Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:52

Avropa siyasətçiləri Saakaşvilinin azad olunmasını tələb edirlər


Saakaşvilinin azadlığını tələb edənlərdən biri hökumət binasının qarşısında
Saakaşvilinin azadlığını tələb edənlərdən biri hökumət binasının qarşısında

Məktub Gürcüstan hakimiyyətindən ölkədə siyasi motivli mühakimələrə son qoyulmasını tələb edir

Avropa İttifaqının, Latviya və Ukraynanın keçmiş prezidentləri də daxil onlarca keçmiş və indiki siyasətçisi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsxanadan buraxılmasını tələb ediblər.

Onun oktyabrın əvvəllərində həbs olunması Gürcüstandakı siyasi böhranı daha da kəskinləşdirib.

Müraciətdə deyilir:

“Saakaşvilinin məhbusluğu ədalətli hüquqi prosedurlar bərqərar olunanadək dayandırılmalıdır. Gürcüstan demokratiyası indiki siyasi böhrandan çıxmalıdır”.

Avropa millət vəkillərinin oktyabrın 18-də imzaladıqları məktub Avropa Şurasına, Avropa Komissiyasına və Avropa Parlamentinə ünvanlanıb.

Müraciət müəllifləri hesab edirlər ki, Gürcüstanın hazırkı məhkəmə sistemi cəmiyyətin etimadına malik deyil.

Məktub Gürcüstan hakimiyyətindən ölkədə siyasi motivli mühakimələrə son qoyulmasını tələb edir.

Zurabişviliyə təzyiq

Müraciət Saakaşvilinin dərhal azad olunmasına çağırsa da, Avropa İttifaqının rəhbərliyindən hələki heç bir konkret addım atmağı tələb etmir.

Görünür nəzərə alınır ki, hazırkı vəziyyətdə Saakaşvilinin azad edilməsi üçün prezident Salome Zurabişviliyə təzyiq göstərilməsindən başqa alətin olmadığı nəzərə alınır.

O isə bəyan edib ki, keçmiş prezidenti heç bir vəchlə azad etməyəcək.

Buna baxmayaraq, sözü gedən məktubda Saakaşvili ilə bağlı vəziyyətin izlənməsi üçün “beynəlxalq müşahidəyə” bənzər qurumun yaradılması təklif olunur:

“Saakaşvili xələfləri tərəfindən məhkum edilən onlarca rəsmidən biridir. Onun məhkum edilməsinə baxmayaraq ona qarşı ittihamlar beynəlxalq miqyasda heç vaxt tanınmayıb”.

Məktub müəllifləri xatırladırlar ki, Gürcüstanın keçmiş sovet irsindən müasir və hələ də inkişafda olan ölkəyə çevrilməsində Saakaşvilinin əvəzsiz rolu olub.

Xatırlatma

O 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi baş verəndə Gürcüstanın prezidenti idi. Bu müharibədə Rusiya faktiki olaraq Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini nəzarətə götürüb.

Rusiya bu iki bölgənin müstəqiliyini tanısa da, əksər ölkələr və BMT bu əraziləri Gürcüstan torpağı hesab edir.

Saakaşvili Gürcüstanın hazırkı hakimiyyətini Rusiyaya “işləməkdə” ittiham edir. Ukraynada işlədiyi illərdə Saakaşvili ilə ovaxtkı prezident Petro Poroşenko arasında münasibətlər korlanmışdı. Lakin onun indiki prezident Zelenski ilə yaxşı münasibətləri var.

XS
SM
MD
LG