Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

Bakının işğaldan azad olunmasının 99 ili


1918-ci il, 15 sentyabr. Qafqaz İslam Ordusu Bakıya daxil olur
1918-ci il, 15 sentyabr. Qafqaz İslam Ordusu Bakıya daxil olur

Bu gün, sentyabrın 15-də Bakının daşnak-bolşevik işğalından azad olunmasından 99 il ötür.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını daşnak-bolşevik işğalından azad edib.

Bununla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına dönüb.

Buna da bax:​ 'Biz də gərək 99 il əvvəlki kimi parlamentli Respublika qurardıq' [video]

Buna qədər 1918-ci il mayın 28-də elan edilən Xalq Cümhuriyyətinin paytaxtı Gəncə idi. Şəhər azad edildikdən cəmi iki gün sonra, yəni, sentyabrın 17-də Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçdü.

Azərbaycan tarixçilərinin fikrincə, əsası Osmanlı torpaqlarında qoyulan Qafqaz İslam Ordusu tək Bakının işğaldan azad edilməsində iştirak etməyib.

“Bu ordu Şamaxı, Göyçay və bir çox yerlərdə azərbaycanlıların kütləvi şəkildə qırılmasının qarşısını alıb”, – deyə tarixçilər bildirirlər.

XS
SM
MD
LG