Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:37

'Diktatura olduğu halda, 'demokratiya var'... deyən şəxslə nəyisə danışmağın mənası qalmır'


'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla

Son illər Azərbaycan rəsmiləri, bir qayda olaraq, antiqərb çıxışlar səsləndirirlər. Onlar Qərb və onun təşkilatlarını, əsasən, Azərbaycana ikili standartla yanaşmaqda, ermənipərəst olmaqda ittiham edirlər. Məsələn, prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşərkən bu il Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq olunmamasını Qarabağda "antiterror" əməliyyati ilə izah edib, əvəzində ölkədə fundamental azadlıqların pozulmadığını bildirib. Prezident deyib: "Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür".

Azərbaycan ötən il Qarabağda "antiterror" əməliyyati ilə ölkə ərazisində tam suverenliyini bərpa etdiyini açıqlayıb. Ermənistan isə həmin hərbi əməliyyatları "etnik təmizləmə" adlandırıb. Qarabağ münaqişəsi ötən əsrin 80-ci illərindən iki respublika arasında gərginliyə, bəzi illərdə isə hərbi toqquşmalara səbəb olub.

İ.Əliyev ötən ay inauqurasiya nitqi zamanı isə bunları demişdi: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir".

H.Babaoğlu
H.Babaoğlu

"Niyə biz qapının arxasında dayanmalıyıq?"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu "Turan"a deyib ki, Qərb "universal dəyərlər" deyən zaman başqa ölkələrə münasibətdə manipulyasiya edir: "Azərbaycan prezidenti dediyi kimi, əgər bizi orada gözləmirlərsə, niyə biz qapının arxasında dayanmalıyıq?".

O hesab edir ki, bunu Azərbaycan-Qərb münasibətlərindən öncə Türkiyə-Qərb münasibətləri kontekstində dəyərləndirmək lazımdır: "NATO-nu gücləndirmək üçün Türkiyə məcburi şəkildə ora qəbul edildi, amma Avropa İttifaqına Türkiyə qəbul edilmədi".

H.Babaoğlunun sözlərinə görə, İ.Əliyevin andiçmə nitqi strateji baxımından dərin məzmunlu idi: "Çıxış bugünkü beynəlxalq münasibətlər sistemində Azərbaycanın və digər türkdilli dövlətlərin siyasi vektorunu təyin edirdi. Yeni multipolyar dünya sisteminə doğru gedilən bir vaxtda Türk Dövlətləri Təşkilatı güc mərkəzlərin birinə çevrilə bilər və bu, çox yaxşıdır".

Rusiya ilə münasibətlərə gəldikdə isə, deputat Rusiyanın Azərbaycanın qonşusu olduğuna diqqət çəkir: "Rusiya ilə bizim münasibətlərimizin yaxşı olması hər iki ölkənin maraqlarına cavab verir. Tarixi kontekstdə, etnogenez kontekstindən tutmuş, bu gün real iqtisadi münasibətlərə qədər maraqlarımız tələb edir ki, Rusiya ilə münasibətlər yaxşı olsun. Bu, bir zərurətdir və milli maraqlarımıza cavab verir".

A.Qasımlı
A.Qasımlı

"Niyə Azərbaycan və İlham Əliyev onu imzalamadılar?"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna deyib ki, prezident İ.Əliyevin həmin çıxışı həqiqətəuyğun deyil. Ekspert xatırladır ki, Avropa İttifaqı Azərbaycana da, Ermənistana da, Gürcüstana da Assosiativ saziş imzalamağı eyni vaxtda təklif etmişdi: "Niyə Azərbaycan və İlham Əliyev onu imzalamadılar? "Şərq tərəfdaşlığı" proqramı qəbul olunanda hər üç Cənub Qafqaz ölkəsi ora dəvət olunmuşdu. Amma Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədi".

2009-cu ildə yaradılan "Şərq tərəfdaşlığı" proqramına Azərbaycan, Gürcüstan, Ermənistandan başqa, Moldova, Ukrayna və Belarus da daxildir. Gürcüstan, Ukrayna, Moldova ilə Assosiativ, Ermənistanla isə Tərəfdaşlıq sazişi imzalanıb. 2017-ci ildən Azərbaycanla da danışıqlar aparılsa da, bir nəticə yoxdur. Belarus isə proqram çərçivəsində əməkdaşlığı dayandırıb.

A.Qasımlı hesab edir ki, "Azərbaycanda demokratiya var" və "ölkədə insan haqları pozulmur" fikirləri də həqiqət deyil: "Ölkədə diktatura olduğu halda, "demokratiya var", siyasi məhbuslar, bütün sahələrdə monopoliyalar olduğu halda, "insan hüquqları pozulmur" deyən istənilən şəxslə artıq nəyisə danışmağın mənası qalmır".

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Politoloq "Azərbaycana Qarabağı işğaldan azad etdiyinə görə münasibət pisdir" fikri ilə də razı deyil: "Həm Avropa Parlamentinin, həm də Avropa Şurasının Qarabağın işğalı ilə bağlı bir neçə qətnaməsi olub. Ona görə də bu kontekstdə onları ikili standartlarda günahlandırmağın yeri yoxdur. Biz öz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməmişik".

A.Qasımlının fikrincə, Azərbaycanın Qərbdən uzaqlaşması ölkənin maraqlarına cavab verməyəcək: "Azərbaycanın bir tərəfdən təhlükəsizlik qayğıları, digər tərəfdən də ölkənin inkişafı məsələsi var. Biz bu ikisinin simbiozunu tapmalıyıq. Ölkənin siyasi elitası, İlham Əliyev öz hakimiyyətini daimi olaraq saxlamağa çalışır. Onun üçün də Rusiya ilə anlaşırlar".

XS
SM
MD
LG