Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:50

'Xankəndinə ayaq basa bilmir, İrəvan (Yerevan) davası döyür'


 Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü.
Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüş zamanı çıxışında Azərbaycan Xalq Cümhuriyyətini (AXC) ittiham edib: "1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı (Yerevan) Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi".

Prezident İ.Əliyev ilk dəfə deyil ki, AXC-ni eyni məsələyə görə ittiham edir. O, son 10 ildə bir neçə dəfə eyni fikirləri səsləndirib. Hələ 2012-ci ildə Sumqayıtda çıxışlarının birində İ.Əliyev demişdi ki, bugünkü Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaranıb. O, sonra da 10 il ərzində eyni ittihamı dəfələrlə səsləndirib. Lakin bu dəfə dəyərləndirməsində "cinayət" sözünü işlədib.

Cəmil Ünal: 'Azərbaycanda Rəsulzadə düşmənçiliyi davam edir'
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

Ermənistan rəsmiləri, ictimaiyyət nümayəndələri də zaman-zaman bu çıxışları cavabsız qoymayıb. Yerli mediada yer alan məlumatlara görə, orada belə bəyanatlar dünyanın tanıdığı mövcud Ermənistan ərazisinə iddia kimi dəyərləndirilib.

Ermənistan XİN: "Azərbaycan prezidentinin səsləndirdiyi fikirlər…"

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) isə İ.Əliyevin dekabrın 24-də məlum çıxışına cavab olaraq bunları bildirib: "Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirləri bir daha sübut edir ki, bu dövlətin rəhbərliyi Cənubi Qafqazda sülhün və sabitliyin qurulmasında heç cür maraqlı deyil".

Nazirlik hesab edir ki, o, bununla "Ermənistan Respublikasına yeni ərazi iddiaları irəli sürür, beynəlxalq hüquqa və beynəlxalq partnyorlara etinasızlıq göstərir".

C.Həsənli
C.Həsənli

"104 il bundan əvvəl cinayət axtarmaqdansa…"

Müxalifətdə olan Milli Şuranın rəhbəri, tarixçi Cəmil Həsənli isə yazıb ki, 104 il bundan əvvəlki dövrdə xəyanət, cinayət axtarmaqdansa, tarixin daha yaxın xəyanət və cinayət hadisələrinin izahatı verilsə, daha yaxşı olar: "Ölkənin ərazisinin bir hissəsini Rusiyanın idarəçiliyinə verib, 28 il bundan öncə ölkədən çıxarılmış rus qoşunlarının təzədən ölkəyə qaytarıb, Azərbaycanın dünya birliyi tərəfindən tanın ərazilərində dövlətin suverenliyini təmin edə bilmir, Xankəndinə ayaq basa bilmir, İrəvan davası döyür".

H.Babaoğlu
H.Babaoğlu

"Bu qərar, bu əsaslandırma doğru deyildi"

Amma hakimiyyət düşərgəsində müxalif tənqidlərlə razılaşmırlar. Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) deputatı Hikmət Babaoğlu "Turan"a deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan olunub və mayın 29-da onun ilk qərarı "İrəvan paytaxt olmaqla 9 min kvadratkilometr ərazi ermənilərə verilsin" olub: "Bu, tarixi gerçəklikdir".

Deputatın vurğulamasına görə, o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin əsaslandırması belə olub ki, bundan sonra onlar Azərbaycanın başqa tarixi torpaqlarına iddia etməsinlər: "Ancaq tarix yaxşı bir müəllimdir və sübut etdi ki, bu qərar, bu əsaslandırma doğru deyildi. Bu gün Qərbi Zəngəzur (Ermənistanın Sünik bölgəsi), Göyçə (Sevan) artıq yoxdur, Qarabağı isə cəmi iki il əvvəl azad etmişik".

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan prezidenti haqlı olaraq xalqını öz tarixinin gerçəklikləri ilə üz-üzə gəlməyə dəvət edib: "Ondan düzgün nəticələri çıxara bilək".

V.Hacıbəyli
V.Hacıbəyli

"Faktiki yoxdan bir dövlət qurublar"

Siyasi şərhçisi Vaqif Hacıbəyli isə AzadlıqRadiosuna bildirib ki, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları faktiki olaraq yoxdan bir dövlət qurublar, onun əsaslarını yaradıblar və dövlətin beynəlxalq aləmində tanınmasına nail olublar: "Yəni, müstəqil Azərbaycan o vaxt olmasaydı, çətin ki, bugünkü Azərbaycan mövcud olardı. Qarabağın özündə Müsavat hakimiyyətinin apardığı mübarizənin nəticəsində Şuşa şəhərində Azərbaycanın bugünkü hüquqları bərpa olundu. Çünki o vaxt Şuşa da ermənilər tərəfindən zəbt olunmuşdu. Müsavat hökuməti hakimiyyətdə olduğu çox qısa bir müddətdə buna qarşı mübarizə aparıb".

XS
SM
MD
LG