Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:53

Bakı sakini qadın alt paltarları reklamına görə məhkəməyə üz tutdu


Büstqalter
Büstqalter

Bakı sakini Namiq Bədirov paytaxt küçələrində «Penti» mağazalarının reklamlarının yığışdırılmasını tələb edir. O, hesab edir ki, qadın alt paltarlarının satıldığı mağazanın reklam edilməsi milli-mənəvi dəyərlərə ziddir.

N.Bədəlov «Penti» brendiylə geyimlərin istehsalçısı olan şirkətin Azərbaycandakı nümayəndəliyi «Brands Group MA» MMC-ni məhkəməyə verib. «Qeyri-etik reklam lövhələrinin sökülməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbiylə qaldırdığı iddiada Dövlət Reklam Agentliyinin də bu prosesə cəlb olunmasını istəyib. Dövlət qurumu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində bu məhkəmə işinə cəlb olunub.

30 min manat təzminat və...

N.Bədəlov «Penti» və buna bənzər reklam lövhələrinin yığışdırılmasıyla kifayətlənmir. Sözügedən lövhələr Bakı küçələrində olduğu müddətdə milli-əxlaqi dəyərlərə ziyan vurulduğunu iddia edərək, şirkətdən 30 min manat təzminat tələb edir. Bu pulun da yarısının Prezidentin Ehtiyat Fonduna, qalan 15 min manatının da Heydər Əliyev Fonduna köçürülməsini istəyir.

«Bir vətəndaş olaraq hesab edirəm ki, bu cür reklam daşıyıcıları min illik tarixi adət-ənənələri, mənəvi dəyərləri olan Azərbaycan xalqının ictimai əxlaqına açıq-aşkar hörmətsizlikdir. Milli heysiyyətimizə nümayişkaranə şəkildə təhqirdir. Bu işi məqsədli şəkildə həyata keçirən təşkilat ədalət mühakiməsi qarşısında cavab verməlidir. O reklam lövhələrinin kütləvi nümayişi vətəndaşların cəmiyyətdə təşəkkül tapmış əxlaq normalarına ciddi mənəvi zərər vurduğu üçün ziyanın əvəzi də ödənilməlidir. Bu hüquq pozuntusu yaşından asılı olmayaraq, bütün ölkə vətəndaşlarının mənəviyyatına, tərbiyəvi-psixoloji durumuna böyük zərər vurur», – N.Bədəlov iddia ərizəsində belə yazıb.

Nərimanov rayon Məhkəməsi iddianı təmin etməyib. İddiaçı qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də, nəticə dəyişməyib. Ona görə Ali Məhkəməyə üz tutub. Dekabrın 12-də Ali Məhkəmədə bu məsələyə baxılıb.

«Best Brands Group MA» MMC-nin vəkili Ruslan Umudov deyib ki, şikayət əsassızdır.

Ali Məhkəmə də eyni nəticəyə gəlib. Məhkəmə qərarlarında yazılıb ki, «Best Brands Group MA» MMC etik normaları pozmayıb.

XS
SM
MD
LG