Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:28

Balasanyan Qarabağda ‘peşəkar hərbçi birləşmələrindən’ danışır


Vitali Balasanyan
Vitali Balasanyan

Dağlıq Qaarabağ separatçılarının liderlərindən Vitali Balasanyan “Qarabağ ordusunun” buraxılması barədə şayiələri təkzib etsə də, iddia edib ki, hazırda müqavilə əsasında peşəkarlardan ibarət birləşmələrin təşkili məsələsinə baxılır.

AzadlıqRadiosu Erməni xidməti Azatutuyunun yazdığına görə Balasanyan habelə Xankəndinin “Dirçəliş” meydanında və başqa inzibati binalarında Azərbaycan bayraqlarının qaldırılacağına dair şaiyələri rədd edib:

“Cəmiyyətin bəzi dairələrində belə bir narahatlıq var ki, guya Stepanakertin (Xankəndi - red) yaxınlığındakı Kərkicahan, Açapnyak qəsəbələrində və ya Əskəranın Xocalı kəndində azərbaycanlı ailələr məskunlaşdırılacaq. Belə şayiələr də gəzir ki, Xankəndinin ticarət obyektlərində azərbaycanlılar alış-veriş edirlər. Əmin edirəm ki, bu söhbətlərin hər hansı əsası yoxdur”.

Balasanyan bildirib ki, qarabağlılar “böyük itkilərə baxmayaraq yalançı şayiələrə inanmamalıdırlar”.

Dağlıq Qarabağ separatçıları habelə bu bölgənin Rusiyadakı nümayəndəliyinin ləğvi barədə media xəbərlərini təkzib ediblər.

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu məsələsinin artıq gündəlikdə olmadığını deyib.

Rəsmi Moskva status məsələsinin “gələcəkdə, gələcək liderlər” tərəfindən müzakirə oluna biləcəyini bildirir.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu yaxınlarda verdiyi müsahibədə deyib ki, status məsələsinin müzakirəsi yeni partlayışa səbəb ola bilər.

Xocavəndin ikiyə bölünmüş Tağaverd kəndi
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat da imzalayıblar.Onların dörd saatdan çox çəkən görüşlərinin nəticəsində imzalanmış bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG