Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:00

'Bayram Məmmədov onu məhv etmək istədiklərini düşünür'


Bayram Məmmədov həbs edilir
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

Bayram Məmmədov həbs edilir

«13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan siyasi fəal Bayram Məmmədovla bu il aprelin 29-da görüşümə maneələr yaradıldı».

Bunu vəkil Elçin Sadıqov bildirib. Vəkilin açıqlamasına görə, görüş məktubunun tapılmaması adı ilə bir saatdan çox qapıda gözləyib. Yalnız bir saatdan sonra vəkilə müdafiə etdiyi şəxslə görüşməyə imkan verilib: «Lakin qol saatımı və ilk dəfə olaraq avtomobilimin açarını onlara verməli olduğumu bildirdilər. Etiraz etsəm də, görüşə icazə verilməyəcəyi bildirildiyindən, avtomobilin açarını da verdim və Bayram Məmmədovla görüşdüm».

Vəkilin bildirməsinə görə, görüş zamanı B.Məmmədov deyib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ona münasibəti çox pisdir. Üstəlik, gəncin deməsinə görə, ona çatdırıblar ki, Heydər Əliyevin heykəlinə şüar yazdığından daim təzyiq altında olacaq: «B.Məmmədov 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirildiyi gündən bəri xəstədir. Səbəb isə odur ki, ona yatmaq üçün yeri tualetin yanından və daim soyuq havanın əsdiyi yerdən veriblər. Müəssisənin rəhbərliyinə müalicə olunmaq və yerinin dəyişdirilməsi üçün müraciət etməsinə baxmayaraq, ona heç bir əhəmiyyət verilməyib».

"Heykələ şüar yazmaq həyatımın ən böyük uğurudur"
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

XƏSTƏ HALDA GƏZİNTİYƏ APARIBLAR

E.Sadıqov bildirib ki, bu pis münasibət üzündən B.Məmmədov ağır xəstədir. «Hətta aprelin 24-də ağır qızdırmalı xəstə olduğuna görə dəstə rəhbərini və başqa nəzarətçiləri xəbərdar edib ki, yataq xəstəsi olduğundan axşam «razvod»una (sıra baxışı) çıxa bilməyəcək… Bütün bunlara baxmayaraq, B.Məmmədovu xəstə halda gəzintiyə aparıblar və qollarını arxadan qandalla bağlayıblar».

Vəkilin deməsinə görə, üstəlik, B.Məmmədovu müəssisə əməkdaşları işləməyə məcbur edirlər. B.Məmmədov isə məcburi əməyə cəlb edilməsi barədə qərarın ona verilməsini tələb edib: «B.Məmmədovun bu sözündən sonra, deməsinə görə, paltarları məcburi soyundurulub, «kars»ın (cərimə kamerası) darısqal, üstüaçıq, dörd divardan ibarət gəzinti yerinə salınıb və saatlarla orada saxlanılıb. Bayram Məmmədov bildirir ki, bu qanunsuz hərəkətlər sağlamlığına ciddi təsir göstərir. Sanki, bu hərəkətlər onun fiziki məhv edilməsinə yönəlib».

Vəkilin deməsinə görə, B.Məmmədovun bildirdikləri əsasında rəsmi qurumlara şikayət göndərəcək.

Vəlilin bu açıqlamalarına, hələlik, 13 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

XATIRLATMA

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

XS
SM
MD
LG