Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:12

'Baku Steel'in sədrinin müşavirinə çıxış qadağası


"Baku Steel Company"
"Baku Steel Company"

Vergilər Nazirliyi məbləği yarım milyon manatı aşan vergi borcuna görə «Baku Steel Construction» ASC-nin icraçı direktoru Vasif Bağırovun ölkədən çıxışına yasaq qoyub.

O özünü neftdənkənar sektorda ölkənin ən iri vergi ödəyicisi kimi təqdim edən «Baku Steel Company» MMC (BSC) Müşahidə Şurası sədrinin müşaviri vəzifəsini də daşıyır.

Nazirlik dekabrın 23-dək vergi borcunu ödəməkdən yayınan və buna görə vəzifəli şəxslərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulan şəxslərin adlarını açıqlayıb. Siyahıda 1100-dən çox şirkət nümayəndəsinin adları var.

Buna da bax:​ 'Baku Steel Company'nin 'qızı' müflisləşib

Vergi borcu bu il yaranıb

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, dekabrın 26-na «Baku Steel Construction» ASC-nin dövlət büdcəsinə vergi borcu 531 min manatdır. Müəssisənin 2015-ci il üzrə maliyyə hesabatında dövlət büdcəsi önündə öhdəliyinin olmadığı əksini tapıb. Bu ilin əvvəlinə şirkətin öz tərəfdaşlarına 9 milyon manata yaxın borcu yığılmışdı.

Əsas səhmdarlar

«Baku Steel Construction» ASC-nin əsas səhmdarı BSC-dir. Şirkət səhmdar cəmiyyətin 180 min 460 səhminə (nizamnamə kapitalının 79,99 faizidir) nəzarət edir. Zülfüqarlı qardaşlarının sahib olduğu «Birlik» MMC bu ASC səhmlərinin 16,79 faizinin mülkiyyətçisidir. Xatırlatmaq yerinə düşər ki, Nurəddin Zülfüqarlı və başqaları BSC ilə münaqişədən sonra ölkəni tərk ediblər.

Buna da bax: ‘Daşkəsən Filizsaflaşdırmanı kim alıb?’ sualı cavabsız qalır

Ölkədən çıxışına qadağa tətbiq olunanlar arasında BSC rəhbərliyini onun əmlakına reyder hücumu təşkil ertməkdə suçlayan Nazim Bəydəmirli də var. İqtisadçı ekspert B. Bəydəmirli həm də «Atahan Metal Sənaye» MMC-nin rəhbəridir. Bu şirkətin vergi borcu 779 manatdır.

«Bu borcun günahkarı BSC-dir»

«Bu borc məhz BSC-nin reyder hücumundan törənib. Müəssisənin əvvəlki baş direktoru və mühasibi ölkəni tərk edərək, indi Rusiyada metal istehsalı müəssisəsi qurublar. Vergi borcu onların vaxtında - müəssisə zəbt edildiyi zaman yaranıb. Həmin şəxslər fiziki təzyiqdən qurtarmaq üçün ölkədən gediblər. Mənim bu MMC-də baş direktor olmağım BSC ilə məhkəmə çəkişmələrini tamamlamaq üçün atılan formal addım olub», - N. Bəydəmirli belə deyir.

Buna da bax:​ Dəri ixracına rəmzi rüsum dönəmi sona çatdı

«Baku Steel Construction» ASC-nin rəhbərliyi vergi borcu ilə bağlı durumu mətbuata şərh etmir.

XS
SM
MD
LG