Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:02

Beynəlxalq agentlik Navalnının Noviçokla zəhərləndiyini təsdiqləyib


Aleksey Navalnı
Aleksey Navalnı

Kimyəvi Silahların Qadağanı Təşkilatı Rusiya müxalifətçisi Aleksey Navalnının avqustun 20-də sovet istehsalı olan Noviçok kimyəvi maddəsi ilə zəhərləndiyini təsdiq edib.

Təşkilat kimyəvi analizin nəticələri barədə hesabatı Almaniya hökumətinə təqdim edib.

Məlumatda bildirilir ki, agentliyin yüksək ixtisaslı laboratoriyasında aparılmış analizlər Navalnının qan və sidik nümunələrində xolinesterazanın inhibitorunu aşkar edib və bunların struktur xarakteristikaları 1.А.14 və 1.А.15 sinfinə aid zəhərlərdəkinə bənzəyir. Bu zəhərləri şərti olaraq hərbi təyinatlı Noviçok tipinə aid edirlər.

Beləliklə Kimyəvi Silahların Qadağanı Təşkilatının analiz nəticələri bundan əvvəl Almaniya, Fransa və İsveçrə laboratoriyalarının gəldiyi nəticələri təsdiq etmiş olub.

Bu laboratoriyalar Navalnının Noviçok qrupundan olan üzvi fosforlu maddə ilə zəhərləndiyini bildirmişdilər.

Noviçokun yeni növü?

Lakin bu da qeyd olunur ki, konkret olaraq Navalnını zəhərləmiş maddə Konvensiyanın qadağan edilmiş kimyəvi silahlar siyahısına daxil deyil.

Aleksey Navalnının tərəfdarlarından Leonid Volkovun sözlərinə görə bu nəticələr Rusiyada Noviçok maddəsinin hələ də təkmilləşdirildiyini göstərir.

Conflict Intelligence Team təhqiqat qrupunun üzvü Ruslan Leviyev isə deyib ki, bu maddənin Konvensiya siyahısında olmaması onun qadağan edilməməsi demək deyildir.

Bundan əvvəl Avropa İttifaqı ölkələrinin nümayəndələri bildirmişdilər ki, əgər Kimyəvi Silahların Qadağanı Təşkilatı Navalnının zəhərlənməsi faktını təsdiqləyərsə, Rusiyaya qarşı sanksiyalar məsələsi gündəmə gələ bilərlər.

XS
SM
MD
LG