Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

17:31 29.12.2014

AzadlıqRadiosuna dəstək aksiyası

Qırğız insan haqları fəalı Bişkekdə Azadlıq Radiosunun Azərbaycan xidmətinə dəstək nümayişi keçirir.

Tanınmış insan haqları fəalı Ondurmusjh Tokhtonasyrov Azərbaycan səfirliyinin qarşısına “Azadlıq! Biz səninləyik”, “İsmayılovaya azadlıq!” şüarları ilə çıxıb və Azərbaycan hakimiyyətini başqa ölkələrə pis nümunə verməməyə çağırır.

İnsan haqları fəalı Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıqda və söz azadlığını pozmaqda ittiham edir.

18:39 29.12.2014

Dekabrın 29-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində AzadlıqRadiosunun 5 əməkdaşı və müxbiri dindirilib.

Dindirilənlərdən bəziləri idarəyə polis tərəfindən gətirilib, bəziləri isə telefonla dəvət olunub. Bu günə qədər ifadə verən 20-dən çox jurnalist və texniki əməkdaşın heç biri ifadə verməyə Azərbaycan qanunlarında qeyd olunan şəkildə bildirişlə dəvət olunmayıb və ifadə verənə qədər işi onlara aid olan detalları ilə bağlı tanış edilməyiblər.

AzadlıqRadiosunun vəkili dekabrın 28-də işə qəfil qərarla şahid qismində cəlb edilyindən dindirilmələrin bir çoxu vəkil iştirakı olmadan keçirilib, bir çox şahid qismində ifadələr hüquqi nümayəndəsiz alınıb.

AzadlıqRadiosunun bir sıra əməkdaşları dekabrın 28 və 29-a özləri ifadə vermək üçün könüllü İstintaq İdarəsinə gəlmələrinə baxmayaraq, onlar dindirilməyib.

İlkin olaraq AzadlıqRadiosu əməkdaşlarının məhz bu gün - dekabrın 29-da səhər prokurorluğa gəlmələri haqda vkillə razılıq var idi, ancaq dekabrın 28 səhər saatlarında onların bir çox evdən polis tərəfindən zorla idarəyə gətirilib.

19:43 29.12.2014
ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic
ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic

ATƏT Azərbaycan hakimiyyətindən AzadlıqRadiosunun işini davam etdirməsinə imkan verilməsini istəyir

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatović AzadlıqRadiosuna olan hücumları pisləyərək Azərbaycan hakimiyyətini ölkədə media azadlığına basqıları dayandırmağı çağırıb: “AzadlıqRadiosunun ofisində axtarış və ardınca da ofisin bağlanması Azərbaycanda azad media və ifadə azadlığına növbəti kəskin hücum dalğasıdır” – deyə dekabrın 29-da yayılan bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, dekabrın 26-da prokurorluq əməkdaşları radionun ofisində axtarış aparıb, sənədləri, avadanlıqları götürüb, ofisin qapılarını isə möhürləyib. Bunun ardınca radionun əməkdaşları saxlanaraq ifadə vermək üçün istintaqa aparılıb. Onlar dindirildikdən sonra azad ediliblər:

“AzadlıqRadiosunda aparılan bu axtarış son aylar ölkədə azad mediaya qarşı olduqca narahatlıq doğuran basqılardan sonra baş verir. Bundan əvvəl Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Media Azadlığı İnstitutu, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının (İREX) ofisi bağlanıb, dekabrın əvvəlində isə AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl istintaq dövrü üçün həbs edilib.

2014-cü ildə Azərbaycanda media azadlığı kəskin pisləşib. Ondan çox media təmsilçisi hazırda həbsdədir.

Azərbaycan hakimiyyəti AzadlıqRadiosunun fəaliyyətini davam etdirməsinə imkan verməli, ölkədə tənqidi səslərin də mövcudluğunu təmin etməlidir.”

20:47 29.12.2014

AzadlıqRadiosunda axtarışla bağlı radionun hüquqşünaslarının rəyi

Dekabrın 26-da AzadlıqRadiosunun Bakıdakı ofisində Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin apardığı araşdırma, sənədlərinin müsadirə olunması, və əməkdaşların istintaqa cəlb edilmələri barədə radionun hüquqşünaslarının rəyi:

Əvvəla, AzadlıqRadiosunun Bakı bürosunun ofisində həyata keçirilmiş axtarış və götürmə istintaq hərəkəti qanunsuz və əsassız olub. Belə ki, axtarış və götürməni sanksiyalaşdıran yasamal rayon Məhkəməsinin qərarında bunun bir sıra QHT-lərin, xarici QHT-nın filial və nümayəndəliklərinin fəalliyyətində aşkar edilmiş qanun pozuntuları ilə əlaqəli olduğu qeyd edilsə də, bu cinayət işi ilə radionun ofisində axtarış və götürmənin aparılması arasında hüquqi bağlılığın, istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına hansı töhfəni verəcəyi göstərilməyib.

İkinci qanun pozuntusu, axtarış və götürmədən dərhal sonra heç bir hüquqi əsas gətirilmədən radionun Bakı şəhəri Caspian Plaza biznes mərkəzinin 2-ci mərtəbəsində yerləşən ofisinin möhürlənməsidir. Burda digər bir qanunsuzluq möhürlənmənin hansı müddəti əhatə edəcəyi ilə bağlı istintaq orqanının hər hansı bilgi verməməsidir. Eyni zamanda ofisdə qalmış radionun və jurnalistlərin əmlkanının təhlükəsizliyi üçün məsuliyyətin kimin üzərində qalması da qaranlıq və qeyri-müəyyəndir.

Üçüncüsü, axtarış və götürmədən dərhal sonra radionun Bakı bürosunun əməkdaşları kütləvi şəkildə ifadə vermək üçün istintqa çağırılmış, onların yaşadıqları mənzillər polis nəzarətinə götürülmüş, evlərə və yaşadıqları mənzillərə qanunsuz və kütləvi reydlər həyata keçirilmiş, qanunsuz və əsassız olaraq məcburi gətirilməyə məruz qalmış, jurnalistlərin bəziləri yataq otağından oğurlanaraq ifadə vermək üçün istintaq idarəsinə aparılmış, jurnalistlərin ifadə vermək üçün vəkil müşayiəti məqsədilə professional hüquq xidmətindən istifadəsinə vaxt və zaman tanınmamış, müdafiəçinin iştirakı olmadan qeyri-iş günündə - 28 dekabr 2014-cü il tarixdə, bazar günündə zorakılıqla ifadələri alınıb.

Dördüncüsü, AR Baş prokurorunun müavini Rüstəm Usubovun 28 dekabr 2014-cü il tarixli qərarı ilə vəkil Yalçın İmanov radionun müdafiəsi işindən uzaqlaşdırılmış, şahid qismində dindirilmiş, bununla da, AzadlıqRadiosunun Bakı bürosu və onun büronun jurnalist əməkdaşları müdafiəsiz qalıb.

Davamı

XS
SM
MD
LG