Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:04

Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır


Praqada dördtərəfli görüş
Praqada dördtərəfli görüş

Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Yelisey sarayı Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı (Aİ) liderlərinin oktyabrın 6-da keçirilən dördtərəfli görüşünün yekunlarına dair bəyanatında belə deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Aİ Prezidenti Şarl Mişelin dördtərəfli görüşü Praqada, Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində keçirilib.

Sərhədə Aİ missiyası göndərilir

“Ermənistan və Azərbaycan BMT Xartiyasına və 1991-ci ilə Alma Ata Bəyannaməsinə sadiq olduqlaqını vurğulayır və bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyırlar. Onlar bunun sərhəd delimitasiyası komissiyalarının işi üçün əsas olduğunu, sərhəd komissiyalarının oktyabrın sonunadək Brüsseldə görüşəcəyini təsdiqləyirlər.

Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Missiya oktyabrda başlayacaq, maksimum iki ay müddətinə gerçəkləşəcək. Missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir”.

Azərbaycan Prezidenti İlham Əliyev dünən Praqada Azərbaycan telekanallarına açıqlamasında artıq sülh prosesinə təkan verildiyini deyib. Əliyev bu ilin sonunadək sülh sazişinin imzalana biləcəyini istisna etməyib.

İlham Əliyev AzadlıqRadiosunun suallarını cavablandırır
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG