Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:28

'Eldar Mahmudov Gülağa Tənhanı da izlətdirib'


Eldar Mahmudov, 19 oktyabr 2015
Eldar Mahmudov, 19 oktyabr 2015

“Azərbaycan diasporu fəaliyyətində yeni keyfiyyət mərhələsinə qədəm qoyur”

Eyni adlı məqaləni “Azərbaycan” qəzeti 31 dekabr sayında dərc edib. Məqalədə dünyada təqribi sayı 50 milyon olan azərbaycanlıların böyük hissəsinin çoxunun hazırda vətənldən kənarda yaşadığı deyilir.

Yazı müəllifi vurğulayır ki, müxtəlif dövrlərdə müstəqil dövlərin yoxluğu milli diasporanın təkamülünə mane olub:

"Məqalədə deyilir ki, son illər diasporanın fəaliyyəti sosial-mədəni sferadan çıxaraq ictimai-siyasi fəaliyyət müstəvisinə keçib,bu da lobbiçiliyin təkamülü və inkişafına əsas yaradıb: “Hazırda bu sahədə yeni mərhələyə başlanıb. Belə ki, xaricdə Azərbaycanın mədəniyyət və ticarət evlərinin yaradılması, milli tariximizi əks etdirən eksponatlardan ibarət sərgilərin keçirilməsi, milli brend məhsullarının yarmarkalarının təşkili, butiklərin açılması kimi tədbirlərin reallaşdırılması ənənəsinin davam etdirilməsi vacib xarakter daşıyır. Bu sahənin inkişafı və zamanın çağırışlarına cavab verməsi üçün elmi potensialdan, kütləvi informasiya vasitələrindən və müasir texnologiyanın imkanlarından yetərincə yararlanmağımız vacib hesab edilə bilər”.

“Bayram ərəfəsində bazarda qiymətlər qalxdı”

“AzNews.az” saytı yazır ki, Yeni il bayramına bir gün qalmış Bakı bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti kəskin bahalaşıb. Saytın əməkdaşları “Təzə bazar”da qiymətləri öyrənib. Alıcılar müxbirlərə qiymət artımından şikayət ediblər:

Bakı, bazar, 20 iyun 2011
Bakı, bazar, 20 iyun 2011

“Bayramla əlaqədar qiymətlər artıb. Bazar od tutub-yanır, girmək belə mümkün deyil. Hər gün qiymətlərdə artım müşahidə olunur. 200 manatla bazara girdim, demək olar ki, heç nə almamışam. Elə məhsul var ki, mən ondan yarım kloqram aldım. Görmüşdük ki, məhsul bol olanda qiyməti ucuz olar. Bazarda isə əksinədir”,

alıcılardan biri deyib.

“Satıcılar isə qiymət artımını məhsulun bol olması ilə deyil, onu rayonlardan baha almaları ilə izah etdilər: “Biz də bu məhsulları rayonlardan alırıq. Elə məhsul var ki, biz onu aldığımız qiymətə satırıq. Elə məhsul da var ki, üstünə bir manat qoyuruq. Axı bizim icarə haqqımız da var. Hələ bazarda satışda olan kənd təsərrüfatı məhsulları özümüzün yetişdirdiyimizdir. Yəni, 90 faizi yerli məhsullardır”, sayt yazır.

“İqtisadiyyatın düşməni olan monopolistlər”

“Yeni Müsavat” qəzeti son sayında yazır ki, İl başlanandan iqtisadiyyatın inkişafının vacibliyi müxtəlif və ən yüksək səviyyələrdə müzakirə edilib, bununla bağlı fikirlər səsləndirilsə də, il sonunda heç bir nəticənin ortada olmadığı məlum olub:

“İqtisadiyyatın liberallaşması, inkişafa nail olunması üçün dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar da vəziyyəti düzəltməyib. Çünki iqtisadiyyatın liberallaşması istiqamətində verilən fərman və sərəncamlar əksər hallarda məmurlar tərəfindən sabotaj edilir, yerinə yetirilmir. Ölkə yenə də monopoliyanın cəngindədir”.

Ekspertlər “Yeni Müsavat”a bildiriblər ki, il ərzində bu istiqamətdə nəticələrin olmaması əsasən monopoliya ilə bağlıdır.

Vahid Əhmədov, 18 oktyabr 2011
Vahid Əhmədov, 18 oktyabr 2011

Milli Məclisin deputatı Vahid Əhmədov məsələ ilə bağlı deyib ki, 2016-ci ildə iqtisadiyyatın liberallaşması istiqamətində addımlar atılıb:

“Müəyyən sahələrdə işlər görüldü, gömrük sahəsində müəyyən şəffaflıq oldu. Mən deməzdim yüz faiz, amma müəyyən qədər işlər yerinə yetirildi. Vergi sistemində son vaxtlar qəbul etdiyimiz qərarlar müsbətdir. Müəyyən işlər görülür. Əlbəttə, ölkədə monopoliya var. Əvvəla, məmurlar müəyyən qərarların yerinə yetirilməsində müəyyən problem yaradırlar. Hər halda, monopoliya hələlik mövcuddur deyə, liberallaşma prosesini sürətlə aparmaq mümkün deyil. Yol xəritəsi artıq imzalanıb, 2017-ci ildən artıq onun icrasına başlanacaq. Ondan sonra bu liberallaşma prosesləri daha da sürətlə getməlidir. Bizim onsuz da başqa çıxış yolumuz yoxdur. Şəffaflığı artırmaq lazımdır. Əhalidə, ictimaiyyətdə, ictimai təşkilatlarda şəffaflıq artırılmalıdır ki, prosesdə fəal iştirak mümkün olsun”.

“Eldar Mahmudov Gülağa Tənhanı izlətdirib”

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov-un tapşırığı ilə telefon danışıqları dinlənilən iş adamlarının içərisində biznesmen, şair Gülağa Qəmbərov (Tənha) da var.

“Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, G.Tənha qiymətli daşların qaçaqmalçılığında şübhəli bilindiyi üçün dinlənib.

Gülağa Qəmbərov (Tənha)
Gülağa Qəmbərov (Tənha)

Ləğv olunmuş MTN-nin Monitorinq Mərkəzi və Əməliyyat-texniki idarəsi tərəfindən telefon nömrələri ətrafında əməliyyat-texniki tədbirlərin keçirilməsinə dair tapşırıqlara baxış keçirilərkən bəlli olub ki, protokolda təvəllüdü, anadan olduğu, yaşadığı və iş yeri göstərilməyən Gülağa Qəmbərovun telefon nömrələri üzrə “RKM” əməliyyat tədbirin keçirilməsi ilə bağlı tapşırıq verilib. Tapşırığın təşəbbüskarı Füzili Əliyev olub, Sübahir Qurbanov və Teymur Quliyev təsdiqləyib. Nazir Eldar Mahmudov isə tapşırığın yuxarı hissəsinə “icazə verirəm” yazaraq imzalayıb. Tapşırıqda “obyekt qiymətli daşların qaçaqmalçılığı ilə məşgul olur” qeydi var.

İstintaq materialından görünür ki, G.Tənha 2015-ci ilin aprel-iyun aylarıdan dinlənilib. Cinayət işinin materiallarında G.Tənhanın istintaq dövründə ölkədə olmadığı üçün dindirilməsi qeyri-mümkün olub”.

XS
SM
MD
LG