Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:03

ABŞ konqresmenlərindən siyasi məhbus çağırışı


Qurbanqulu Berdiməhəmmədov
Qurbanqulu Berdiməhəmmədov

"Ölkənizdə insan haqlarının vəziyyətini diqqət ayırmaqla sizin qlobal iqtisadiyyata qatılmaq cəhdləriniz daha da güclənəcək”

Bir qrup ABŞ konqresmeni Türkmənistanın avtoritar prezidenti Qurbanqulu Berdiməhəmmədovu siyasi məhbusları azadlığa buraxmağa çağırıb.

Senatorlar Dik Durbin, Patrik Lihi, Şerrod Braun və Nümayəndələr Palatasından Tom Malinovski Berdiməhəmmədova məktub yazıblar. Məktubda onu jurnalist Nurgəldi Halıkov, həkim Xurnasay İsmatullayeva və fəal Qulgəldi Annaniyazovu azad etməyə çağırırlar.

“Türkmənistan sizin administrasiyanız altında ÜTT daxil beynəlxalq təşkilatlara qoşulmaq, dünyanın diqqətini öz iqtisadiyyatına çəkmək siyasəti yürüdür. Ölkənizdə insan haqlarının vəziyyətini diqqət ayırmaqla sizin qlobal iqtisadiyyata qatılmaq cəhdləriniz daha da güclənəcək”, – 16 noyabr tarixli məktubda deyilir.

Onlar niyə həbs olunublar

Məktub müəllifləri qeyd edirlər ki, Annaniyazov 13 ildən sonra həbsdən buraxılsa da “əldən-ayaqdan uzaq, pis şəraitdə qalır, onun qeyd-şərtsiz tam buraxılması gecikir”.

Konqresmenlər qeyd edirlər ki, jurnalist Halıkov ötən il Dünya Səhiyyə Təşkilatının ölkədə səfərdə olan missiyasının fotosunu yaydığı üçün dörd il həbsə məhkum edilib və bu, “Türkmənistanda adamların ifadə azadlığının olmaması fikrini gücləndirir”.

Məktubda Berdiməhəmmədovu tanınmış həkim İsmatullayevanı da azad etməyə çağırırlar. O, 2017-ci ildə işdən çıxarılıb və korrupsiya ittihamları ilə uzunmüddətli həbsə məhkum edilib. Onun xəstəlik məzuniyyətindən sonra işdən çıxarılması Avropa Parlamentində də müzakirə olunmuşdu.

Berdiməhəmmədov Orta Asiyanın bu təcrid olunmuş ölkəsini dəmir əllə idarə edir, narazıları susdurur. O, avtokrat Saparmurad Niyazovun 2006-cı ildə ölümündən sonra hakimiyyətə gəlib.

XS
SM
MD
LG