxil olan iki deputatın adının bu qurumun keçmiş vitse-prezidenti Luca Volonte-yə 2.39 milyon avro rüşvət verilməsi iddialarında hallanması idi. İddialara görə, həmin vəsait bir neçə il əvvəl Azərbaycanda siyasi məhbuslarla bağlı AŞPA-da qətnamənin qəbul edilməməsinə xərclənib.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri isə bu iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG