Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:03

7 ay öncə yaradilan şirkət 1,55 milyon manatlıq tenderin qalibi oldu


İllüstrasiya
İllüstrasiya

“Azərişıq” ASC-nin bu ilin iyunda elan etdiyi açıq tendering qalibi məlum olub. Avqustun 8-də Turan İnformasiya Agentliyi yazıb ki, 1,55 milyon manatlıq tenderdə “Tikinti Təmir RR” MMC qalib gəlib.

Tender Abşeron rayonu ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işləri həyata keçirilməsindən ötrü elan olunmuşdu. Artıq işlərin icrasi ilə bağlı tərəflər arasında satınalma müqaviləsi imzalanıb.

Qalib şirkət “Tikinti Təmir RR” MMC bu ilin yanvarın 14-də, tender elan olunmamışdan bir neçə ay öncə yaradılıb.

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, nizamnamə kapitalı 10 manatdir.

“Tikinti Təmir RR” şirkətinin nə ünvanı, nə əlaqə telefonlarıni tapmaq mumkun olmadı. Ümumiyyətlə, bu şirkət haqda heç bir məlumata rast gəlmədik.

Real Partiyasının icra katibi, iqtisadçı ekspert deyir ki, ümumiyyətlə belə bir şirkətin tenderdə qalib gəlməsi satınalmalar haqda qanuna ziddir:

“Bu şirkətin nə təcrübəsi var, nə əlavə müqavilələri, nizamnamə kapitalı da cəmi 10 manatdır. Qanun deyir ki, tenderi udmaq üçün şirkətlərin azı 3 illik təcrübəsi, audit hesabatı olmalıdır”.

Amma Azərİşıq ASC-nin sözçüsü Tanrıverdi Mustafayev deyir ki, təcrübəsi olmasaydı, bu şirkət qalib gəlməzdi.

O AzadlıqRadiosuna deyib ki, tender bütün qayda və qanunlara uyğun, açıq və şəffaf şəkildə keçirilib. Tender haqda elan rəsmi qəzetlərdə dərc olunub. Bütün şirkətlərin tenderdə iştirakına imkan yaradılıb.

Azərbaycanda 2012-ci ildən şirkətlərin sahibləri haqda məlumatlar kommersiya sirri elan olunub. Ona görə də Təmir Tİkinti RR-şirkətinin kimə məxsus olması məlum deyil.

Şirkətin qanuni təmsilçisi kimi Samir Qasımov göstərilib. Bu şəxs haqda da hər hansı məlumat yoxdur. Natiq Cəfərli isə bu şirkətin hansısa məmura bağlılığını istisna etmir.

XS
SM
MD
LG