Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Bayram günləri işləyənlər…


46 il eyni işdə çalışan Böyükxanım
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

46 il eyni işdə çalışan Böyükxanım (Arxiv. 2017)

Hazırda Azərbaycanda Novruz bayramıdır. Bayramla bağlı bu il ölkədə bütün həftə (martın 20-dən 27-nə kimi) qeyri-iş günüdür. Lakin buna baxmayaraq, Azərbaycanda həm özəl, həm də dövlət müəssisələrində işləyən şəxslərin olduğu bildirilir. Ən çox belə halların xidmət sektorunda müşayiət edildiyi vurğulanır.

Bakıda fəaliyyət göstərən restoranların birində çalışdığını deyən Jalə Əhmədova (ad şərtidir və iş yerinin adını çəkmir) AzadlıqRadiosuna bildirib ki, həftədə bir istirahət günü var: "O da həftəiçidir. Bayramlarda da istirahət vermirlər, çünki məni əvəz edən kimsə yoxdur".

"Deyəcəklər ki, xoşuna gəlmirsə, bu, qapı, bu da sən"

Onun vurğulamasına görə, bayram günlərində iş həcmi daha çox olsa da, ona əlavə ödəniş edilmir: "Nəyisə tələb etməyə də qorxuram. Deyəcəklər ki, xoşuna gəlmirsə, bu, qapı, bu da sən. İşi güclə tapmışam, itirməkdən qorxuram".

Bakıda 40 dərəcədən yuxarı istidə işləyənlər danışır
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işçilərin işə cəlb olunması yolverilməzdir. Qanunvericiliyə görə, istisna hallarda əməkhaqqı gündəlik tarif maaşının iki mislindən aşağı olmamalıdır. İşçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü də verilə bilər.

Bəzi şikayətlərə görə isə, əmək müqaviləsi olmadan çalışanlar da var. Rəsmi açıqlamalara görə, təkcə 2022-ci ilin yanvar-aprel aylarında 1557 belə şəxs aşkarlanıb. 2021-ci ildə bu rəqəm 6329 nəfər olub.

Qanunvericiliyə əsasən, bu halda da işəgötürən cərimə edilir. Fiziki şəxslər 1000-2000, vəzifəli şəxslər 3000-5000, hüquqi şəxslər isə 20000-25000 manat cərimə oluna bilər.

Müstəqil ekspertlər isə düşünür ki, reallıqda müqaviləsiz fəaliyyətlə bağlı aşkarlanmayan hallar aşkarlanan hallardan qat-qat çoxdur.

Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?
Gözlə

No media source currently available

0:00 0:05:16 0:00

Kimləri olar, kimləri yox…

Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Turan"a bildirilib ki, bəzi peşə sahibləri bayram və istirahət günlərində işə cəlb oluna bilər: "Dövlətin müdafiəsinin təmin olunması, habelə təbii fəlakətin, istehsalat qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün…".

Qurum su, qaz, elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrdə fəaliyyəti də bu sıraya daxil edir.

Xidmətdən vurğulanıb ki, hamilə, 3 yaşına çatmamış uşağı olan qadınların və yaşı 18-dən az olan işçilərin iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilməsi yolverilməzdir: "3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi olan uşağı olan qadınların işə cəlb edilməsinə yalnız onların ərizəsi ilə yol verilir".

Səkkiz saatdan çox işlədilməkdən şikayətçisizsə, dövlət qurumları nə reaksiya verir?
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00

"Mən buna çox az rast gəlmişəm"

Əmək məsələləri üzrə ekspert Azər Quliyev isə AzadlıqRadiosuna bildirib ki, dövlət və iri özəl müəssisələrin çoxunda qanunvericiliyə əməl olunur: "Restoran və digər iaşə müəssisələri ilə bağlı isə bunu demək çətindir. Ora mütləq nəzarət olunmalıdır".

O əlavə edib ki, bu kimi məsələlərə dövlət nəzarət edir: "Bu nəzarət funksiyanı Dövlət Müfəttişliyi Xidməti həyata keçirir. Əlbəttə ki, onlar nəzarət etməlidir. Amma inanmıram, onlar harasa çıxsınlar, kimisə yoxlasınlar, bu qanuna əməl etməyənləri cəzalandırsınlar. Mən buna çox az rast gəlmişəm".

XS
SM
MD
LG