Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:51

AzadlıqRadiosu müxbirin məhkum edilməsinə etiraz bildirir


Katerina Yesıpenko Ukrayna prezidentinin ofisi qarşısında piket keçirərkən
Katerina Yesıpenko Ukrayna prezidentinin ofisi qarşısında piket keçirərkən

AzadlıqRadiosunun prezidenti Ceymi Flayın bəyanatında deyilir ki, Vladislav barəsində hökm tamamilə qanunsuzdur

Azad Avropa/AzadlıqRadiosu Rusiyanın qanunsuz ilhaq etdiyi Krımda onun ştatdankənar müxbiri Vladislav Yesıpenkonun 6 il müddətinə həbsxana cəzasına məhkum edilməsini pisləyən bəyanat yayıb.

AzadlıqRadiosunun prezidenti Ceymi Flayın bəyanatında deyilir ki, Vladislav barəsində hökm tamamilə qanunsuzdur:

“O bir jurnalist kimi faktlar əsasında reportajlar verməkdən başqa heç nə etməyib. O nəinki qanunsuz saxlanıb, hətta ötən 11 ay ərzində fiziki və mənəvi işgəncələrə məruz qoyulub. Vladislav dərhal azad edilməli, ailəsinin – həyat yoldaşının və qızının yanına qaytarılmalıdır”.

İkili – Ukrayna-Rusiya vətəndaşlığı olan Yesıpenko AzadlıqRadiosu Ukrayna xidmətinin Crimea.Realities regional saytı üçün materiallar hazırlayırdı.

Jurnalsit 2021-ci il, martın 10-da, Simferopol şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Ukrayna üçün kəşfiyyat məlumatları yığmaqda şübhəli kimi saxlanıb.

Yekun hökmdə casusluq ittihamı yoxdur

Yesıpenko 2014-cü ildə Rusiya ilhaqından sonra həyat yoldaşı Katerina ilə Krımdan Ukraynanın əsas ərazisinə keçmişdi. Burada onların Stefaniya adlı qızları doğulub. Bundan sonra Yesıpenko jurnalist fəaliyyətini davam etdirmək üçün Krıma qayıdıb.

Xəbər verilir ki, saxlanmasının ardınca Yesipenkoya ağır işgəncələr verilib və o saxta ittiham üzrə etiraf ifadəsini Rusiya televiziyası ilə oxumağa məcbur edilib.

2021-ci ilin 15 iyulunda Yesıpenkoya qarşı partlayıcı maddələrin saxlanması və daşınması ittihamı irəli sürülüb.

Onu bu ittihamla 18 il iş gözləyirdi. Jurnalist məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Yekun hökmündə onun Ukrayanın xeyrinə casusluq etməsi barədə heç nə deyilmir.

Etiraz bəyanatları

Jurnalistin xanımı 2021-ci il, oktyabrın 21-də Ukraynanın Vaşinqtondakı səfirliyində onun adından müraciəti oxumuşdu.

Yesıpenko həbsxana kamerasından diqtə etdiyi məktubda ABŞ prezidenti Co Baydeni və ABŞ millət vəkillərini Krımda FTX tərəfindən fəaliyyətlərinə görə saxlanan 100-dən çox siyasi məhbusun azad edilməsinə nail olmağa çağırırdı.

Ukraynanın 16 insan haqları QHT-si, Ukrayna ombudsmeni Lyudmyla Denisova və Kiyevdəki ABŞ səfirliyi internetdə yaydıqları bəyanatlarda Yesıpenkoya qarşı hökmü pisləyiblər.

2021-ci ilin dekabrında Amnesty International təşkilatı Yesıpenkonun dərhal azad olunmasını tələb edən petisiya verib.

Jurnalistləri Müdafiə Komitəsi də daxil mətbuat azadlığı fəalları, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və ABŞ-ın Dövlət Departamenti də hökmü pisləyən bəyənatlar veriblər.

XS
SM
MD
LG