Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:00

Kadyrovun qızı Ayşatın qadın paltarlarından ibarət ilk kolleksiyası


 Firdaws moda evinin nümunələri
Firdaws moda evinin nümunələri

Çeçenistan lideri Ramzan Kadyrovun 18 yaşlı qızı, “Firdaws” moda evinin direktoru Ayşat, Qroznıda qadın geyimlərindən ilk kolleksiyasını nümayiş etdirib.

Bu barədə martın 1-də RİA Novosti məlumat yayıb.

Qroznıda keçirilən tədbirə Çeçenistan lideri Ramzan Kadyrov, onun həyat yoldaşı Medni Kadyrova, tanınmış italiyalı modelyer Stefano Riççi, “Chopart” şirkətinin vitse prezidenti Karolina Qruozi-Şoyfele, “Hello” jurnalının baş redaktoru Svetlana Bondarçuk, prodüser Yana Rudkovskaya,idmançı, məşhur fiqurlu konki ustası Yevgeni Plyuşenko, müğənni Nyuşa və digər tanınmış şəxslər qatılıb.

Tamaşaçılara məxmər, ipək, şifon və fransız krujevasından hazırlanmış və yarım qiymətli daşlarla bəzədilmiş 30 axşam paltarı nümayiş etdirilib.

Dizaynerin sözlərinə görə, belə bir fikrə milli çeçen geyimlərini öyrəndikdən sonra düşüb.

Ayşat hər bir paltarda milli motivlər olduğunu və bu işdə yalnız anasından məsləhət aldığını bildirib.

O, hesab edir ki, ümumdünya ənənələrinə uyğun olan bu paltarlar,dəblə geyinən müsəlman qadınının obrazını nümayiş etdirir.

Tədbirdə moda evinə məxsus ətriyyat məhsulları da nümayiş etdirilib və Ayşat ilk ətir şüşəsini anası Medni Katyrovaya bağışlayıb.

Mənbə yazır ki, “Firdaws” moda evini 2009-cu ildə məhz Kadyrovun xanımı Medni yaradıb.

Bu moda evi 2011-ci ildə Moskvada modelyerlərin beynəlxalq konqursunda “Gran-pri” mükafatını qazanıb.

“2016-cı ildə isə Kadyrova rəhbərliyi qızı Ayşata verib.

XS
SM
MD
LG