Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:20

AzadlıqRadiosu belə doğuldu (AUDİO)


Azad Avropa Radiosu
Azad Avropa Radiosu

«AzadlıqRadiosuna qarşı mübarizə Azərbaycanda elə o təzə yaranan vaxtlardan başlayıb».

Bu sözləri AzadlıqRadiosunun «İZ» proqramına tarixçi-alim Nəsiman Yaqublu söylədi.

Onun sözlərinə görə, hələ 50-ci illərdən sovet hökuməti bu radionu susdurmaq yolunu seçib: «Hökumət Evinin yanında yeraltı stansiyalar qurmağa başlayıblar. Bu yaxınlarda mən bir yazıyla bağlı bir nəfərlə söhbət edirdim. Mənə dedi, bu Hökumət Evini görürsən? 1955, ya 56-cı illərdə burada başladılar yeraltı stansiyalar qurmağa. Kənardan görünürdü. Məqsəd AzadlıqRadiosunun dalğalarını vurmaq idi. Dalğaların yayılmasını əngəlləmək istəyirdilər. Həmin adamın dediyinə görə, Hökumət Evinin altındakı zirzəmidə o vaxtlar böyük bir iş gedib... Sovet dövləti nəhəng bir şəbəkə yaradıb ki, AzadlıqRadiosunun dalğalarını vursun və insanlar o radioya qulaq asa bilməsinlər...».

AzadlıqRadiosu belə doğuldu
Gözlə

No media source currently available

0:00 0:29:48 0:00
Direct-ə keçid

Buna da bax: 'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'

RƏSULZADƏ AZADLIQRADİOSUNDA!

N.Yaqublu bir daha maraqlı faktlara diqqət çəkdi: «Demək istədiyim odur ki, AzadlıqRadiosu sovet hökuməti üçün təhlükəli bir radiostansiya idi. M.Ə.Rəsulzadənin bu radiostansiyada çıxışları olub. Azərbaycan xalqına müraciətləri olub. Bildiyiniz kimi, «Amerikanın səsi»ndə də belə müraciət var. Və bu radiostansiyanın Azərbaycan xidmətinin ilk yaradıcısı olan Əbdürrəhman Fətəlibəyli-Düdənginski də bu fəaliyyətinə görə 1954-cü ildə Münhendə qətlə yetirilib. Məhz sovet sisteminə qarşı təbliğat işini güclü apardığına görə. Amma bu radiostansiya bu gün də mövcuddur və bizlər bu radioda hər zaman doğru xəbər və Rəsulzadə, Cümhuriyyət haqqında gözəl verilişlərin şahidi oluruq».

«AZAD AVROPA», «AMERİKANIN SƏSİ» RADİOLARI

Nəsiman Yaqublu Dwight Eisenhower-in başçılığıyla 1949-cu ildə Nyu-Yorkda SSRİ-yə qarşı psixoloji savaş proqramı hazırlandığını bildirir: «Bir qədər keçəndən sonra bu proqram əsasında Avropadakı mühacirlərlə danışıqlar başlandı. Azərbaycanlılardan, özəlliklə Düdənginski və Ceyhun Hacıbəyli ilə. Onlar psixoloji savaş proqramının tərkib hissəsi olan bir neçə sahəyə cəlb edildilər.

Buna da bax-Düdənginski - 'Camali xaç ilə qızıl yıldız arasında'

İlk növbədə vəsait ayırıb təbliğat işini gücləndirmək nəzərdə tutulurdu. Beləcə, 50-ci illərin əvvəllərində «Azad Avropa» və «Amerikanın səsi» radioları fəaliyyətə başladı. Bir qədər sonra-1953-cü il martın 1-də AzadlıqRadiosu efirə çıxdı. İlk adı «Qurtuluş» idi. Sonra «AzadlıqRadiosu» oldu».

AZƏRBAYCAN REDAKSİYASINDA İLK EFİR

Nəsiman bəy AzadlıqRadiosunun Azərbaycan redaksiyasının 1953-cü il martın 6-da efirə çıxdığını bildirir: «Düdənginski bu radioya cəlb edilən ilk şəxslərdən idi. AzadlıqRadiosunun ilk verilişlərinin materialları arxivimdə var. Baxdıqca heyrətə gəlirəm. Bir adam bir radionun işini tək görüb. Nə qədər enerjili olub! Xəbərlər hazırlayıb, verilişlər hazırlayıb».

Əbdürrəhman Fətəlibəyli
Əbdürrəhman Fətəlibəyli

«DANIŞIR AZADLIQ RADİOSU! HƏMVƏTƏNLƏR!»...

Əbdürrəhman Fətəlibəyli həmvətənlərinə o vaxtlar AzadlıqRadiosunun yerləşdiyi Münhendən üz tutub: «Danışır Azadlıq radiostansiyası! Həmvətənlər! Nəhayət, bizim özümüzün xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik... Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz azadlığa olan iradəmizi yaşatmaqdır!».

AZADLIQRADİOSU 64 YAŞINDA!

İndi AzadlıqRadiosu Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün AzadlıqRadiosunun verilişlərini dinləyir.

Buna da bax-'Danışır Azadlıq radiostansiyası! Həmvətənlər, nəhayət!..'

AzadlıqRadiosu ilk dəfə 1953-cü ildə Almaniyanın Münhen şəhərindən efirə çıxıb.

1995-ci ildə Çexiya prezidenti Václav Havel-in dəvətilə AzadlıqRadiosu Münhendən Praqaya köçüb.

AzadlıqRadiosu Çexiya Respublikasının paytaxtı Praqadakı yayım mərkəzindən hər həftə 1000 saatdan çox veriliş yayımlayır.

AZADLIQRADİOSU ÖZ-ÖZÜNÜ «YEYİR»

AzadlıqRadiosu korporasiyası avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna dillərində verilişlər yayımlayır.

Eston, latış, Litva, polyak, slovak, macar və çex xidmətləri öz missiyalarını başa vurub, yayımlarını dayandırıblar.

Demokratik cəmiyyətlərdə AzadlıqRadiosu fəaliyyətini dayandırır, yəni bu radio öz-özünü «yeyir».

BAKI BÜROSU-SUSDURULMA!

2004-cü ildən AzadlıqRadiosunun Bakıda da bürosu rəsmi fəaliyyət göstərirdi. Ancaq 2014-cü ildə büro Azərbaycan hökuməti tərəfindən qapadıldı. Radio haqqında məhkəmə işi başladıldı və hələ də davam edir...

Buna da bax: Müstəqil saytların bloklanması ilə bağlı ilk məhkəmə iclası bitdi

Müstəqil saytların bloklanması ilə bağlı ilk məhkəmə iclası bitdi
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

XS
SM
MD
LG