Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:57

Haraları sökəcəklər?- Bakının yeni baş planı


Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır

►Tramvaylar bərpa olunur, ali məktəblər Bakıdan çıxarılır...

Böyük Bakının Regional İnkişaf Planının layihəsi artıq hazırdır. Nazirlər Kabinetinə təqdim olunub.

2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan planın icrası Bakını ciddi dəyişəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsindən Fəxri Aydəmir planın detalları haqqında APA-ya danışıb.

Onun bildirdiyinə görə, plan hökumətlə Dünya Bankı arasında bağlanan saziş müqaviləsi əsasında işlənib hazırlanıb.

Plan iki mərhələdən - Böyük Bakının Regional İnkişafı ilə Bakının ərazilərinin istifadə və zonalaşdırmasından ibarətdir.

FİKRİNİ DE - KÖHNƏ 5 VƏ 9 MƏRTƏBƏLİ BİNALARIN SÖKÜLMƏSİNƏ NECƏ BAXIRSAN?

Bakı 5 yerə bölünəcək

F.Aydəmir deyir ki, 2030-cu ilə qədər Bakının şəhər strukturu büsbütün dəyişəcək. Yeni plana əsasən, 282 hektarlıq ərazisi olan Bakı 5 inzibati ölçü vahidinə bölünəcək.

Bura mərkəzi Bakı, ətraf, şimal, şərq və cənub rayonları daxildir. Paytaxtın inkişafına Abşeron yarımadası, Sumqayıt və Xırdalan şəhərlərinin prizmasından baxılacaq.

Bakıətrafı dəmiryol xətləri bərpa olunur

Yeni planda Bakı ətrafı dəmiryol xətlərinin bərpası nəzərdə tutulub. Layihəyə görə, dəmiryol vağzalının ərazisi kiçildiləcək, Dənizkənarı Milli Park isə əksinə böyüyəcək.

Bakının baş planında Xırdalana metro, Sumqayıta sürət qatarlarının çəkilişi nəzərdə tutulur.

Plan Sumqayıt, Abşeron rayonunun bir hissəsi daxil olmaqla Bakının ərazisini əhatə edir. Planda şəhərin perspektiv inkişaf mərhələləri əks olunur. Bakıda alt və lokal mərkəzlərin yaradılması nəzərdə tutulub.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“20-ci sahə” söküləcək

Plana əsasən, Bakıda pərakəndə tikililər söküləcək. Hazırda söküntü işləri “Sovetski” adlanan məhəllədə aparılır.

Bundan əlavə “Xutor”, “Kubinka”, “Beşmərtəbə” adlanan zona və “20-ci sahə”də söküntü işlərinin aparılacağı gözlənilir.

“Qara şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılan ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur.

Ali təhsil müəssisələri köçürülür, tramvaylar bərpa edilir...

F. Aydəmir deyir ki, şəhərdəki sıxlığı aradan qaldırmaq üçün ali təhsil müəssisələrinin mərkəzdən köçürülməsi prosesi də həyata keçiriləcək. Ali məktəblərin Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt, Böyük Şor ərazisinə köçürülməsi planlaşdırılır. Köçürüləcək universitetlərin adları hələ bəlli deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakıda tramvay xəttinin bərpası üçün müxtəlif variantlar üzərində çalışırlar. Planda bu məsələ də əksini tapıb.

Hacıbalanın abadlıq əməliyyatı...
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

XS
SM
MD
LG