Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:55

Sentyabrın 19-da baş verən bir olay


Bakıda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi. 19.09.2016
Bakıda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi. 19.09.2016

“Azərbaycanın neftdən gəlirləri kəskin azalmazdı”

“Azərbaycan neft ölkəsidir” şəklində yayılmış fikir bir qədər dəqiqləşdirilə bilər. Çünki hökumət neft məhsulları istehsalından çox, sadəcə, xam nefti satmağa üstünlük verir. Bu halda əvvəlki fikir də dəyişir və “Azərbaycan xam neft ölkəsidir” şəklinə düşür. Xam nefti satmaq elə də üzağardan özəllik sayılmadığından, hökumət “neft ölkəsi olasan, amma benzini idxal edəsən!..” məzmununda tənqidlərə tuş gəlir.

Sentyabrın 19-da H. Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub.

Sentyabrın 19-da baş verən bir olay hökumətin bənzər tənqidlərdən nəticə çıxardığına ümid oyadır: H. Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub. Bu qurğunun inşası həmin zavodda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi sayılır.

Buna da bax:​ Neft Emalı Zavodu yenilənəcək

Benzin istehsalı da azalıb

Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 9,8 faiz azalıb. Neft məhsullarından alınan sürtgü yağlarının istehsalı 48,7 faiz, dizel yanacağının istehsalı 22,5 faiz, neft koksunun istehsalı 21,9 faiz, avtomobil benzininin istehsalı 7,1 faiz, ağ neftin istehsalı 8,3 faiz azalıb. Yalnız yanacaq mazutu və bitum istehsalında artım qeydə alınıb.

Neft məhsullarının ixracatdakı payı da azalıb: Bu ilin 8 ayında ötən ilin eyni dövrünə nisbətdə belə məhsulların ixracı yarıdan çox - 55,75 faiz azalıb.

Buna da bax:​ SOCAR prezidenti: 'Azərbaycanda benzin çox ucuzdur'

“Neft məhsulları ixrac etsəydik...”

İqtisadçı ekspert Natiq Cəfərli neft məhsullarının istehsal və ixracının xam neft ixracatından təxminən 3 dəfə çox gəlir gətirdiyinə diqqət çəkir: “Azərbaycan hökuməti xam neft ixracına üstünlük verdi, çünki neft məhsulları ixracı üçün yeni zavodlara, milyardlarla manat yatırımlara ehtiyac vardı. Hökumət bu sahəyə yatırım qoymaqdansa, infrastruktur layihələrinə üstünlük verdi”.

Ekspert xam neft qiymətlərinin dəfələrlə ucuzlaşması fonunda ölkə gəlirlərinin də kəskin azaldığını vurğulayaraq deyir: “Neft məhsulları ixrac etsəydik, bu azalma belə ciddi olmazdı”.

XS
SM
MD
LG