Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:49

Bakının Baş planına kim mane olur,... mafiyamı?


Bakı
Bakı

Avqustun 23-də Azərbaycanda səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli şəhərinin Baş planı ilə tanış olub.

Bundan başqa, işğaldan azad olunmuş Ağdam, Kəlbəcər, Şuşa, Cəbrayıl və Laçın şəhərlərinin Baş planlarının da artıq hazırlanaraq Azərbaycan prezidentinə təqdim olunduğu açıqlanıb. Amma illərdir paytaxt Bakının Baş planının hazırlandığı deyilsə də, sənəd ortada yoxdur. Hətta bir neçə dəfə həmin planın hazırlanıb təsdiq üçün təqdim edilməsi ilə bağlı xəbərlər yayılsa da, sonradan məsələ gündəlikdən çıxmışdı. Sonuncu belə açıqlama bu ilin mayında verilmişdi.

2018-dən bəri

2018-ci ildə Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilməsi barədə rəsmi xəbər yayıldı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, birinci mərhələdə beynəlxalq strateji məsləhətçi "Boston Consulting Group" (BCG) şirkətinin dəstəyi ilə paytaxtın inkişaf konsepsiyası işlənib. İkinci mərhələdə isə onun əsasında layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilib. Rəsmi məlumata görə, Baş planın hazırlanması işi tenderin qalibi - Almaniyanın "AS+P" şəhərsalma və memarlıq şirkətinə həvalə edilib.

Baş plan 2020-ci ildə ictimaiyyətə təqdim edilməli idi. Almaniyanın "AS+P" şirkəti planı təqdim etsə də, sonradan onun qəbulu reallaşmadı.

Bakı şəhərinin Baş planı axırıncı dəfə 1986-cı ildə tərtib olunub və 2005-ci ilə qədər nəzərdə tutulub. Başqa sözlə, artıq 18 ildir şəhər Baş plansız qalıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Turan"a deyilib ki, Bakının Baş planı hazırdır: "Bu barədə bundan öncə də mətbuata açıqlama verilib. Sənəd təsdiq edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

Məsələ ilə bağlı "AS+P" şirkəti ilə danışmaq mümkün olmayıb.

"Belə bir planın ortaya çıxması şəhərin yarısının…"

Milli Məclisin deputatı Fazil Mustafa da agentliyə bildirib ki, Bakının Baş planının tərtib və qəbul edilməsi bir neçə ildir aktual məsələdir: "Amma bu da artıq xeyli gecikib. 30 il əvvəl bu sənəd qəbul olunmalı idi ki, tikintilər ona əsasən aparılsın".

F.Mustafanın sözlərinə görə, Bakıda bütün tikintilər elə şəkildə aparılıb ki, belə bir planın ortaya çıxması şəhərin yarısının sökülməsinə gətirib çıxara bilər: "Ona görə də mən düşünmürəm ki, belə bir planın çıxması ilə nəyisə yaxşı tərəfə dəyişmək mümkün olsun. Belə bir planın olması yaxşı olardı, amma indiki şərtlərdə bunun nəyisə dəyişəcəyini də proqnozlaşdırmaq olmur".

'Bir də gördüz Bakıda binalar da çökdü'
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

O hesab edir ki, yalnız Baş planın tərtibi yox, şəhərin arxitekturasının qorunması istiqamətində müəyyən addımların atılması çox vacibdir: "Bütövlükdə isə Baş planın olması hamını düşündürən məsələdir. Çünki Bakının bu xaosdan, tıxacdan çıxması üçün həmin sənəd çox vacibdir".

"Tikinti mafiyası buna imkan verməyəcək"

Memar Elçin Əliyev də AzadlıqRadiosuna bildirib ki, Bakının konkret Baş planının qəbul olunacağına inanmır: "Ona görə ki, bizdə tikinti mafiyası, təəssüf ki, buna imkan verməyəcək".

Ekspert izah edir ki, Baş plan şəhərin inkişafını göstərən bir sənəddir: "Məsələn, Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində bina tikilməlidir. Baş planda harada, hansı bina, neçə mərtəbəli bina, harada park, harada yol olacağı göstərilir. Sonuncu dəfə qəbul olunmuş Baş plana görə, Səməd Vurğun küçəsi axıra kimi düz getməli və Dərnəgül şosesi ilə birləşməli idi. Amma nədənsə Baş plana məhəl qoymadılar və həmin küçədə yaşayış kompleksi tikiblər. Faktiki şəhər üçün çox vacib magistral küçə kəsilib".

Memar Elçin Əliyev: 'Bu binalar memarlıq pornoqrafiyasıdır'
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00

E.Əliyevin sözlərinə görə, Bakıda binalar tikilir, sonra sənədləşdirilir: "Baş plan qəbul olunsa, bütün tikinti şirkətləri həmin sənədə riayət etməlidir. Bəs bu tikinti şirkətləri kimlərə aiddir? Təəssüf ki, keçmiş və indiki məmurlara. Mən inanmıram ki, onlar həmin Baş plana riayət etsinlər. Bilirik ki, bizdə kim harada istəyir bina tikir, heç bir sənədə də baxmırlar. Belə faktlar var ki, binalar tikilir, sonra sənədləşdirilir".

XS
SM
MD
LG