Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:23
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı

Azərbaycanda növbədənkənar prezident seçkiləri

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.

Əsas məqamlar

13:23 7.2.2024
Seçki qutusu
Seçki qutusu

Bir sıra məntəqələrdə seçki qutularının yarığının nazik olmadığı bildirilir.

Belə şikayətlərə, hələlik, MSK-dan münasibət almaq mümkün olmayıb.

Amma Seçki Məcəlləsinin 103.3-ci maddəsində qeyd edilir ki, "seçki qutusuna seçki bülleteninin salınması üçün yarıq eyni zamanda birdən artıq seçki bülleteni qoyulan zərfin salınmasına imkan verməməlidir".

13:14 7.2.2024

"Turan" agentliyinin xəbərinə görə, 17 saylı Yasamal III seçki dairəsində onların müxbirini 8, 13, 12 və 29 saylı seçki məntəqələrinə buraxmayıblar.

Bildirildiyinə görə, buna səbəb kimi MSK-da onların qeydiyyatdan keçməmələri göstərilib.

Amma həm MSK-dan, həm də Media Agentliyindən bundan əvvəl bildirilib ki, heç bir jurnalistə maneə yaradılmamalıdır.

12:34 7.2.2024

Saat 12.00-a qədər respublika üzrə 2 milyon 499 min 33 nəfər səs verib, seçici fəallığı 38.57 faiz olub. /MSK/

12:27 7.2.2024

Müşahidəçilər məntəqədən nədən uzaqlaşdırılıb?

Azərbaycanda prezident seçkilərini izləyən bəzi müşahidəçilərin seçki məntəqələrindən uzaqlaşdırıldığı bildirilir.

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı məntəqəsində müşahidəçi Cavid Nəbiyev məntəqədən uzaqlaşdırıldığını bildirir.

C.Nəbiyevin sözlərinə görə, o, sadəcə seçki prosesini izləyirmiş və heç bir pozuntu etməyib, amma məntəqə seçki komissiyası barəsində protokol tərtib edərək onu məntəqədən uzaqlaşdırıb.

Eyni halın 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı məntəqəsində də olduğu vurğulanır. Həmin məntəqədən də müşahidəçinin polisin iştirakı ilə uzaqlaşdırıldığı deyilir.

Seçki dairəsindən "Turan"a bildirilib ki, müşahidəçilər seçki prosesinə maneçilik törətdiklərinə görə məntəqədən uzaqlaşdırılıb.

Davamı

XS
SM
MD
LG