Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:55

Azərbaycan Çindən tut ağacı tingi alır


Şəki İpək kombinatı
Şəki İpək kombinatı

Bir vaxt ipəkçilik üzrə SSRİ-də lider olan Azərbaycan Çindən 1,6 milyon tut ağacı tingi almaq niyyətindədir. Yaxın günlərdə həmin tinglər Azərbaycana gətiriləcək.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çin Xalq Respublikasının Jiangxi əyalətinin Kənd Təsərrüfatı Departamentinin baş məsləhətçisi Çen Rivu ilə görüşündə bu haqda məlumat verib.

Görüşün məqsədi nazirliyin Çin Xalq Respublikasının Jiangxi əyaləti ilə aqrar sahədə gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Buna da bax:​ 25 rayonda barama yetişdiriləcək

İlham Quliyev aqrar sahədə görülən işlər barədə danışarkən, İrandan barama toxumu gətirilərək istehsalçılara pulsuz paylanıldığını da qeyd edib. Nazir müavini çinli iş adamlarına Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 1960-70-ci illərdə ölkədə 7,8 min ton xammal istehsal edilib. SSRİ dağılandan sonra istehsal azalıb. 2000-ci ildə 57, 2014-cü ildə 10 ton, 2015-ci ildə 236 kq məhsul istehsal edilib.

Buna da bax:​ Fermer: 'Eşidiblər pambıq əkmək lazımdır, ancaq necəsini bilmirlər'

Səbəb Şəki İpək Kombinatının dayanması və istehsalçının marağının olmamasıdır - 1 kq barama 2015-ci ildə 3 olub, bu il isə 8 manatdır.

Turan İnformasiya Agentliyi qeyd edir ki, Azərbaycanda tut ağaclarının çoxu məhv edilib. İndi daha 4 il gözləmək lazım gələcək. Ekspertlər hesab edir ki, sahə yenə rəqabət qabiliyyətli ola, məşğulluq 20 min nəfərə çata bilər.

Bir partiya barama istehsalı üçün 40 gün tələb olunur.

XS
SM
MD
LG