Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:57

'Azərsu' yenə də suyu zərərlə satır


«Azərsu» ASC (www.azersu.az)
«Azərsu» ASC (www.azersu.az)

İçməli suyun təchizatı və axıdılması üzrə təbii dövlət inhisarçısı – «Azərsu» ASC maliyyə hesabatını açıqlayıb. Şirkət 2016-cı ili də, əvvəlki illərdə olduğu kimi, böyük zərərlə başa vurduğunu bildirir.

İl ərzində su satışı və kanalizasiya xidmətlərindən gəlirlərini, əsasən, tariflərin yüksəldilməsi hesabına 20.8 milyon manat artıran «Azərsu» 613 milyon manata yaxın zərər edib. Bu məbləğin 543.2 milyon manatı əsas vəsaitlərin köhnəlməsi hesabına yaranıb.

ZƏRƏR 5.6 MİLYARD MANATDIR

Hesabata əsasən, ötən il «Azərsu» ASC-nin satışdan əldə olunan gəlirləri 159.8 milyon manata çatıb. Çəkilən xərclər nəzərə alınmaqla, əməliyyat mənfəəti 75.3 milyon, 2015-ci ildəkindən 13.4 milyon manat çox olub. Şirkətin inzibati aparatının saxlanması, suyun istehlakçılara çatdırılması, eləcə də manatın dəyərsizləşməsi nəticəsində amortizasiya ayırmaları nəzərə alınmadan illik zərər 68.5 milyon manat təşkil edib.

***Buna da bax-Xırdalan şəhəri yenə sular altında qaldı - VİDEO

2017-ci il yanvarın 1-nə «Azərsu»yun 5.6 milyard manat zərəri yığılıb qalıb. Maliyyə hesabatının auditini aparan şirkət 2015-ci il üzrə əlavə olaraq təxminən 10 milyon manat zərər hesablayıb.

BORCLAR AKTİVLƏRİ XEYLİ ÜSTƏLƏYİR

İlin əvvəlinə qurumun faiz hesablanan borclarının ümumi məbləği 422 milyon manata çatıb. Bunun təxminən 67 milyon manatı 2016-cı ildə yaranıb. Borcun 167.4 milyon manatlıq hissəsi, o cümlədən 2016-cı ildə 5.4 milyon manat beynəlxalq maliyyə institutlarından (Dünya Bankı, Asiya İnkişaf Bankı, «Natixis» və «KfW») 0.75-2.45 faizlə götürülüb.

***Buna da bax-'Azərsu' dövlət pullarını kimə və necə xərcləyir? [Video]

BEYNƏLXALQ BANKDAN 1 FAİZLƏ 9 İLLİK KREDİT

Hesabatda o da göstərilir ki, 2016-cı ilin iyulunda Azərbaycan Beynəlxalq Bankı «Azərsu» ASC-yə dövlət zəmanəti ilə, illik 1 faiz ödəmək şərti ilə 239.7 milyon manat məbləğində 9 illik kredit verib. Şirkət bu pulu infrastruktur layihələrinə xərcləyib. Bundan başqa, Maliyyə Nazirliyi noyabrda şirkətə 17 milyon 382 min ABŞ dolları və 11 milyon 943 min manat faizsiz kredit verib. Nazirlik bu kreditlərin, uyğun olaraq, 2024-cü və 2027-ci illərdə qayıdacağına ümid edir.

Bu il isə prezident İlham Əliyevin iki sərəncamıyla «Azərsu» ASC-yə 163.5 milyon manat subsidiya, Nazirlər Kabinetinin sərəncamıyla isə 14.7 milyon manat yardım ayrılıb.

***Buna da bax-Çirkab gölməçələrinin 'əsiri' olanlar

Ümumiyyətlə, «Azərsu» ASC-nin öhdəlikləri (970.1 milyon manat) onun aktivlərindən 361.8 milyon manat çoxdur. Bu, şirkətin ödəmə qabiliyyətinin olmaması və faktiki olaraq dövlət sərmayələrində asılılığının göstəricisidir.

SUPULU YENƏ DƏ ÖDƏNİLMİR

Su satışı üzrə «Azərsu»ya borcların məbləği isə ilbəil artmaqdadır. Hazırda borcun məbləği bir ildə satışdan əldə olunan vəsaitin yarısına çatır. Bu ilin əvvəlinə ödənilməsini gözləyən borcun ümumi məbləği təqribən 12 milyon manat artıb və 75 milyon manatı keçib. Bunun 22 milyon manatı əhalinin payına düşür. Son bir ildə əhalinin borcu 7 milyon manatadək artıb. 2016-cı ildə «Azərsu» ASC 689 min manat borcu «ümidsiz» sayaraq silib. Lakin hesabatda bu borcun kimlərə aid olması haqda heç nə deyilmir.

XS
SM
MD
LG