Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:26

Bohranla dirəşən Azərbaycan adəti


Azərbaycanda şadlıq sarayı
Azərbaycanda şadlıq sarayı

2016-cı ildə həyata keçirilən islahatlar, təmtəraqlı toy xərclərinə görə Azərbaycanın liderliyi, dəm qazından boğulmaların statistikası, gənclərin ev ala bilmək şansları bu günkü medianın aparıcı mövzusudur.

2016-cı il –islahatların dərinləşməsi ili

“Azərbaycan” qəzeti “2016-cı il səmərəli islahatlar ili oldu” sərlövhəli məqalədə 2016-cı il islahatlarını dəyərləndirir.

Məqalədə yazılır ki, qlobal kataklizmlərin dərinləşdiyi bir vaxtda belə Azərbaycan öz yolu ilə addımlayıb. Beynəlxalq iqtisadi geriləmə yaşandığı bir zamanda həyata keçirilən islahatlarla yeni inkişaf mərhələsinə qədəm qoyub.

Öncə sosial-iqtisadi sahəni təhlil edən məqalədə müəllif bildirir ki, hazırkı şəraitdə iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq, qeyri-neft yönümlü ixracı gücləndirmək, idxaldan asılılığı azaltmaq kimi kimi priorotetlər önə çıxır.

Yazıda vurğulanır ki, dünya iqtisadiyyatında baş verən təlatümlər Azərbaycandan da yan keçməyib:

Azərbaycan, Xəzərdə neft buruqları, 7 oktyabr 2005
Azərbaycan, Xəzərdə neft buruqları, 7 oktyabr 2005

“Xüsusən xam neftin dünya bazarında dəyərinin 3 dəfədən çox ucuzlaşması ölkəyə xarici valyuta daxil olmalarını azaldıb”.

Müəllif 2016-cı ilin sentyabrında keçirilən ümuxalq referendumunu isə hüquqi-siyasi sahədə aparılan islahat adlandırır:

“ Azərbaycan dövləti sosial-iqtisadi inkişafı hər zaman hüquqi-siyasi təkmilləşmə və demokratikləşmə ilə paralel aparıb. Bu iki istiqamət bir-birini tamamlayıb və quruculuğun inkişaf vəhdətini təşkil edib”.

Toy xərcləri üzrə lider –Azərbaycan

“Exo” qəzetində isə “Azərbaycan toy xərclərinin səviyyəsinə görə liderliyini davam etdirir” sərlövəhli məqalə diqqət cəlb edir.

Müəllif deyir ki, BMT-nin aidiyyatı qurumlarının hesabatlarına görə, toy xərclərinin səviyyəsi üzrə keçmiş kommunist və Yaxın Şərq ölkələri liderdir.Amma Azərbaycan da bu sahədə liderdir və maaşların 10%-i buna xərclənir.

Ekspert Nəriman Ağayev ölkədə böhran olmasına baxmayaraq bu sahədə liderliyini qorumasını belə şərh edir:

“Bu Azrəbacanda təmtəraqlı toy etmək adətilə bağlıdır. Sovet dönəmində bu o qədər də təmtəraqlı olmurdu. Amma sonra situasiya dəyişdi. Toy etmək artıq ailə qurma mərhələsindən özünü cəmiyyətə göstərmək mərhələsinə daxil oldu. Bu artıq özünü cəmiyyətə yaxşı göstərmək cəhdidir”.

Azərbaycan manatı, 100, 50 və 20 manatlıq əskinaslar
Azərbaycan manatı, 100, 50 və 20 manatlıq əskinaslar

N.Ağayev deyir ki, indi artıq toylar deyil, xınayaxdı mərasimləri də təmtəraqla keçirilir. Onun firkincə, indi toya getmək bütün xidmətlrələ bir yerdə 100 manatdan ucuz başa gəlmir.

Ekspert hesab edir ki, Azərbaycanda orta hesabla bir toy 15 min manata başa gəlir. Bunun üçün illərlə vəsait toplanması başlanır.

Psixoloq Lamiyə Əhmədova isə düşünür ki, təmtəraqlı toy keçirmək qərarı qonaqların yanında özünütəsdiq diktəsindən irəli gəlir:

“Elə hallar var ki, kimsə öz qohumunun, qonşusunun etdiyi toydan da təmtəraqlı etməklə özünü cəmiyyətə göstərir. Daha çox adam çağırmaqla cəmiyyətə özünün lazımlılığını sübut etməyə çalışır”.

Yazıda vurğulanır ki, iqtisadi böhranla bağlı indi insanlar toya tez-tez getmir. Gedilməsi mümkün olmayan toylara, yaxın qohum-əqrəba toylarına gedirlər.

Müəllifə görə, bu insanları başa düşmək olar, ayda 2-3 toya dəvət edilməkkifayət qədər ciddi maliyyə vəsaiti deməkdir. İndiki böhran zamanı isə bu vəsaiti əldə etmək çətindir.

Canlar alan “Əzrayıl”- Dəm qazı

“Novaya Vremya” qəzeti “Dəhşətli statistikaya necə son qoyaq?” sərlövəhəli məqalədə qış aylarında kütləviləşən dəm qazından boğulmaları müzakirə edir.

Müəllif yazır: “Dəm qazından boğulmlarla bağlı statistika dəhşət doğurur. Bəzən bu kütləvi hal alır. Təkcə 2016-cı il dekbarın 31-dən 2017-ci il yanvarın 4-nə kimi dəm qazından 11 nəfər boğulub.Yanvarın 1-də Yasamal rayonunda Kamerunun 5 vətəndaşı bununla bağlı həyatını itirib” .

Dəm qazı, infoqrafika
Dəm qazı, infoqrafika

Məqalə müəllifi bu ölümlərə görə “Azəriqaz”ı məsuiyyətli bilir. Onun fikrincə, paytaxtın rayonlarında, Bakı tərafında mənzil və evlərdə son zaman buxarıların yoxlanılması uzun zamnadır ki, baş vermir, nsanların həyatı taleyin ümidinə buraxılıb:

“ “Azəriqaz” rəhbərliyi istifadə edilən qaza görə tariflərin qaldırılması üzərində yox, abonentlərin təhlküəsilziyi üzərində düşünməlidir. Belə hallara görə bu qururmların rəhbər şəxslərinin məsuliyyəti olmalıdır”.

Müəllif hesab edir ki, bu faciələrə həm verilən qazın aşağı keyfiyyətli olması, həm qaz verilməsində yaranan fasilələr səbəb olur. Məqalədə deyilir ki, çox zaman qaz verilməsində yaranan fasilə hansısa qaz kəmərindəki qəza ilə yox, sadəcə qaz çatışmazlığından irəli gəlir və xüsusilə özünü regionlarda hiss etdirir.

Dağılan ailələr və evsizlik

“Bizim Yol” qəzetində isə “Gənclərin mənzil almaq şansı azalır” səlrövhəli məqalədə ölkə gənclərinin ev sahibi ola bilmələri şansları dəyərləndirilir.

Müəllif gənclərin ev sahibi ola bilmələrinin ailələrin dağılmasına yol açdığını deyir və statistikaya müraciət edir:

“Son 20 ildə Azərbaycanda boşanmaların sayı iki dəfədən çox artıb. 1995-ci ildə boşanmaların sayı 5669 idisə, 2002-ci ildə 5738 olub. 8 il ərzində boşanmaların sayı stabil 6 min civarında qalıb. 2003-cü ildən başlayaraq boşanmalar sürətlə artıb. 2015-ci ildə 12 764 cütlük boşanıb".

Foto:arxiv
Foto:arxiv

Məqalədə gənclərin ev sahibi ola bilmələrinin boşanmalara səbəb olması ilk plana çıxarılır. Burada ayrı-ayrı hallarda baş verən boşanmalrın motivlərinə toxunulur.

Müəllif ölkədə “Gənclər siyasəti haqqında”qanun qəbul olunduğunu, bu sənədin gənclərin bütün problemlərinin həllini nəzərdə tutduğunu xatırladır:

“Təəssüf ki, qanunun əksinə gənclər səhiyyə xidmətindən də, idman komplekslərindən də pul olmadan istifadə edə bilmirlər. Gənclərin məşğulluğunun təmin edilməsi də qanunda prioritet təşkil etsə də bu gün işsiz gənclərin sayı-hesabı yoxdur”.

Daha sonra məqalədə gənclərin ev alması üçün qoyulan ipoteka şərtlərinin ailələrin büdcəsini “aşdığı” xatırladılır. Müəllif hesab edir ki, ipoteka krediti alanların əksəriyyətinin aylıq məvacibi 1100 manatdan yuxarıdır, amma onların sayı da çox azdır.

Məqalədə deyilir ki, qanunda yerli idarəetmə orqanlarının gənclərlə bağlı proqramlar həyata keçirilməsi də yer alır. Amma müəllif bu sahədə hər hansı iş görülmədiyini nəzərə çatdırır:

“Allah xatirinə, yerli icra orqanları, bələdiyyələr ara-sıra bayramda-seyranda lazımsız toplantı keçirməkdən başqa gənclər üçün nə iş görürlər?” deyə sual ünvanlayır.

XS
SM
MD
LG