Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:29
Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gərginlik və atışmalar müşahidə olunur. Bütün atəşkəs pozuntusunda tərəflər bir-birini ittiham edir. Ermənistan iddia edir ki, Azərbaycanı sərhədlərini pozub müəyyən ərazilərini tutub. Azərbaycan isə öz növbəsində bildirir ki, sadəcə, 30 il ərzində işğal altında olan ərazilərinə qayıtmaqla Ermənistan sərhədinə çıxıb.

Rusiya da dron məsələsini təsdiqləyir

Rusiyanın Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin Qarabağda hərbi mövqeləri dronlarla vurmasını təsdiqləyib. Bu haqda nazirlik avqustun 12-də məlumat yayıb.

Məlumatda deyilir ki, avqustun 11-də Azərbaycanın silahlı qüvvələri Dağlıq Qarabağdakı silahlı birləşmələrin mövqelərinə hücum tipli kvadrokopterlərlə iki zərbə endiriblər.

Nazirlik bildirir ki, Rusiya sülhməramlı kontingenti gələcəkdə vəziyyətin gərginləşməməsi üçün tədbirlər görüb, təhqiqat aparılır.

'Azərbaycan ordusunun Şuşa ətrafında mövqeləri atəşə tutulub'

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, mövqeləri atəşə tutulub.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 12-si saat 21:26-da mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

"Avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb", - məlumatda vurğulanır.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Ermənilər atəşkəsi pozmadıqlarını deyirlər

Dağlıq Qarabağdakı separatçılar isə atəşkəs rejimini pozmadıqlarını deyirlər. Qarabağdakı qurumun məlumatına görə, Azərbaycanın Yuxarı Veysəlli, Sığnaq və Şuşa yaxınlığındakı mövqelərinin atəşə tutulması barədə informasiya həqiqətəuyğun deyil.

Azərbaycan yenə Naxçıvanın atəşə tutulduğunu deyir

Azərbaycan Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 13-ü günorta saatlarında məlumat yayıb.

Məlumata görə, avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Sədərək sakinləri atışmalar barədə AzadlıqRadiosuna danışırlar
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Davamı

XS
SM
MD
LG