Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:34

İsa Qəmbər: “Əsas məqsəd azad sözü boğmaqdır”


Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər

“Turan” İnformasiya Agentıyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı avqustun 26-sı Müsavat Partiyasının qərargahında ictimaiyyət təmsilçilərinin toplantısı keçirilib.

“Xural”qəzetinin baş redaktoru Əvəz Zeynallı baş verənləri “hamını bir yer toplayan şəxsin həbsi” kimi dəyərləndirib.

Onun fikrincə, bu həbs ölkədə bütünlükdə mövcud durumun gösətricisidir:

“Bu “qırmızı xətt”in “qırmızı xətt”inin keçilməsidir.M.Əliyev dünya çapında tanınan şəxsdir. Onun həbsilə hakimiyyət azad sözə meydan vermək istəməməsini ortaya qoyub”, Ə.Zeynallı bildirib.

Ə.Zeynallıdeyib ki, M.Əliyevin müdafiəsi onun azadlığa çıxması ilə başa çatmallıdır.

“Mən təklif edirəm ki, ölkənin demokratik ictimaiyyətinə ünvanlanan bəyanat qəbul edək” , Bunu isə Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər bildirib.

Mehman Əliyevin həbsi ilə bağlı Müsavat partiyasında tədbir
Mehman Əliyevin həbsi ilə bağlı Müsavat partiyasında tədbir

“Əsas məqsəd azad sözü boğmaqdır”

İ.Qəmbərə görə, M.Əlievin həbsinin əsas səbəbi hakimiyyətin ölkədə yeganə yerli müstəqil informasiya qurum ilə də barışmamasıdır:

“Əsas məqsəd azad sözü boğmaqdır ki, bu da ölkədə durumun ağırlaşmasından xəbər verir”.

MSDM rəhbəri deyib ki, son vaxtlar Qərb Azərbaycan hakimiyyətilə danışmırdı. İndi M.Əliyevi həbs etməklə Azərbaycan hakimiyyəti Qərblə danışmaq istəyir:

“Qərbbu hakimiyyətlə danışacaq. Amma“bazarlıq”aparmayacaq”

“Azad medianın kökü qazılır”

AXCP sədri Əli Kərimli isəhesab edir ki, bu həbslə rəsmi Bakı xalqa mesaj verib:

“Ölkədə müstəqil mətbuata yer yoxdur... Burada söhbət təkcə M.Əliyevdən və ya mediadan getmir. Bütünlükdə xalq imthana çəkilir. Hakimiyyətin sistemli savaşı nəticəsində müxalifət kifayyət qədər zəifləyib, azad medianın kökü qazılır. Xalq da düşünür ki, onu bir neçə müxalif qüvvə və ziyalı xilsa edəcək. Amma ümumxalq hərəkatı olmayınca ölkə və xalq xilas ola bilməyəcək. Hamı bu hərəkata qoşulmalıdır. Çünki, bu bütün xalqın taleyidir”

Müsavat Partiyasının başqanı Arif Hacili isə deyib ki, çıxış yolunu bütün qüvvələrin birləşməsində görür.

A.Hacılıvurğulayıb ki, partiyaların ayrı-ayrılıqda mübarizəsi səmərə verməyəcək.

Tədbirdə qərara alınıb ki, M.Əliyevin hüquqlarını Müfafiə Komitəsi avqustun 28-də toplansın və komitənin tərkibi açıqlansın.

***

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezir “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb.O, Mehman Əliyevin azadlığa buraxılmasını istəyib.

“Amerikanin səs"nin xəbərinə görə, H. Dezir vurğulayıb ki, Mehman Əliyevin həbsinin siyasi motivli olduğunu düşünməyə müəyyənəsaslar var .

“ Mən Azərbaycan hakimiyyətini israrla jurnalisti dərhal və qeyd-şərtsiz azad etməyə, onun fundamental hüquqlarının pozulmayacağına zəmanət verməyə çağırıram", deyə bəyanatda qeyd edilir.

Bəyanatda xatırladılır ki, M.Əliyev vergi ödənişindən yayınmaqda ittiham olunub və müəyyən edilmiş cərimənin ilkin məbləği 18 min avro olub. Amma məhkəmədə daha böyük məbləğin mənimsənilməsi və 60 min manat (30 min avro)verginin ödənilməməsi ittihamı irəli sürülüb.

Üstəlik, agentliyin ofisində aparılan yoxlamalar və onun bank hesablarının dondurulması kollektivin sentyabrın 1-dən fəaliyyətini dayandırmağa qərar verməsinə səbəb olub.

H. Dezir avqustun 17-də Azərbaycan hakimiyyətinə ilk müraciətində"Turan” Agentliyinin işinə və ölkədə fikir plüralizminə təsir edə biləcək hər hansı addımdan çəkinməyə çağırmışdı.

"Mehman Əliyev media sahəsində tanınmış ekspert və ATƏT tədbirlərinin aktiv iştirakçısı, mütəfəkkir və dərin hörmət bəslədiyimiz həmkarımızdır", deyə Harlem Dezir qeyd edib. O, Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğunu ifadə edib.

“Ölkədə sonuncu müstəqil informasiya agentliyinin rəhbəri həbs edilib”

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı “da Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyib.

“Turan” Agentliyinin xəbərinə görə, Freedom House-un Avrasiya üzrə proqram direktoru Mark Berendt bildirib ki, Mehman Əliyevin həbsi Azərbaycanda müstəqil jurnalistikanı və bütün digər tənqidi səsləri susdurmaq səylərinin tərkib hissəsidir.

"Mehman Əliyev "Turan" İnformasiya Agentliyinə - ölkədə qalan sonuncu müstəqil informasiya agentliyinə rəhbərlik edir. Agentlik sentyabrın 1-dən etibarən bağlanmaqdan başqa yolu qalmadığını elan edib.

Hökumət agentliyə əsassız maliyyə pozuntuları ittihamları irəli sürüb. Bu da agentliyin bank hesablarının dondurulmasına gətirib çıxarıb ", deyə bəyanatda qeyd edilir.

Freedom House 2017-ci il üzrə hesabatlarında Azərbaycanı mətbuatı azad olmayan və İnternetin qismən azad olduğu ölkələr sırasına aid edib.

Bunalara da bax: Mehman Əliyev həbs edildi [video]

'Bir azdan bu Mehmanı da unudacağıq...' - [media icmalı]

Xatırlatma

Avqustun 25-i məhkəmənin qəararı ilə Mehman Əliyev haqqında fevralın 7-nə kimi həbs qəti imkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irləi sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və ounu siyasi sifariş sayır.

Vergilər Nazirliyiavqustun 8-də“Turan” Agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

XS
SM
MD
LG