Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:32
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı

Azərbaycanda növbədənkənar prezident seçkiləri

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.

Əsas məqamlar

09:46 8.2.2024

"Yeni dönəmində Əliyev üçün ən böyük təhlükə azad mediadır"

Norveç Helsinki Komitəsinin baş katibi Berit Lindeman deyir ki, bu seçkidə sürprizlə qarşılaşmadı, yenə də insanlar dəstə-dəstə seçkiyə gətirildi. Yenə də həqiqi rəqabətə imkan verilmədi, bu seçkidə hər hansı müxalifət lideri iştirak etmədi, azad mediaya, debatlara şərait yaradılmadı. Berit Lindeman deyir ki, İlham Əliyevin yeni prezidentlik müddətində ölkədə demokratiya ilə bağlı durumun daha da pisləşəcəyini gözləyir: "O, illər ərzində daha da avtoritar olur. Düzdür, vaxt olub ki, ölkədə indikindən daha çox siyasi məhbus olub. Amma məsələ burasındadır ki, onun daha insanları əvvəlki qədər həbs etməyə ehtiyacı yoxdur. Amma ölkədə 200-dən çox siyasi məhbus var. Onun daha çox adam həbs etməməsinin səbəbi odur ki, vətəndaş cəmiyyəti əvvəlki kimi aktiv deyil. İndi Əliyev üçün indi ən böyük təhlükə azad mediadır. Yeni dönəmində onun üçün təhlükə azad media olacaq. Odur ki, İlham Əliyev media nümayəndələrini həbs etməkdə davam edir".

Azərbaycan hakimiyyəti heç bir jurnalisti peşə fəaliyyətinə görə həbs etmədiyini deyir.

09:56 8.2.2024

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrini tanımadığını açıqlayıb.

AXCP bəyan edir ki, "seçkilər tam rəqabətsiz, azadlıqların tam məhdudlaşdırıldığı, qorxu, təhdid, inzibati terror mühitində keçirildiyi üçün gerçək seçki olmayıb, elan edilən nəticələr xalq iradəsinin ifadəsi deyil və qeyri-legitimdir".

16:41 8.2.2024

Prezident seçkisindəki pozuntular: Topa bülletenlər necə hazırlandı? - GÖRÜNTÜLƏR

16:49 8.2.2024

ATƏT müşahidəçiləri olduqları məntəqələrin yarısında səslərin sayılmasında şəffaflığın pozulduğunu deyirlər

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrini açıqlayıb.

Mətbuat konfransında açıqlanan sənəddə bildirilir ki, 7 fevral seçkiləri məhdudlaşdırıcı mühitdə keçib, seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb. "Birləşmək, ifadə və sərbəst toplaşmaq kimi fundamental azadlıqlara uzun müddətdir qoyulmuş ciddi məhdudiyyətlər həm qanunda, həm də təcrübədə həqiqi demokratik seçkilər üçün standartlara ziddir", - açıqlamada vurğulanıb.

"Seçicilər üçün alternativ təqdim olunmayıb"

Sənəddə qeyd edilir ki, süskün keçən kampaniya məhdud ictimai iştirak yaratdı və sosial şəbəkələr də daxil olmaqla, həqiqi rəqabət xarakteri daşımadı: "Namizədlərin heç biri öz təşviqat çıxışlarında hazırkı prezidentin siyasətlərinə inandırıcı şəkildə etiraz etmədikləri səbəbindən seçicilər üçün alternativ təqdim olunmayıb".

Əlavə edilir ki, müşahidə olunan məntəqələrdə seçki günü sakit və bütövlükdə nizam-intizamlı keçib: "Bununla bərabər, müşahidə edilən 1226 seçki məntəqəsinin 7.7 faizində səsvermə proseduru BSMM (Beynəlxalq Seçki Müşahidə Missiyası) müşahidəçiləri tərəfindən mənfi qiymətləndirilib. Bu da yüksək rəqəmdir və ciddi narahatlıq doğurur".

Bildirilir ki, 11 faiz məntəqələrdə seçicilərin barmaqları mürəkkəblə ardıcıl şəkildə işarələnməyib, 16 faiz halda isə mürəkkəbin izi yoxlanılmayıb: "BSMM müşahidəçiləri... seçki qutularına bülletenlərin atılması (29 seçki məntəqəsi), müşahidələrin 5 faizində seçici siyahılarında oxşar imzaların, eləcə də müşahidələrin 4 faizində qrup səsverməsinin olduğuna dair məlumat veriblər".

Səslərin sayılmasında...

Sənədə görə, BSMM müşahidəçiləri bildiriblər ki, müşahidəsi aparılan məntəqələrin təxminən yarısında (53) səslərin sayılmasının şəffaflığı pozulub. Habelə vurğulanır ki, müşahidəsi aparılan məntəqələrin beşdə birində (26) BSMM müşahidəçiləri səslərin sayılması prosedurlarını məhdudiyyətsiz müşahidə edə bilməyiblər.

Davamı

XS
SM
MD
LG