Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:58

Azərbaycan Beynəlxalq Bankı borcdan çıxmaq üçün kreditorlara nə təklif edir?


Mayın 23-də Azırbaycanın maliyyə naziri Samir Şərifov bəyan edib ki, ölkənin Beynəlxalq Bankı (ABB) mümkün qədər tez zamanda özəlləşdirilməlidir, lakin onun sözlərinə görə bu, gələn ildən tez baş verməyəcək.

Şərifov deyib ki, bunun üçün bank özünün hesab kitablarlını qaydaya salmalıdır.

Bu arada Azərbaycan Beynəlxalq Bankının özü kreditorlarına borcun restruktizasiya məqsədilə bir neçə variant təklif edib.

Belə varianrtlardan biri də borcun 12 və ya 15 illik dövlət istiqarzları ilə əvəz edilməsidir.

Reuters agentliyi yazır ki, ABB xarici kreditorlarına borc öhdəliklərinin restrukturizasiyası ilə bağlı 3 həll variantı təklif edib.

Azərbaycan hökumətinə maliyyə məsləhətləri verən Lazard konsaltinq firmasından Eric Lalo Reuters agentliyinə deyib ki, ilk varianta əsasən, əsas kreditorlar üzrə 2,38 milyard dollar məbləğində borc 20 faiz endirimlə 12 illik dövlət istiqrazları ilə əvəz ediləcək, istiqrazların gəlirliliyi illik 5,125 faiz təşkil edəcək.

İkinci varianta görə, borc illik gəlirliliyi 3,5% olan 15 illik istiqrazlarla əvəzlənəcək. Üçüncü variant isə borcun ABB-nin yeni, gəlirliliyi 3,5 faiz olan 7 illik istiqrazları ilə əvəz edilməsini nəzərdə tutur.

Lalo bunu da əlavə edib ki, ABB ticari kreditləşmə çərçivəsində kreditorlardan aldığı 861,5 milyon dollarlıq borcu dövlət istiqrazları ilə əvəz etmək istəyir.

Bu borcun 21 faizi (180,9 milyon dollar) yeni, 0,85 faizi kupon faizli 3 aylıq, 79 faizi (680,6 milyon dollar) isə yeni, 2,82 faiz kupon faizli 4 illik istiqrazla əvəzləməyi təklif edilib.

Bundan başqa, bank 100 milyon dollarlıq subordinasiya kreditini 50 faiz endirimlə 5,125 faiz gəlirliliklə 12 illik istiqrazlarla əvəz etmək niyyətindədir.

Görüşdə Azərbaycan hökumətini təmsil edən maliyyə naziri Samir Şərifov bildirib ki, borcların restrukturizasiyası məcmu dövlət borcunu 2,34 milyard dollara, borcun ÜDM-ə nisbətini isə 27 faizə çatdıracaq.

XS
SM
MD
LG