Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

Bəxtiyar Hacıyev şəxsi söhbətlərinin yayılmasından danışıb


B.Hacıyev
B.Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev dekabrın 29-da məhkəmədə sosial media hesablarına müdaxilə və şəxsi söhbətlərinin yayılmasından danışıb. Bu barədə AzadlıqRadiosu-na onun vəkili Aqil Layıc məlumat verib.

Vəkilin sözlərinə görə, Hacıyev baş verənləri “kibercinayətkarlıq” adlandırıb.

“Bəxtiyar Hacıyev bildirdi ki, bəzi məsələlər kontekstdən çıxarılıb. Azadlıqda olacağı təqdirdə baş verənlərə doğru-düzgün, obyektiv qiymət verəcək. Baş verənlərin kibercinayətkarlıq olduğunu vurğuladı”, – vəkil belə deyib.

Yayılan söhbətlərdə Hacıyevin Fövqəladə Hallar Nazirliyinin yetkili şəxslərilə münasibətlərinin olduğu iddia edilir.

Bəxtiyar Hacıyev: 'İlham Əliyevə dəstək vermək istədim, amma gördüm ki, məqsədi başqadı'
Gözlə

No media source currently available

0:00 0:32:04 0:00

İctimai fəal məktubunda yazırdı ki...

Hacıyev başqa bir məktubunda buna münasibət bildirərək deyib ki, 2019-cu ilin əvvəlində prezident İlham Əliyevin təşəbbüsüylə onunla əlaqə qurulub. Həmin dövrdə danışıqlar Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova həvalə olunub: “Onunla dəfələrlə görüşlərimiz olub. Bu müddətdə məndən öncəki ictimai-siyasi problemlər və onların həll yolları barədə təkliflər istəyiblər. Daha sonra prezidentlə kommunikasiyanı DTX rəisi Əli Nağıyevə həvalə ediblər…”

Hacıyev məktubunda vurğulayıb ki, prezident vəd olunan islahatlara getmədiyinə görə o, bütün təkliflərdən imtina edib, öz təşəbbüsüylə danışıqları dayandırıb.

Dekabrın 29-da məhkəmədən sonra vəkil Aqil Layıc onu da bildirib ki, müvəkkilinin həbsdə saxlanması üçün əsas yoxdur. Elə ona görə də Hacıyevin ev dustaqlığına buraxılmasından ötrü məhkəməyə vəsatət vermişdilər, amma təmin edilmədi. Vəkil Xətai rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Hacıyevin dekabrın 15-dən həbsdə başladığı aclıq aksiyasını dekabrın 28-də axşam saatlarında dayandırdığını deyən müdafiəçinin sözlərinə görə, ictimai fəal tədricən qida qəbul edir: “Çünki bu müddətdə orqanizm xeyli zəifləyib”.

Xatırlatma

Dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamları qəbul etmir.

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

XS
SM
MD
LG