Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

'500-dən çox ailənin torpağını əlindən almaq istəyirlər'


Əkin sahəsi
Əkin sahəsi

12 fevralda Azərbaycan mediası nədən yazır.

“300 sahibkardan torpaqlarından imtina etmək tələb olunur”

Azadlıq. info saytı yazır ki, Şamaxı və Hacıqabul rayon icra orqanları vətəndaşlardan icarələrində olan torpaqlardan yazilı şəkildə imtina etməyi tələb edirlər. Bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, bu rayonlarda 50 min hektara yaxin qış otlaq sahələri təyinatı dəyişdirilmək adi ilə hər iki rayonun hakimiyyət strukturları tərəfindən ələ keçirilmək təhlükəsi ilə üzləşib:

“Söhbət həmin ərazidə 300-ə yaxin sahibkar və 500-dən çox ailəyə məxsus, təxminən 200 min baş xirdabuynuzlu və 10 min baş iribuynuzlu heyvanlardan ibarət 300 heyvandarlıq təsərrüfatının taleyindən gedir”.

Gözəl Bayramlı bildirib ki, Həm Şamaxı, həm də Hacıqabul rayonlarının icra hakimiyyəti başçıları sahibkarları ayrı-ayrılıqda icra hakimiyyətinə çağıraraq onlardan icarələrində olan torpaqlardan yazilı şəkildə imtina etməyi tələb edir və bildirirlər ki, əks təqdirdə həmin ərazilər onlardan məcburi qaydada alınacaq.

Sayt rayon icra hakimiyyətlərinin mövqeyini ala bilməyib.

“Kim çaşırsa, yolundan çıxırsa, layiqli cəzasını alır”

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin “Yeni Müsavat” qəzetinə müsahibə verib. Əhəd Abıyev müsahibəsində bloqçu Aleksandr Lapşinin Bakıya gətirilməsindən danışıb. O, Lapşinin Belorusdan gətirilməsini “diplomatik qələbə” adlandırır:

Alexander Lapshin, Minskdən Azərbaycana gətirilib
Alexander Lapshin, Minskdən Azərbaycana gətirilib

“Bu, diplomatik bir qələbədi. Lapşinin həbsi və ölkəmizə verilməsi Azərbaycan-Belarus dostluğu və dövlətimizin beynəlxalq aləmdəki gücünü göstərdi”.

Əhəd Abıyev deyir ki, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndi ilə bağlı aparılan işlərlə mütəmadi maraqlandığını deyir:

“Azərbaycan üçün hazırda ən həssas və vacib mövzulardan biri də Cocuq Mərcanlıya dönüşlə bağlıdı. Bu kənd bizim üçün Qarabağa, işğal altındakı torpaqlarımıza açılan qayıdış qapısıdı. Ona görə də hər bizimiz Cocuq Mərcanlının bərpası istiqamətində təşəbbüskar olmalıyıq. Şəxsən mən təklif edirəm ki, bütün rayon icra hakimiyyəti başçıları Prezident Administrasiyasının razılığı əsasında qruplar halında Cocuq Mərcanlıya səfər etsinlər. Xalqın, yerli əhalinin içinə getmək, onlarla çiyin-çiyinə dayanmaq, probleminə yaxından bələd olmaq lazımdı”.

“Filan qədər pulum olsaydı” deməyəcəksiz- sadə biznes”

“Fins.az” eyni sərlövhə altında yayımladığı kiçik biznes ideyalarından yazır. Bu dəfə

Yayımladığı məqalədə müəllifin irəli sürdüyü ideya quşçuluq təsərrüfatı ilə bağlıdır. Müəllif qeyd edir ki, 500 cücə almaqla gələcəyə yönəlil bir təsərrüfat qurmaq olar:

“Bunun üçün sizə 400 manat lazımdır.400 manat xərc nəyə gedəcək? İnkubatorla cücə əldə olunub satılan yerdən 1-i 50 qəpikdən 500 ədəd cücə almaq lazımdır. Buna 250 manat tələb olunur.100 manata qədər xərc çəkərək gələcəyin toyuğunun 6 ay ərzindəki qidasını almaq. Yerləşdiyiniz ərazidən asılı olaraq 20-50 manat arasında xərc çəkərək cücələrə xəstəliyə qarşı 10 günlüyündə və 2 aylığında vaksin vurmaq”

İdeya müəlifi hesab edir ki, zərərləri də hesablamaqla bu təsərrüfatdan 2700 manata qədər pul qazanmaq olar.

“Bakıda generallar at yarışında”

Finlandiyadan Azərbaycana qonaq gələn Datse Ştraus deyir ki, Qarabağ atlarını izləməkdən zövq alır:

"Bütün həyatımı Qarabağ atlarına sərf etmişəm. Arzularımdan biri də şəxsən buraya gəlib, Qarabağ atlarının rəsmini çəkmək idi".

Foto: arxiv
Foto: arxiv

Lent.az yazır ki, Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirə qatılan qonaq məhz bu atları izləmək və onların rəsmlərini çəkmək üçün burada olduğunu deyib.

Sayt yazır ki,generalların da qatıldığı yarışda Qarabağ və Diliboz atları üzərində süvari qruplar arenada tamaşaçılar qarşısında çıxışlara başlayıb. Çıxışlardan dərhal sonra isə Konkur elementləri üzrə yarışlara start verilib:

“Daha sonra İslan Poniləri Çövkən komandaları, Konkurçular, Poloçular parad şəklində atlarla manejə daxil olub. Atlar üzərində süvarilərin çıxışları maraqla qarşılanıb”.

XS
SM
MD
LG