Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:28

Bayden: ‘Navalnı ölərsə...’


Co Bayden mətbuat konfransında
Co Bayden mətbuat konfransında

Putinlə Bayden sammitində konkret razılaşma əldə olunmayacaq, amma görüş istənilən halda faydalıdır. Bunu isə Putinin xarici siyasət müaviri Yuri Uşakov deyib

Rusiyanın müxalifət lideri Aleksey Navalnı ölərsə, bu, Rusiyanın Birləşmiş Ştatlar və dünyanın qalan hissəsi ilə münasibətlərinə təsir göstərəcək “faciə” olar. Bunu ABŞ Prezidenti Co Bayden deyir.

“Faciə olar”

İyunun 14-də NATO-nun Brüsseldəki qərargahında mətbuat konfransında Baydendən Navalnının mümkün ölümü haqda soruşublar. O, iyunun 16-da Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşməlidir.

Bu ayın əvvəlində ABŞ-ın NBC News televiziyasına müsahibəsində Putin Navalnının 32 aylıq məhbəs həyatını salamat başa vuracağına təminat verə bilməyib. Putin iddia edib ki, Navalnı “həbsxanada olan istənilən adamdan pis münasibət görməyəcək”.

Baydensə iyunun 14-də deyib: “Navalnının ölümü Rusiyanın təməl fundamental insan hüquqlarına əməl etmək niyyəti olmamasının daha bir əlaməti olar. Bu, bir faciə olar, dünyanın qalan hissəsi və mənimlə münasibətlərə zərbə vurar”.

Navalnı ötən avqustda zəhərlənib. Özü və tərəfdarları bunun Putin tərəfindən sifariş olunduğunu deyiblər. O, apreldə 24 günlük aclıq aksiyası keçirib və bu zaman onun ölə biləcəyi ilə bağlı qorxular güclənib. Navalnı ötən həftə həbsxana xəstəxanasıdnan kamerasına köçürülüb.


“Əvvəl yoxlayacaq, sonra inanacaq”

Mətbuat konfransında Baydendən 16 iyun sammitinin detalları haqda soruşublar. O isə əlavə informasiya verməyib, sammitin nə dərəcədə uğurlu olacağını da şərh etməyib.

Bayden Putinlə razılığa gələ biləcəyi sahələrin axtarılacağını deyib, amma eyni zamanda Birləşmiş Ştatlar və müttəfiqlərinə qarşı davamlı təcavüzlə bağlı xəbərdarlıq da edib.

Bayden martda Putinin “qatil” olduğuna inandığını deyirdi. Amma iyunun 14-də onu “parlaq”, “sərt” və “layiqli rəqib” adlandırıb. Ancaq onu da əlavə edib ki, görüş zamanı hansısa öhdəlik götürmək məsələsində ehtiyatlı davranacaq, “əvvəl yoxlayacaq, sonra inanacaq”.

NATO liderlərinin iyunun 14-də qəbul etdiyi kommunikedə deyilir ki, Rusiya “NATO-Rusiya münasibətlərinin əsasını təşkil edən sənədlərdə əks olunmuş dəyərləri, prinsipləri, inam və öhdəlikləri pozmaqdadır”.



Ərdoğanla Bayden Qarabağ münaqişəsi haqda nələri müzakirə edəcəklər?
Gözlə

No media source currently available

0:00 0:16:00 0:00

Uşakovun nikbinliyi

Putinlə Bayden sammitində konkret razılaşma əldə olunmayacaq, amma görüş istənilən halda faydalıdır. Bunu isə Putinin xarici siyasət müaviri Yuri Uşakov deyib. Onun sözlərinə görə, görüşün gündəliyi iyunun 14-də onun Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla telefon söhbətində təsdiqlənib.

Gündəmə nüvə sabitliyi, iqlim dəyişikliyi, kibertəhlükəsizlik və hər iki ölkə həbsxanalarında saxlanmış ABŞ və Rusiya vətəndaşlarının taleyinin müzakirəsi salınıb.

“Hansısa razılaşmanın əldə olunacağından əmin deyiləm. Bu görüşə praktik nikbinliklə baxıram”, – Uşakov iyunun 14-də jurnalistlərə deyib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra ikitərəfli münasibətlər post-Soyuq müharibə dövründən bəri ən aşağı həddə düşüb. Vaşinqton Moskvanı 2016-cı ildə prezident seçkisinə müdaxilədə ittiham edib, Rusiya şirkətləri və fərdlərə sanksiyalar tətbiq edib.

“Vəziyyət sadəcə kritik həddə yaxındır. Əlbəttə ki, bu kontekstdə nəsə iş görülməlidir”, – 1998-2008-ci illərdə Rusiyanın Birləşmiş Ştatlarda səfiri olmuş Uşakov deyib.

XS
SM
MD
LG