Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Yeni hesabat: COP29-un ev sahibi Azərbaycan qaz hasilatını artırır


Azərbaycan illik qaz hasilatını 2033-cü ilə qədər 49 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Azərbaycan illik qaz hasilatını 2033-cü ilə qədər 49 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Mədən yanacağına xüsusi marağı olanlar iqlim danışıqlarına ev sahibliyi etməməlidir. Bu məsələni "Urgewald" və "CEE Bankwatch" tədqiqat qrupları yayımladıqları son hesabatda qaldırırlar.

Hesabatda göstərilir ki, Azərbaycanın dövlət neft-qaz şirkəti olan SOCAR və tərəfdaşları illik qaz hasilatını hazırkı 37 milyard kubmetrdən 2033-cü ilə qədər 49 milyard kubmetrə çatdırmağı planlaşdırır. Hesabat barədə "The Guardian" qəzeti yazır.

Qaz hasilatı planlarına əlavə olaraq, SOCAR bu yaxınlarda 2026-cı ilə qədər Avropa İttifaqına (Aİ) qaz ixracını 17 faiz artırmağa razılaşıb. "Yaşıl enerji bölməsi" – "SOCAR Green" MMC-nin yaradılmasına baxmayaraq, hesabatda SOCAR-ın bərpa olunan enerji mənbələrinə investisiyalarının cüzi olaraq qaldığı iddia edilir.

"Climate Action Tracker" sentyabrda Azərbaycanın iqlim planını "kritik dərəcədə qeyri-kafi" qiymətləndirib, ölkənin fəlakətli qlobal istiləşməni önləmək üçün karbon emissiyalarının təcili azaldılmasının zəruri olduğu bir vaxtda mədən yanacağına daha çox önəm verdiyini qeyd edib.

Hesabatda həmçinin insan haqları ilə bağlı narahatlıqlar vurğulanıb, Azərbaycanın vətəndaş cəmiyyətini sıxışdırması haqda faktlar, SOCAR-ın ölkənin siyasi elitası ilə sıx əlaqələri qeyd olunub.

Azərbaycanın Avropaya verməyə nə qədər qazı var? (EKSPLEYNER)
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

"...qaz ehtiyatlarının əksəriyyəti yerin təkində qalmalıdır"

Azərbaycan hökuməti ittihamlarla razılaşmır. Prezident İlham Əliyevin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev "The Financial Times" qəzetinə məktubunda yazır ki, əvvəlki sammitlərdən 28-nə neft və qaz hasilatı ilə məşğul olan ölkələr ev sahibliyi edib. Prezidentin köməkçisi ölkəsinin regionda ən böyük bərpa olunan enerji layihələrinin tikintisi və Xəzər dənizinin külək enerjisinin Avropaya ixracı üçün Aİ ilə elektrik xətti layihəsi üzərində işlədiyini qeyd edir.

H.Hacıyev həmçinin yazıb ki, Azərbaycan həm də mədən yanacaqlarından yaşıl enerjiyə ədalətli keçidi dəstəkləyən maliyyə mexanizmlərinin müdafiəsindən ötrü COP29-a ev sahibliyi edir. Onun fikrincə, Azərbaycan iqtisadiyyatı mədən yanacağı gəlirlərindən çox asılı olsa da, ölkə bərpa olunan enerji layihələrinə sərmayə qoymaqla öz enerji landşaftını yenidən formalaşdırmaq öhdəliyinə sadiqdir.

"Rystad Energy" şirkətinin araşdırmasına əsasən isə, Azərbaycan gələcək 10 ildə qaz hasilatını hədəflədiyi kimi artırsa, havaya təxminən 780 milyon ton karbon qazı atılacaq ki, bu da Böyük Britaniyanın illik emissiyalarından iki dəfə çoxdur. 2021-ci ildə "Nature" dərgisində yayımlanmış bir araşdırmanın gəldiyi nəticəyə görə, qlobal istiləşməni 1.5℃-yə qədər məhdudlaşdırmaq üçün mövcud qaz ehtiyatlarının əksəriyyəti yerin təkində qalmalıdır.

XS
SM
MD
LG