Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:29

Avropa ölkələri pandemiyadan çıxır?


Kopenhagendə gecə barının qarşısında
Kopenhagendə gecə barının qarşısında

İsveç bu həftə ölkədəki bütün pandemiya məhdudiyyətlərini qaldırıb və COVID-19 testlərini dayandırıb.

Reuters yazır ki, hökumət bu addımı səhiyyə sisteminin təzyiq altında olmasına, alimlərin etirazına rəğmən atıb.

Ümumiyyətlə, pandemiya dövründə gah karantinin əleyhinə çıxan, gah da karantin elan edən İsveç hökuməti artıq ötən həftə bütün karantin məhdudiyyətlərini ləğv edəcəyini bəyan etmişdi.

Hökumət bildirirdi ki, daha zəif simptomlu Omikron variantının yayılması və əhalinin vaksinlənməsi elə pandemiyanın sonu deməkdir.

Səhiyyə naziri Lena Hallenqren elə belə də deyib:

"Əgər bu bizim tanıdığımız pandemiyadırsa, deyə bilərəm ki, o artıq qurtarıb. Yəni tam qurtarmayıb, amma təcili dəyişiklik və məhdudiyyətlər mənasında artıq qurtarıb”.

Testlər baha başa gəlir

Beləliklə İsveçdə fevralın 10-dan bütün bar və restoranların axşam saat 23-dək işlənməsinə icazə verilib.

Qapalı yerlərdə adam sayına qoyulan limit, vaksin pasportları da ləğv olunub.

İsveç xəstəxanalarında 2200 COVID xəstəsi olsa da, bu, 2021-ci ildə baş vermiş üçüncü dalğada olduğundan çox deyil.

Umea Universitetinin professoru Fredrik Elq deyib ki, hökumət bir-iki həftə də səbr eləməli idi.

Lakin İsveçin Səhiyyə Nazirliyi bildirib ki, ölkə bu ilin ilk 5 həftəsində testlərə hər həftə 55 milyon dollar xərcləyib və bu, çox baha başa gəlir.

İsveçdə son bir sutkada 114 nəfər koronavirusa yoluxmadan vəfat edib. Ümumi ölüm sayı isə 16 min 182 olub.

Virusla yaşamaq zamanı

Fevralın 10-dan COVID vəsiqələri Çexiyanın bar, restoran, kafe, bərbərxana, idman və mədəniyyət komplekslərində də ləğv olunub.

Baş nazir Petr Fiala deyib ki, hökumət vəziyyətdən asılı olaraq fevral ayı ərzində bütün karantin məhuddiyyətlərini qaldıracaq.

Səhiyyə naziri Vlastimil Valek deyib ki, fevralın 19-dan adamların 5 minlik konsertlərə və idman oyunlarına getməsinə icazə veriləcək. İndilik limit 1000 nəfərdir.

Bu arada koronavirusa gündəlik yoluxmalar fevralın 1-dəki 57 min nəfərdən bu həftə 37 min nəfərə enib.

Çexiyada indiyədək 3.3 milyon yoluxma, 37,612 ölüm qeydə alınıb.

Bu ölkədə 10.5 milyonluq əhalinin 6.8 milyonu tam preyvənd olunub.

Ötən həftə Danimarka Avropa İttifaqında pandemiyadan çıxdığını elan edən ilk ölkə olmuşdu.

Onun ardınca Norveç də eyni addımı atıb. Baş nazir Yonas Qar Store deyib ki, “cəmiyyət virusla yaşamağa alışmalıdır”.

XS
SM
MD
LG