Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:28

Jurnalistə hücumu pisləyirlər


Bıçaqla təhdid olunan jurnalisti hökumət necə mühafizə edir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Bıçaqla təhdid olunan jurnalisti hökumət necə mühafizə edir?

Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərə qarşı qısnama hallarını dərindən araşdırmağa və jurnalistlərə qorumağa çağırıb

ABŞ Dövlət Departamentinin nümayəndəsi Aytən Məmmədovaya hücümda günahkarların məsuliyyətini istəyir

Amerika Birləşmiş Ştatları (ABŞ) mayın 8-də bıçaqla hücuma məruz qalan jurnalist Aytən Məmmədovanın işini izləyir, Azərbaycan hakimiyyətini məsələ ilə bağlı araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözcüsü deyib:

“Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücum iddiaları və digər təzyiqlərdən dərin narahatıq”.

Xəbərə görə, o habelə qeyd edib ki, jurnalist Aytən Məmmədovaya hücumu pisləyirlər:

“Bu hücum Ümumdünya Mətbuat Azadlığı Gününün (3 may) qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz bu işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”.

Xəbərə görə, Dövlət Departamentinin sözcüsü qeyd edib ki, ABŞ mətbuat azadlığının və bütün dünyada jurnalistlərin təhlükəsizliyinin tərəfdarıdır:

“Biz bütün hökumətləri medianın təhlükəsizliyini təmin etməyə, jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan işlərini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq”.

***

Beynəlxalq insan haqları təşkilatları jurnalist Aytən Məmmədovanın mayın 8-də bıçaqlı hücuma məruz qalmasını pisləməkdədir.

Məmmədova gecə evinə qayıdarkən liftdə naməlum şəxs ona arxadan hücum edərək boğazına bıçaq dirəyib, onu ölümlə və qızıyla təhdid edib, məhkəmədən yazmamasını tələb edib. Məmmədovanın boğazında xəsarət izləri qalıb.

Mayın 9-da AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay, ABŞ-ın Azərbaycandakı səfirliyi, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Stefan Şennak jurnalistə hücumu pisləyiblər.

Bu gün (10 may) isə “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə təmsilçisi Giorgi Qoqia Aytən Məmmədovaya hücumdan həddən artıq narahat olduğunu bildirib.

“Siyasi baxımdan həssas və səs-küylü məhkəmə işlərini işıqlandıran, tanınmış jurnalist Aytən Məmmədovaya hücumla bağlı məlumatlardan aşırı narahatıq. Naməlum şəxs liftdə onun boğazına bıçaq dirəyək ‘ağıllanmadığını’ deyib və qızıyla hədələyib”, – Qoqiya yazıb.

Norveç Helsinki Komitəsi isə hücumu pisləyərək Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərə qarşı qısnama hallarını dərindən araşdırmağa və jurnalistlərə qorumağa çağırıb.

Hakimiyyət təmsilçiləri adətən ölkədə media azadlığının təmin olunduğunu bildirirlər.

Aytən Məmmədova hücumun onun peşə fəaliyyəti ilə bağlı olduğunu güman edir. Hücum edən şəxs konkret ad çəkməsə də ondan “məhkəmədən yazmamağı” tələb edib.

Məmmədovanın son vaxtlar ətraflı işıqlandırdığı məhkəmə proseslərindən biri Tovuzda azyaşlı qızın qətli və sonradan yandırılmış meyitin tapılması ilə bağlıdır. İşdə təqsirləndirilən İlkin Süleymanov işgəncələr nəticəsində cinayəti boynuna götürdüyünü deyir.

XS
SM
MD
LG